YAP GB 2 fevral - Gənclər Gününü qeyd etdi

YAP GB 2 fevral - Gənclər Gününü qeyd etdiBu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib.

BiG.AZ-ın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, dövlət və hökumət rəsmiləri, deputatlar, partiyanın gənc üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurlara dair videoçarx nümayiş etdirilib. Daha sonra YAP Gənclər Birliyinin 2017-ci ildəki fəaliyyətini əks etdirən film təqdim olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov YAP gənclərinin hakim partiyanı layiqincə təmsil etdiyini, layiqli varis olduğunu vurğulayıb: "Gənclərin qarşısında mühüm vəzifələr dayanır. Bunlardan biri gənclərin ictimai-siyasi həyatda fəal iştirak etmələridir. Bu ilin oktyabr ayında prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası növbəti dəfə Prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək. İlham Əliyevin cəmiyyətdə yüksək reytinqi onun qələbəsi üçün əsas yaradır. Gənclər də seçkilərin yüksək səviyyədə keçməsi üçün fədakarlıqlar etməlidir. Əminəm ki, gənclər bunu dərk edirlər".

Baş nazirin müavini partiya sıralarında təmsil olunan gəncləri sosial şəbəkələrdə fəal olmağa çağırıb: "Cəmiyyət qaçılmaz surətdə yeni texnologiyalardan asılı vəziyyətə düşüb. Ona görə də gənclər ictimai, sosial mesajların çatdırılmasında sosial şəbəkələrdən istifadə etməlidir. Gənclər onsuz da vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Ona görə də sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edilməlidir. Biz gənclərimizin sosial şəbəkələrdə fəallığının yüksək olmasını arzulayırıq".

Daha sonra YAP-nın bir qrup fəal gənci çıxış edərək dövlətin gənclərə göstərdiyi diqqətdən danışıblar.

Tədbirin sonunda yüksək nəticələr əldə etmiş bir qrup şəxslərə YAP-ın üzvülük vəsiqələri, ötən il YAP Gənclər Birliyinin fəaliyyətində aktivliyi ilə seçilmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Mərasim konsert proqramı ilə davam edib.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 447   Tarix: 01 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 0
.

"Kişilərin pensiya yaşının azaldılması təqdirəlayiqdir" - Sosioloq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfa

17:01 0
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 0
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı

Fələstin administrasiyası yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb. Məlumata görə, kabinetdə digərləri ilə yanaşı, erməni qadın nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır

14:28 0