Erməni tibb bacısı azərbaycanlı Zakiri şikəst etdi: "80-dən çox uşağınızı öldürdüm, qisasımı aldım"

Erməni tibb bacısı azərbaycanlı Zakiri şikəst etdi: "80-dən çox uşağınızı öldürdüm, qisasımı aldım""Valideyn övladı üçün hər şeyə qadirdir" deyimi bəlkə də Mingəçevirdən olan Hüseynovlar ailəsinə görə deyilib. Sözügedən ailə düz 30 ildir ki, yataq xəstəsi olan övladlarının yanından bir an ayrılmır, gecə-gündüz qulluğunda dayanır.

Hüseynovlar ailəsinin böyük övladı Zakir anadan sağlam doğulsa da, yaş yarımlığında sağalmaz dərdə düşüb. Artıq 30 ildir ki, o, yalnız sol böyrəyinin üstdə, uzanıqlı vəziyyətdə yaşayır. Valideynləri övladlarının bədbəxtliyinə erməni tibb bacısının səbəb olduğunu deyirlər.

Zənifə Hüseynova övladının 1986-cı il təvəllüdlü olduğunu, bu vəziyyətə isə ondan il yarım sonra düşdüyünü danışır: "Sahə həkimimiz xəbər göndərdi ki, "təcrübə aparan həkimlər gəlib, azyaşlı uşaqları xəstəxanaya çağırırlar, siz də uşağınızı gətirməlisiz". Mən də apardım".

"Əlimdən alıb içəri apardılar və bir neçə saatdan sonra gəlib dedilər ki, "oğlunuz ayılmır". 3 gün xəstəxanada gözlədik, 3 gündən sonra uşaq ayıldı. Sonra inkişaf dayandı, büzüşüb bir yumaq kimi oldu, hara aparsaq da, əmələ gəlmədi", — deyən ana göz yaşlarına hakim ola bilmir.

Söhbəti davam etdirən ailə başçısı Əlisa Hüseynov onların bütün bədbəxtliklərinə "Anahid" adlı erməni tibb bacısının səbəb olduğunu, sonradan bunu özünün də etiraf etdiyini bildirir: "Onun müharibə qızışdıqdan sonra Mingəçevirdən gedərkən "Mən 80-dən çox uşağı öldürüb, şikəst eləməklə azərbaycanlılardan qisasımı alıb gedirəm" deməsi bu gün də mingəçevirlilərin xatirindədir".

Əlisa Hüseynov ailənin yükünü yüngülləşdirmək üçün əlil çarpayısına çox ehtiyacları olduğunu, 20 il əvvəl min bir zülmlə aldığı çarpayının çox köhnəldiyini, təmirinin mümkünsüz olduğunu bildirir. Zənifə xanım isə hava xoş olduqda Zakirin evdə durmaq istəmədiyini, əli ilə daim həyəti göstərdiyini deyir.

Anası deyir ki, övladını bu halda görmək onlara böyük dərddir: "O qədər qapalı saxlamışdıq, nitqi də itmişdi. Son illər küçəyə çıxarandan sonra artıq danışa bilir. Küçədə duranda tanıyanlar nəsə alıb gətirir ki, bunu verin, yesin, ya içsin. Yastığına pul qoyan da olur".

"Lakin elə adamlar var ki, bunu pis başa düşürlər. Hətta bir nəfər mənə yaxınlaşdı ki, "utanmırsız, xəstə uşağı çıxarıb diləndirirsiz". Səsimi çıxara bilmədim, için-için ağladım, özümə təsəlli verdim ki, axı, o nə bilir mən nə çəkirəm. Amma ətrafdakılar az qaldılar onu öldürsünlər, mən əllərindən aldım", — Z.Hüseynova danışır.

Uzun illər xəstə övlada qulluq etmək ailə üzvlərini də xəstə salıb. Zakiri qaldırıb-endirməkdən Zənifə ananın biləyində problem yaranıb, bu üzdən tez-tez həkimə getməli olur. 4 il əvvəl isə oğlunu qucağında apararkən yıxılıb və ayağı sınıb. Bu da iki ay yataqda qalmasına səbəb olub.

Buna görə də Əlisa kişi onlara baxmaq üçün 35 il çalışdığı işıq idarəsindən ayrılmalı olub. Ailə başçısının işdən çıxmasından sonra isə ailənin maddi durumu daha da çətinləşib. Əlillik üçün verilən 140 manatla evin kommunal xərclərini güclə çatdırırlar.

Bütün çətinliklərə baxmayaraq, "ömrümüzün axırına kimi övladımza qulluq edəcəyik", — deyir yaşlı cütlük. (Sputnik Azərbaycan)

Erməni tibb bacısı azərbaycanlı Zakiri şikəst etdi: "80-dən çox uşağınızı öldürdüm, qisasımı aldım"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3654   Tarix: 29 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988