Uşaqları yandıran çipslər - Siqaret qədər təhlükəlidir + VİDEO

Uşaqları yandıran çipslər - Siqaret qədər təhlükəlidir + VİDEOMağazaya daxil olan kimi uşaqların əksəriyyəti mütləq çips bölməsinə qaçır. Bir-iki valideyn peçenye, meyvə və ya başqa zərərsiz qidalarla uşağının başını qata bildiyi halda, əksəriyyətini əlində bəzəkli çips paketi ilə mağazadan ayrıldığını görürük.

Çipslərin insan orqanizminə olan əks təsirlərindən, hətta kanserogen maddə daşımasından dəfələrlə yazılsa da, hər ötən gün bu məhsulların istehlakı daha da artır. Hətta bu qidanın qiymətinin son bir neçə ildə iki qat bahalaşması da, satışına hər hansı bir təsir göstərə bilməyib.

Çips XIX əsrdə aşpaz Corc Kramın müştəriyə qəzəblənərək kartofu kağız nazikliyində doğraması nəticəsində məşhurlaşan restoran yeməyi olsa da, zaman keçdikcə müxtəlif ədviyyat və dadlandırıcılarla qablaşdırılaraq satışa çıxarılmağa başlayıb.

Dünya Sağlamlıq Təşkilatı və Amerika Qida və Dərman Təşkilatı hesab edir ki, bir yetkinin gündə ən çox 6 qram duz alması və 65 qram yağ istehlak etməsi lazımdır. Lakin, gündə 2 paket çips yeyən uşaq bu nisbətləri həddən çox aşır. Ürəyə zərərli olan doymuş yağ nisbətinin 20 qramı aşmaması lazım olduğu təqdirdə, 100 qramlıq paket kartof cipsində 25-33 qram arasında yağ var. Odur ki, bəzi ölkələrdə çips "Siqaret qədər təhlükəli" hesab olunur və satışı qadağan edilib.

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə çipslərə qarşı aksiya kampaniyalarına strart verilib. Belə ki, çipslər toplanılaraq ocaq formasında yandırılır. Məhsulun bir neçə saniyə ərzində alışması da şəbəkə istifadəçilərində çaşqınlıq yaradıb.

Bəs Azərbaycanda çipslərin satış və istifadəsində hər hansı bir qadağa və yoxlanışlar aparılırmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Qafqazinfo"nun sualını cavablandırarkən bildirib ki, çipsilərin istehsalında genetik modifikasiya olunmuş (GMO) kartofdan istifadə edildiyi üçün bir müddətdir ki, məktəb bufetlərində satışı qadağan olunub:

"4 il bundan öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan məktəb bufetləri standartında çipslərin bufetlərdə satışı qadağan olunub. Bu məhsullar asılılıq yaratdığı üçün uşaq və böyüklərin yeməsi arzuolunmazdır. İstehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilat və onun üzvü olan Azad İstehlakçılar Birliyi bunun daima yarıtmaz qida olduğu barədə məlumatlar yayır. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərə fikir verməli və qarşısı alınmalıdır.

Qurumuş kartofu yandırın, görün yanır? Çipslərin tez alışması keyfiyyətsiz və tərkibində qarışıqların olmasının sübutudur".

Məşhur pediatr Vaqif Qarayev isə bildirib ki, çipslər düzgün şəkildə hazırlanmadığı üçün tərkibində kansoregen maddələr mövcuddur:

"Əslində, həmin kartofu evdə sağlam bir formada hazırlamaq heç də çətin deyil. Kartof bir tərəvəz kimi çox xeyirlidir, tərkibində xeyli sayda vitamin və mikroelementlər var. Ancaq kartofun tərkibində olan nişasta cipsin hazırlanma texnologiyası düzgün olmadıqda orqanizm üçün zərərli maddələrə çevrilir. Hətta kanserogen maddələr belə. Son zamanlar bütün dünya qışqırır ki, "fast food" qidalar kanserogendir. Mümkün qədər uşaqlara verməyin. Bir qida maddəsi kimi mən onun qəti əleyhinəyəm. Həm hazırlanma prosesini, həm də tərkibindəki inqridentləri keyfiyyətsiz hesab edirəm. Bu səbəblərdən də son zamanlar uşaqlar arasında iştahsızlıq kütləvi hal alıb. Yanıma 50 valideyn gəlirsə, 50-i də uşağının iştahsızlığından şikayətlənir. Ola bilməz ki, bu şikayətlərin hamısı tibbi səbəblərdən olsun.

Sadəcə çips yox, "fast food" qidaların tərkibində xolesterin maddələr var. Mən çox pis oluram ki, analar həmin yerlərdə oturub uşaqlara qeyri-sağlam qidalar yedizdirirlər. Daha sonra da uşağının şəklini sosial şəbəkədə paylaşıb toppuş yanaqları ilə fəxr edirlər. Daha düşünmürlər ki, yedizdirdikləri həmin qidalar uşağın orqanizmi üçün nə dərəcədə ziyandır. Tez hazırlanan yeməklərin istehsalı bir neçə dünya ölkəsində qadağan olunub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1379   Tarix: 01 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304