"Azərbaycanda informasiyanı gizlətməyə cəhd edən məmurlarımız var"- MÜSAHİBƏ

"Azərbaycanda informasiyanı gizlətməyə cəhd edən məmurlarımız var"- MÜSAHİBƏJurnalistlər Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin Sonxeber.az-a müsahibə verib.

BiG.AZ sözügedən müsahibəni oxuculara təqdim edir:

- Müşfiq müəllim dövlət qurumları və jurnalistlər arasında bəzən gərginləşən münasibətlər, qarşılıqlı ittihamlar olur, bu, haradan qaynaqlanır?

- Azərbaycanda jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün dövlət lazımi mühiti yaradıb. Azərbaycan dövlət başçısı daim medianın, jurnalistlərin yanında olduğunu nümayiş etdirir, söz və ifadə azadlığının təmin olunması üçün bütün addımları atır. Bu baxımdan ölkədə jurnalistlərlə dövlət qurumları arasında hansısa sistemli ziddiyyətlərdən söhbət gedə bilməz. Sadəcə, Sizin qeyd etdiyiniz kimi, bəzən ayrı-ayrı məmurlarla ayrı-ayrı jurnalistlər arasında anlaşılmayan problemlər yaranır. Təbii ki, belə gərginliklər barədə fikir birmənalı deyil və mən də burada yalnız şəxsi fikirlərimi qeyd edə bilərəm. Məncə, məsələ çox sadədir. Belə ki, indi informasiya almağın və yaymağın çevrəsi çox genişlənib. İndi informasiya aləmi və yayımı təkcə jurnalistlərin inhisarında deyil. "İnformasiya əldə etmək azadlığı haqqında qanun" bütün vətəndaşlara informasiya sorğusu vermək, informasiya almaq hüququ verir. Beləliklə, dövlət qurumlarından informasiya almaq istəyənlərin sırası 10 dəfələrlə artır. Digər tərəfdən, ölkədə 5 mindən çox KİV qeydiyyatdan keçib, hər KİV-dən 1 nəfər əməkdaş sorğu üçün müraciət edəndə, baxın, hansı durum yaranır. Bunların sırasında söz azadlığından müxtəlif məqsədlər üçün sui- istifadə edənlər də az deyil. Belə şəraitdə dövlət bu məsələlər arasında fərq qoymağı bacarmalıdırlar. Onların nəzdində peşəkar mətbuat xidmətləri və ya ictimaiyyətlə əlaqələrə məsul şəxslər çalışmalıdırlar. İctimaiyyətlə əlaqələr şöbəsi qabiliyyətli kadrlardan ibarət olmalıdır. Hansı qurum ki, mətbuat xidmətinə peşəkar şəxs işə qəbul ediblər, onların işi asandır və media ilə ciddi problemləri yaşanmış. O qurumlar ki mətbuat xidməti vəzifəsinə və ya ictimaiyyətlə əlaqələr bölməsinə öz qohumlarını, yaxınlarını işlə təmin etmək üçün bir post kimi baxırlar, belə qurumların media ilə daim problemləri yaşanır. Bu şəxslər anlamalıdırlar ki, ilk növbədə özlərinə problem yaradırlar, özləri atdıqları yanlış addımın qurbanına çevrilirlər. Onlar bilməlidirlər ki, informasiyanı gizlətmək əvəzinə, onu zamanında, hətta öz maraqlarına uyğun olan formada belə jurnalistə çatdırmaqla daha çox fayda götürərlər. Peşəkar mətbuat xidməti olanlar, bu işi asanlıqla həll edə bilirlər. Təəssüf ki, bizim məmurlar və özəl iş adamları arasında hələ də informasiyanın mahiyyətini anlamayan, onu gizlətməyə cəhd edənlər də mövccuddurlar. Təbii ki, onlara qarşı mübarizə aparılır. Çünki, Azərbaycan elə ölkədir ki, burada dövlət başçısı səviyyəsində KİV-in demokratik inkişafı üçün və sərbəst informasiya mühiti qurulması üçün siyasi iradə göstərilib. Bu iradəni kimsənin dəyişməsi yolverilməzdir. Hər kəs bu prinsipi qəbul etməlidir.

- Azərbaycan Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dilinin ədəbi normalarının pozulması ilə bağlı nöqsanların baş verdiyini bir sıra böyük agentliklərdə də şahidi oluruq. Bu məsələ ilə bağlı hər-hansı təklif irəli sürməyi nəzərdə tutursunuzmu?

- Bu gün xəbər istehsalı kəmiyyət və çeşid baxımından o qədər çoxalıb ki, hər bir xəbərin keyfiyyətini və çəkisini tam nəzarətdə saxlamaq olmur. Hətta beynəlxalq təşkilatlardan biri maraqlı bir hesablama aparmışdı: deyirdilər ki, indi dünyada 1 gündə istehsal olunan xəbərin sayı ötən 5 min ildə istehsal olunan xəbərin sayı qədərdir.. Televiziyalarda xəbər təqdimatlarına nəzər salsaq, informasiyaların çoxluğundan məlumatların sürətlə oxunuşunun şahidi oluruq. Bəzən onu sürətlə oxumaqla da çatdırmaq olmur. Qəzet səhifələrinə də sığışdırmaq mümkün deyil. Təbii ki, bütün sahələrdə olduğu kimi, KİV-in dilində də yeniliklər, islahatlar aparılmalıdır. Amma bu dəyişikliklər, islahatlar pərakəndə, subyektiv yanaşmalarla, hər kəsin zövqünə görə olmamalıdır və dili zədələməməlidir. Azərbaycanda Dilçilik institute, Terminologiya komissiyası kimi ciddi qurumlar var. Onlar peşəkar media qurumları ilə birgə tədbirlər keçirməli, ictimai müzakirələr aparmalı, ümumi rəylə dəyişiklikləri elmi əsaslar üzərində gerçəkləşdirməlidirlər. Təəssüf ki, son 20 il ərzində dilimizə beynəlxalq dillərdən keçən bu qədər sözlərin heç biri milli terminə çevrilməyib. Bu məsələdə yalnız jurnalistləri və KİV qurumlarını qınamaq olmaz. Dilçilik İnstitutu, Terminologiya komissiyası birgə rəylə mətbuatda qısa, informativ dildən istifadə edilməsi üçün qərar verməlidir. İnformasiyanın çevik təqdimatı ədəbi dil normalarını, üslubları ilə uyğunlaşdırılmalıdır. Ədəbi dil normalarını fərdlərin istəyinə uyğun olaraq dəyişdirmək,formalaşdırmaq olmaz. Yəni , dəyişiklik baş verməlidir. Lakin, buna hökm verənlər mütləq legitim qurumlar olmalıdır. Təəssüf ki, bu gün onlayn mediada, sosial şəbəkələrdə Azərbaycan dilinin həm leksikası, həm də sintaktik quruluşu korlanır. Təcili tədbirlər görülməlidir.

- Bu gün Azərbaycan jurnalistikasının durumunu necə qiymətləndirirsiniz?

- 2016-cı ildə, "aprel döyüşləri" zamanı dünyanın aparıcı KİV-ləri ölkəmizin lehinə olan informasiyalar yayımladılar. Bundan sonra körpə Zəhranın nənəsi ilə birgə qətlə yetirilməsinə bütün transmilli KİV –lər yer ayırdılar, məlumatlar yaydılar. 2015-ci ildə, 1-ci Bakı Avropa Oyunları vaxtı, 2017-ci ilin İslam Həmrəyliyi Oyunları vaxtı da xarici KİV-lər Azərbaycana lazımi yer ayırdılar. Və onlar, adətən bu məlumatları, yerli, milli KİV-lərə istinadən yayırdılar. Bu Azərbaycan mediasının artıq dünyanın aparıcı media qurumlarında tanındığını göstərir. Hansı ki, çox da uzaq olmayan keçmişdə, 1990-cı illərdə, 20 yanvar hadisələri zamanı Azərbaycan bir informasiyanın dünyaya çıxarılmasına çox çətinliklə nail ola bilirdi. İndi isə durum dəyişib. Dünyada peşəkar jurnalistikanın tarixi 400 ildən çoxdur. Azərbaycanın milli - demokratik mediasının tarixi isə çox deyil. Milli mediamızın sürətli inkişaf dövrü isə, son 20 ilin payına düşür. Mediamız 20 il müddətində başqalarının 400 ilə keçdiyi yolu keçə bildi. Bu, Azərbaycan jurnalistlərinin böyük uğuru və məharətidir. Mən həmişə vurğulayıram ki, Azərbaycan jurnalistikası, həm də, öz sıralarından şəhid vermiş jurnalistikadır. 10-a yaxın jurnalistimiz Qarabağda və ya Azərbaycanın başqa haqq işi uğrunda mübarizədə canını fəda edib. Azərbaycan jurnalistikası dövlətimiz, xalqımız uğrunda şərəfli yol keçmiş peşəkar jurnalistikadır. Bu baxımdan qürurlanmağın yeri var.

- Jurnalistika elə bir sahədir ki, daim biliklərin yenilənməsinə ehtiyac var. Bu səpkidə Mətbuat Şurasının gələcəkdə jurnalistlər üçün hər-hansı ixtisasartırma kurslarının təşkili ilə bağlı planı varmı?

- Hazırda jurnalistika sahəsində təhsil iki müstəvidə keçirilir. Birincisi ali məktəblərdə standart proqramlarladır. İkincisi isə müxtəlif jurnalist təşkilatları tərəfindən həyata keçirilən təlimlər, seminarlar və sairdir. Bu baxımdan, Azərbaycanda jurnalistika təhsili üçün hər iki mərhələ qurulub. Amma biz hesab edirik ki, bu, tam yetərli deyil və əlavə mexanizmlər tətbiq edilməlidir, Çünki, jurnalistika dinamik sahədir. Burada nəinki hər il, hər ay, bəzən hər həftə, hər gün dəyişiklik baş verir. Yeni çağırışlara çevik reaksiya verilməsinə ehtiyac var. Bəzi təməl prinsiplər yetərli olsa da, bu, gündəlik təcrübə ilə uyğunlaşa bilmir. Düzdür, jurnalist təşkilatları özləri seminarlar, təlimlər təşkil etməklə jurnalistləri peşə yenilikləri barədə bilgiləndirirlər. Amma jurnalist təşkilatları özləri donordan, bir növü aslıdırlar və onların maliyyəsi vasitəsi ilə işləyirlər. Layihələrin verilməsi və onun prioritetləri donorun özü tərəfindən müəyyənləşdirilir. Jurnalist təşkilatı qarşısına qoyduğu layihənin növbəti mərhələsinə donorun vəsait ayıracağından əmin deyil. Çox vaxt burada fasilələr yaranır və ardıcıllıq pozulur. Bu cür problemlərin aradan qaldırılması üçün Mətbuat Şurası Azərbaycanda daimi fəaliyyət göstərən media akademiyasının yaradılması ilə bağlı təklif irəli sürüb. Bu akademiyanın mahiyyəti jurnalist kimi fəaliyyət göstərən şəxslrin iki ildən bir həmin akademiyada ixtisasartırma kursları keçə biləcəyindən ibarətdir. Çalışdıqları sahələr üzrə jurnalistlər işləyərək bu akademiyada kurs keçəcəklər. Mətbuat Şurası tərəfindən irəli sürülən bu ideya təklif kimi hazırlanıb təqdim edilib. Lakin, onun nə vaxt qəbul olunacağı Şuradan asılı deyil..

- İnternet mediaya maliyyə ayrılması hansı kriteriyalar əsasında həyata keçiriləcək?

- Hazırda internet mediaya maliyyə ayrılması məsələsi, Milli Məclisdən, hökumətdən, yəni dövlət büdcəsini hazırlayan və qəbul edən qurumlardan asılıdır. İlkin olaraq maliyyə ayrılmalıdır ki, sonradan onun hansı kriteriylar üzrə verilməsi müəyyən edilsin. Təbii ki, Mətbuat Şurası bu təklifi irəli sürübsə, saytlara maliyyənin hansı kriteriyalar üzrə ayrılması ilə bağlı ilkin şərtlərə, təsəvvürlərə də malikdir. Amma bu barədə indidən danışmaq tezdir. MŞ sədri Əflatun Amaşov parlamentə çıxış edərək internet mediaya vəsait ayrılmasının zəruriliyini əsaslandırıb. Həqiqətən də vəsaitin ayrılmasına çox ciddi şəkildə ehtiyac var. Azərbaycanda medianın iki ənənəvi qolu çap və elektron media çox böyük inkişaf yolu keçsə də, onların yayımla bağlı müəyyən çərçivələri var. Azərbaycanın hər-hansı televiziyasının xarici bir ölkədə nümayiş etdirilməsi üçün xüsusi prosedurlar keçilməlidir. Qəzetlərin xarici ölkələrdə yayılması da, imkansızdır. Yeganə sahə internedir ki, burada yayımlanan materialın dünyanın istənilən ölkəsinə çatması mümkündür. Bunun üçün heç bir prosedur tələb edilmir. Mətbuat Şurası da bunu dəyərləndirir. Bizim dünyaya açılmağımızın bir nömrəli vasitəçisi internet və internet mediadır. İnternet media isə peşəkar olmalıdır ki, Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasını təmin edə bilsin. Dövlət özü bu sahəyə diqqət göstərməlidir ki, internet informasiya resursları həm peşəkarlaşsınlar, həm də başqa qüvvələrin, antiAzərbaycan dairələrin təsirinə düşməsinlər.

- Mətbuatda intihar xəbərlərinin geniş təfsilatı ilə yayımlanması nə dərəcədə doğrudur?

- Kriminal, terror, intihar hadisələrinin heç bir halda detallı təsviri verilməməlidir. İnformasiya ümumi şərti adlarla yayımlanmalıdır. İntihar haqqında informasiya verilirsə, o elə təqdim olunmalıdır ki, cəmiyyətdə bu fakta qarşı ikrah hissi doğursun, intihar digər insanların da müəyyən situasiyadan canını qurtarmaq üçün əl atacağı xilas yolu kimi qəbul edilməsin. Bunun üçün müxtəlif vasitələrdən istifadə edilə bilər. Məsələn, İntihar haqda məlumat verilərkən xəbərin altında onun dinimizdə lənətlənmiş bir hal olduğuna dair cümlə yazmaq olar. Azərbaycan jurnalistlərinin peşə-davranış qaydalarının 3-cü prinsipinə görə, bu hadisələr haqqında detallı məlumat vermək olmaz, hadisənin təsviri aktın təşviqinə yönəlməməlidir. Təəssüf ki, bu prinsiplər bəzən jurnalistlərimiz tərəfindən pozulur.

- Bəzən mətbuatımızda jurnalistikanın təməlləri ilə bugünki standartları arasında ziddiyyət yaranır. Konteksdən çıxarılmış başlıqların tirajlanması halları ilə rastlaşırıq. Burada əsas həll yolu olaraq müəyyən təklifiniz varmı?

- Təbii ki, xəbərin başlığı oxunaqlı və cəlbedici olmalıdır. Lakin başlıq konteksdən çıxarılmalı deyil. Xəbər başlığı informasiyanın məzmunundan doğmalıdır. Məlumatın oxunması üçün onun başlığı ilə məzmunu arasında ziddiyyətin yaradılması etik hərəkət deyil. Biz oxucu olaraq aldadılırıq. Amma bu, elə bir haldır ki, inzibati üsullarla həll etmək olmaz. Bu cür "yalançı başlıqlarla" oxucunu aldadan KİV-lər müəyyən müddət keçdikcə öz oxucusunu itirir. KİV qurumu üçün ən yaxşı dayaq oxucu adutoriyasıdır. Oxucu aldadılırsa, küsdürülürsə, deməli, həmin KİV qurumu qüruba gedir. KİV qurumu özünün auditoriyasını itirirsə onun maliyyəsinin haradan formalaşacağı sual altında qalır. Sadəcə burada oxucu diqqətli olmalıdır, onu aldadan KİV-ləri boykot etməlidir. Oxucular bu cür resurslardan imtina etsələr, o zaman həmin media qurumları düzgün yol tutmağa məcbur olacaqlar.

- Ötən il Jurnalist Həmkarlar İttifaqına əmək hüquqları pozulan neçə jurnalist müraciət edib?

- Jurnalist Həmkarları İttifaqı hər jurnalistlərin sosial - iqtisadi hüquqları və jurnalistikada baş verən tendensiyalarla bağlı monitorinq aparır və nəticələri açıqlayır. Ümumi mediada baş verən tendensiyalar, əməkhaqqı, jurnalistlərin gəlirləri, onların əmək münasibətləri və digər məsələlərlə bağlı dəyərləndirməni elan edirik. Jurnalistlər bizə müraciət edəndə onların hüquqlarını qorumağa çalışırıq. Bizə bu cür cür müracətlər daimi olur. Sadecə 8-10 il əvvəl situasiya fərqli idi. İnsanlar elə hesab edirdi ki, təşkilat müəyyən sahədə məşğul olduğunu elan edibsə, bu sahədə istisnasız hər şeylə məşğul olmalıdır. Vəziyyət isə belə deyil. Bizim nizamnaməmizdə yazılıb ki, Jurnalist Həmkarlar İttifaqı öz üzvlərinin hüquqlarını qoruyan təşkilatdır. Bu baxımdan bizim vasitəmizlə müdafiə olunmaq istəyən jurnalistlər yalnız İttifaqa üzv olmaqla buna nail ola bilərlər. İttifaqa əmək hüquqlarının pozulması ilə bağlı müraciət edən jurnalislər barədə informasiyaları çox da ictimailəşdirmirik. Bunu müraciət müəllifləri özləri istəyirlər. Deyirlər ki, həmin şəxsin problem ictimailəşdirilsə, sabah o, başqa iş üçün müraciət edəndə müəyyən əngəl yarana bilər. Qalmaqallı jurnalist kimi yadda qalmaq istəmirlər. Bu onların istəyi ilə əlaqəli olduğundan biz gizliliyi qoruyub saxlamağa çalışırıq. Amma problem həll edirik. Qısaca vurğulayım ki, bizə müraciət edən jurnalistin heç birinin prosesini uğursuz yekunlaşdırmamışıq.

- Reket jurnalistikanın qarşısının alınması istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?

- Reket jurnalistika ilə mübarizədə Mətbuat Şurasının uğurları var. Biz bu məsələdə media nümayəndələrini nəzərdə tuturuqsa onlar arasında reket jurnalist yoxdur. Sadecə xəbər istehsalçıları arasında reketçilik var. Onlar bunu media işçilərinin adı ilə həyata keçirirlər. Bu sahədə çox ciddi problemlər var. Tam ciddi effekt əldə edilməyib. Bizim ənənəvi mediada- qəzetlərdə, jurnallarda, electron media resurslarında, informasiya agentliklərində bu proses demək olar ki, aradan qaldırılıb. Ənənəvi KİV- də sıxışıdırılan həmin reketlər onlayn media müstəvisinə transfer olunublar. Bizə daxil olan şikayətlərin 90%-dən çoxu onlayn media ilə əlaqəlidir. Reket jurnalistika ilə mübarizə aparmaq üçün artıq xüsusi proqramlar qəbul olunub. 2013-cü ildə Mətbuat Şurasının 6-cı qurultayında onlayn media üzrə özünütənzimlənməni həyata keçirmək üçün Şuraya səlahiyyət verilib. Onlayn media ilə məşğul olan xüsusi bir komissiya formalaşdırıldı. Bu peşəkarlıq imkan verir ki, onlayn media mustəvisində özünütənzimləmə və neqativ amillərə qarşı mübarizə aparmaq üçün mexanizm hazırlaya bilsin. Bu mexanizm artıq qurulub. Amma bu proses yalnız Şuradan asılı deyil. Bunun üçün hüquqi baza olmalıdır. 2013-cü ilin may ayından etibarən bir sıra qanunlara əlavə dəyişikliklərin edilməsi prosesi başlayıb. Azərbaycan cinayət məcəlləsinin 147-148 –ci maddələrinə olan dəyişikliklər, İnzibati xətalar məcəlləsinə edilən, KİV haqqında qanuna, həmçinin, 2017-ci ildə "İnformasiya, informasiyalaşdırma və informasiya təhlükəsizliyi" haqqında qanuna edilən əlavə dəyişikliklər mükəmməldir. Orada onlayn medianın və orada törədilən xətaların təsnifatı verilib. Eyni zamanda bu xətlara qarşı mübarizənin aparılması mexanizmləri dəqiq şəkildə göstərilib. Bu qanunun qəbul olunmasından sonra çox ciddi şəkildə onlayn mediada reketlərə qarşı mübarizə uğurla davam edir, qısa müddətdə bu anlayışın aradan qaldırılmasına nail olacağıq.

- Jurnalistlər üçün nəqliyyatın pulsuz olması məsələsi gündəmdə idi. Gələcəkdə hər media orqanında bir neçə jurnalistə bu hüququn verilməsi nəzərdə tutulubmu?

- Jurnalistlərin nəqliyyatdan pulsuz istifadə etməsi, istirahət məntəqələrinə göndərilməsi ilə bağlı təkliflər zaman-zaman olub. Azərbaycan dövləti elə bir variant seçdi ki, bu təkliflərin hamısını kölgədə qoydu.Dövlət tərəfindən jurnalistlərə pulsuz yolpulu əvəzində onlara 100 min manat dəyəri olan ev verilir. Eyni zamanda Prezident yanında KİV-in inkişafına Dəstək Fondu ildə 6-7 dəfə fərdi jurnalist yazı müsabiqələri həyata keçirir. Həmin müsabiqənin 3-ü Fondun öz hesabına bir neçə dəfə isə müxtəlif dövlət qurumları ilə birgə həyata keçirilir. 2016-cı ilin statistikasına görə, həmin müsabiqələrdə 400-dən artıq jurnalist qalib olmuşdu. 2017-ci ildə 376 nəfər bu müsabiqələrdə qalib olaraq yüksək məbləğli mükafat alırlar. Jurnalistlərə bu mükafatların verilməsi nəqliyyatın pulsuz olmasından daha üstün olduğunu göstərir. Bu baxımdan nəqliyyatın ödənişsiz olması gündəmdə deyil.

- Gün ərzində ən çox hansı televiziya, radio qəzet və internet portalının fəaliyyətini izləyirsiniz?

- Mən bir neçə ictimai təşkilatda fəaliyyət göstərdiyim üçün vəzifəmə görə bütün aparıcı saytları, telekanalları, informasiya agentlikləri və portallarını izləyirəm. Bəzi saytları işimə vəzifəmə görə oxuyuram. Bəzilərini isə özüm oxumaq üçün izləyirəm. Həmin media resursları arasında izlədiyim 10-luq və 20-lik formalaşdırdığım saytlar var. Ölkədə tanınan, bilinən, strukturlaşmış saytlar arasında BiG.AZ portalı da var. Onu ölkədə hər kəs tanıyır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1313   Tarix: 29 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116