Səlim Müslümov nazirliyin vəzifəli şəxslərini cəzalandırdı - FOTOLAR

Səlim Müslümov nazirliyin vəzifəli şəxslərini cəzalandırdı - FOTOLARAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BiG.AZ-a verilən məlumata görə, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin müasir və şəffaf infrastrukturunun yaradılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahənin inkişafı ilə bağlı islahatlar proqramının əsas komponentlərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi prosedurunun Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi əsasında elektronlaşdırılması son illərdə bu sahədə aparılan effektiv islahat tədbiri olub. BMT tərəfindən Cənub-Cənub Əməkdaşlığı çərçivəsində paylaşılması və digər Cənub ölkələrində də tətbiqi məqsədəuyğun olan müasir və səmərəli, şəffaf iş mexanizmləri kimi qəbul edilmiş Nazirliyin fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış sistemlər, o cümlədən də Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi qabaqcıl təcrübələr kimi BMT-nin "Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər" adlı portalında yerləşdirilib: "Həmin sistemin qurulması əlilliyin qiymətləndirilməsinin vətəndaş-ekspert təması olmadan, elektron müstəvidə və şəxsin kimliyi, göndəriş verən təşkilatın hansı səhiyyə qurumu olduğu bilinmədən, şəffaf şəkildə həyata keçirilməsinə imkan verib. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən bu elektron sistem əlilliyin azalmasına da imkan yaradıb. Belə ki, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olmuşdur. Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azalıb".

S.Müslümov Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu və həmin insanlar tərəfindən razılıqla qarşılandığını qeyd edib. Bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb: "Ötən il də 28 488 nəfər şəxsin əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi tərəfindən avtomatik uzadılıb".

Nazir bildirib ki, bununla belə, əlilliyin müəyyən edilməsi üçün sistemə daxil edilən göndərişlərdə əksini tapan xəstəlik məlumatları əsasında əlillik təyinatlarının aparılıb-aparılmamasına münasibətdə TSEK-lər tərəfindən bir sıra hallarda obyektiv yanaşma meyarının gücləndirilməsi vacibdir. Hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsində ilk növbədə müvafiq göndəriş formasında qeyd olunan xəstəlik məlumatlarının TSEK-lər tərəfindən düzgün təhlil edilməsi, şəxsin müalicə olunmaqla sağlamlığını bərpa etdirmək, əlilliyə məruz qalmamaq potensialının mövcud olub-olmaması daha diqqətlə nəzərdən keçirilməlidir. Bu amil əlilliyin qiymətləndirilməsində daha obyektiv, dəqiq yanaşma üçün mühüm şərtdir və TSEK-lər bu məsələlərə daha məsuliyyətlə yanaşmalıdırlar. Çünki onlar şəxsi görmədən, onun barəsində əlavə informasiyaya malik olmadan, yalnız sistem vasitəsilə qəbul etdikləri elektron göndərişdəki məlumata əsaslanaraq əlilliyin qiymətləndirilməsini həyata keçirirlər.

Əlilliyi olan insanların sağlamlıqlarının bərpası, reabilitasiya potensiallarının müəyyən olunaraq reallaşdırılması istiqamətində işlərin ildən-ilə gücləndirildiyini vurğulayan S.Müslümov nazirliyin bərpa mərkəzləri tərəfindən ötən il 39,8 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator şəraitdə bərpa xidmətlərinin göstərildiyini bildirib: "Son bir ildə əlilliyi olan şəxslər 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən tibbi göstərişi olan əlillər 1193 ədəd əlil arabası ilə təmin edilib. Respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətlərinin göstərilməsi işlərinin davamı kimi, ötən il bu təbəqələrdən olan 1011 nəfər şəxs elə yaşadıqları rayon və ya şəhərdə səyyar qaydada müvafiq xidmətlərlə təmin olunub".

Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illərdə ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılıb: "Bu gün nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində ən yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti, müasir tibbi cihazlar, reabilitasiya avadanlıqları mövcuddur. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi nəticəsində yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi sağlamlıq imkanları məhdud uşaqların müasir və səmərəli fizioterapevtik müalicə xidmətləri ilə təminatı imkanlarının xeyli genişlənməsinə səbəb olub. Nazirliyin digər bir sıra bərpa mərkəzlərinin müasir tələblərə uyğun qurulması yönündə də işlər aparılır". Bərpa mərkəzlərinin fəaliyyətində sosial modelə əsaslanan reabilitasiya tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edən nazir əlilliyi olan şəxslərin reabilitasiyasının sosial model üzrə həyata keçirilməsinin qabaqcıl dünya təcrübəsində mühüm yer tutduğunu diqqətə çatdırıb.

S.Müslümov Bakının Zabrat qəsəbəsində yaradılan Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzinin həmin şəxslərin sosial və peşə-əmək reabilitasiyası işinin müasir standartlara cavab verən səviyyədə həyata keçirilməsinə imkan verəcəyini diqqətə çatdırıb: "BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına uyğun şəkildə hazırlanmış və aidyyəti qurumlarla birgə təkmilləşdirilərək Nazirlər Kabinetinə təqdim olunmuş, hazırda Azərbaycan Respublikasının Milli Məclisində baxılmaqda olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsində də əlilliyin qarşısının alınması və əlilliyi olan şəxslərin reabilitasiyası məqsədinə xidmət edən bir sıra önəmli tədbirlər əksini tapıb".

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və digərləri tibbi-sosial ekspertiza, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərlə bağlı fərdi reabilitasiya proqramlarının tərtib olunaraq həyata keçirilməsi, həmin insanlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, TSEK əməkdaşlarının bilik və peşəkarlığının artırılması, vətəndaşların müvafiq sahə üzrə müraciətlərinə baxılması və başqa sahələrdə görülən işləri diqqətə çatdırıblar.

2017-ci ildə tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin geniş müzakirə olunduğu iclasda qarşıda duran vəzifələrdən də bəhs olunub. Aidiyyəti fəaliyyət sahəsində əldə olunan müsbət nəticələrlə yanaşı, yol verilən nöqsan və çatışmazlıqlara da toxunulub, fəaliyyətini düzgün qura bilməyən ayrı-ayrı vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul olunub.

Səlim Müslümov nazirliyin vəzifəli şəxslərini cəzalandırdı - FOTOLARSəlim Müslümov nazirliyin vəzifəli şəxslərini cəzalandırdı - FOTOLARSəlim Müslümov nazirliyin vəzifəli şəxslərini cəzalandırdı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 852   Tarix: 29 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618