Cəmiyyətdə narazılıq: Bu biabırçılığa son qoyan olmayacaq?

Cəmiyyətdə narazılıq: Bu biabırçılığa son qoyan olmayacaq?Azərbaycanda restoran Biznesində güclü rəqabət mövcuddur. Bu rəqabətdə qalib çıxmaq üçün də reklamın rolu əvəzsizdir. Son zamanlar isə, xüsusilə onlayn şəkildə müştəri cəlb etmək üçün istifadə edilən reklamlar vətəndaşların etirazına səbəb olur. Belə ki, onlayn reklamların əksəriyyətində etik normalara zidd ifadələrdən və şəkillərdən istifadə edilir və buna da müştərilər etiraz edirlər.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, Azərbaycan Reklamçılar İttifaqının (ARİ) sədri Hacıəmi Atakişiyev bildirib ki, reklamçılıqda yaranmış problemlər mövcud qanunla tənzimlənir: "Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2017-ci il 19 iyun tarixli qərarına əsasən, Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılıb. Eyni zamanda, Azərbaycan Reklamçılar İttifaqı olaraq biz də bu sahədə fəaliyyət göstəririk. Belə bir problem olarsa, "Reklam haqqında" Qanunun 39-cu maddəsinə əsasən nizamlana bilər".

Qurum rəhbəri onu da bildirib ki, şikayətçi şirkəti məhkəməyə verə bilər: "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar".

"Qanuna əsasən, haqsız, qeyri-dəqiq və gizli reklama yol verən reklam vericisi, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır və reklamın sifarişçisi xarici ölkənin təsərrüfat subyekti olduqda, onun məzmununa və həqiqiliyinə görə reklam olunan əmtəənin idxalçısı məsuliyyət daşıyır. Belə problem yaranarsa, müştəri məhkəməyə müraciət edə bilər. Biz də Azərbaycan Reklamçılar İttifaqı olaraq reklama baxıb, ona qiymət veririk və bizim qərarımız da məhkəmənin qərarına təsir edir" - deyə reklam mütəxəssisi əlavə edib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirir ki, bu hal sadəcə biabırçılıqdır və aidiyyatı qurumlar bu məsələni nəzarətə götürməlidir: "Qərb mədəniyyətinin pis cəhətlərinin Azərbaycana daxil olması və yayılması heç də sevindirici hal deyil. Gənclərin mentalitetində ciddi dəyişiklik baş verir. Biznesin inkişafına kömək adı altında böyük problemlərə səbəb olan belə reklamlar yaradılır".

"Bu problemlə İqtisadiyyat Nazirliyi xüsusi məşğul olmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin reklama nəzarət edən şöbəsi var. Həmin qurumdakıların başqa işlərdən başları açılsa, internet üzərindən aparılan reklamların keyfiyyətinə nəzarət edərlər. Əks halda bu cür biabirçılıqlar çox olacaq".

Dövlət Reklam Agentliyinin məsul işçisi isə açıqlamasında onlayn reklama nəzarət etmədiklərini, ancaq küçə və obyektlərdəki reklamlara cavabdeh olduqlarını bildirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1154   Tarix: 02 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 680
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 258
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 379
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 462
.

ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI

ABŞ prezidenti Co Bayden ölkəsinin ilk 90 kiloqram zənginləşdirilmiş uranı istehsal etdiyini açıqlayıb. Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb. ABŞ liderinin Vaşinqtonda seçki kampaniyası zamanı çıxışında qeyd etdiyi kimi, ilin sonuna qədər ABŞ nüvə reaktorları üçün təxminən bir ton yanaca

16:40 0
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 466