Azərbaycana Zika virusu yaxınlaşır, qorxmağa dəyərmi? - RƏSMİ AÇIQLAMA

Azərbaycana Zika virusu yaxınlaşır, qorxmağa dəyərmi? - RƏSMİ AÇIQLAMARusiyanın "Rospotrebnadzor" xidməti (İstehlakçıların Hüquqlarının və İnsan Hüquqlarının Müdafiəsi Xidməti) Türkiyədə Zika virusunun yayılma təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Ölkənin şimal-şərq vilayətlərində, xüsusilə də İstanbul, Trabzon və Rizedə virusu yayan ağcaqanad növünə rast gəlinib. Zika virusu ölümcül deyil, yalnız hamilə qadın yoluxduqda uşaqların qüsurlu doğulmasına səbəb olur.

Virusun Türkiyədə yayılma ehtimalını ölkənin səhiyyə təşkilatları da təsdiqləyib. Zika virusu ağcaqanadlar vasitəsilə yoluxdurulur. Lakin ölkənin Səhiyyə Nazirliyi virusu yayan ağcaqanad növünə rast gəlinməsi xəbərini təsdiqləməyib.

Zika virusuna yoluxanlarda yüksək hərarət, baş ağrısı, gözlərin qızarması, əzələ ağrıları, yorğunluq müşahidə edilir, xəstəlik 4-7 gün çəkir.

Xəbərdarlıqda deyilir ki, Zika virusu 7 ilə Anadoluda yayıla bilər. İndiyədək Türkiyədə 4 nəfərdə bu virus qeydə alınıb, onların Kubada yoluxduğu müəyyən edilib. Zika virusunun müalicəsi və qarşısının alınması mümkün deyil.

Bəs təhlükəli virus qonşu Türkiyədən Azərbaycana keçə bilərmi?

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitalogiya şöbəsinin müdiri Süleyman Məmmədov deyir ki, miqrasiya ilə hər hansı xəstəliyin ölkəmizə keçmə ehtimalı həmişə var. Amma Zika virusunu yayan ağcaqanad növünə Azərbaycanda rast gəlinməyib. "Hər ilin sentyabrın sonundan iyunun əvvəlinə kimi ölkəmizdəki ağcaqanadlar passiv formada olur. Bu müddət ərzində ağcaqanadların hansısa xəstəliyi yoluxdurma ehtimalı yoxdur. İndiyədək ölkəmizdə Zika virusunu yayan ağcaqanad növünə rast gəlinməyib. Zika virusu ancaq "Albo-Pictus" və "Aedes aegypti" ağcaqanadları vasitəsilə yayılır və bu ağcaqanadların vətəni subtropik ərazilərdir. Virusun insandan insana keçmə ehtimalı yoxdur", - Məmmədov virtualaz.org saytına söyləyib.

Şöbə müdiri qeyd edib ki, ağcaqanadlar xəstə insanı sancdıqda, virus onun tüpürcək vəzinə, hətta yumurtalığında toplanır. Ağcaqanadlar yumurta qoymaqla çoxalır, yumurtadan çıxan ağcaqanadlar da Zika virusunun daşıyıcıları sayılır.

Səhiyyə Nazirliyindən isə deyiblər ki, indiyədək Azərbaycanda Zika virusuna yoluxma qeydə alınmayıb.

Qeyd edək ki, virus ana bətnindəki dölün beyninin inkişafını ləngidir. virusa yoluxan hamilə qadının dünyaya gətirdiyi uşaq "mikrosefaliya", yəni qeyri-adi kiçik başla doğulur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1507   Tarix: 30 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114