Anjey Kaspşikin genişləndirilən komandası Azərbaycana nə verəcək? - Ekspert rəyi

Anjey Kaspşikin genişləndirilən komandası Azərbaycana nə verəcək? - Ekspert rəyiATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi, o cümlədən atəşkəs rejimini monitorinq edən və təmas xəttində movcud vəziyyətlə bağlı etibarlı informasiya verən müşahidəçilərin sayının artırılması yeni maraqların və bölgədə baş verən hadisələrə diqqətin artırılmasının bir işarəsidir.

Bunu trend-ə beynəlxalq münaqişələrin həlli üzrə ekspert Natalia Mirimanova deyib.

Ekspert ümid etdiyini bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin genişləndirilən komandası əvvəlki fəaliyyəti ilə yanaşı, həmçinin vasitəçi kimi daha fəal rol oynayacaq, qarşılıqlı maraq doğuran məsələlər və potensial təhlükələrlə bağlı məlumat mübadiləsinin aparılmasına xüsusi diqqət yetirəcək.

N.Mirimanova həmçinin, qoşunların təmas xəttində təkmilləşdirilmiş texniki əməkdaşlıq ideyasını, o cümlədən erkən xəbərdarlıq və hərbi qarşıdurmanın qarşısının alınması sistemlərini xüsusi qeyd edib:

"Etimadın yaradılması ilə bağlı bu cür tədbirlər zaman-zaman müzakirə edilib, lakin yerinə yetirilməyib. Hesab edirəm ki, bu istiqamətdə müzakirələri yenidən başlamağın zamanıdır".

Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə Minsk prosesindən danışan N.Mirimanova hər hansı bir komponent üzrə irəliyə doğru səmərəli nəticənin olmadığını da diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşdirilməsi istiqamətində hansı addımların atılmalı olduğu məsələsinə toxunan ekspert bildirib ki, prosesi irəli aparmaq üçün Madrid prinsipləri ümimilikdə, yaxşı dönüş nöqtəsidir:

"Bu prinsiplər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini nəzərdə tutur. Xüsusilə Madrid prinsipləri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf yeddi rayondan Ermənistan qoşunlarının çıxarılmasını, daha sonra isə regionun statusunun müəyyən edilməsini nəzərdə tutur. Bundan əlavə, Madrid prinsiplərinə əsasən, məcburi köçkün və qaçqın düşmüş bir milyondan artıq Azərbaycan əhalisi öz doğma torpaqlarına qayıtmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 429   Tarix: 29 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 123
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 509
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 0
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 248
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 33
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

24.04.2024 225
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 0
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 119
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 157