"Guya müəllim səhər doqquzda məktəbə gedib axşam altıya qədər işləyir?" - Millət vəkili

"Guya müəllim səhər doqquzda məktəbə gedib axşam altıya qədər işləyir?" - Millət vəkiliMilli Məclisin deputatı Hadi Rəcəbli "Kulis"ə geniş müsahibə verib.

BiG.AZ müsahibənin müəyyən hissələrini təqdim edir:

- Sizin müəllimlər haqqındakı fikriniz də vardı, ona görə indiyə qədər tənqid olunursunuz.

- Onu da mən o cür deməmişdim. Mən başqa fikir səsləndirmişdim, götürüb fikri kontekstindən çıxarıb dəyişiblər. Digər bir fikir: Guya demişəm ki, Qarabağ əlillərinə pulsuz dərman verilməsin. Yalan! Kökündən iftira!

- Ümumiyyətlə, məmurlara, dövlət adamlarına xalq arasında, qələm adamları arasında niyə həmişə neqativ münasibət olur?

- Bu fikir əski dövrlərdən, sinifsiz deyilən cəmiyyətlərdən qalıb. Sovet dövründə bir az imkanı olan adama necə baxırdılar? Düşmən kimi. Bu, bazar iqtisadiyyatı dövründə ən yanlış metoddur. Məsələn, Amerikada əksinədir, imkanı olan adamları təbliğ edirlər ki, baxın, görün halallıqla o necə pul qazanıb.

- Amerikada kapitalist sistem idi, bizdə sosializm, xüsusi mülkiyyət yox idi.

- 29-cu ildə Amerikada necə keçid olub, xəbərin var? Qanqsterlərin pulu üzərində kapitalizm qurulub, xəbərin var? Yəni Amerikanın təməli bu cür qurulub. Sənin dediyin adamlara neqativ münasibət həsəddən, cəmiyyətdə olan nöqsanları o adamlarda görməkdən yaranır. Biz hazırda bu neqativlərin qarşısını almaq istəyirik. Siz özünüz də görürsünüz ki, nə qədər dəyişikliklər olub. Dünyada analoqu olmayan "Asan xidmət" sistemi yaradılıb. Sadəcə təəssüf ki, bizdə sahibkar ətrafında pis fikir formalaşdırılıb.

- Hadı müəllim, son illər kino sənayesində dirçəlmə yaranıb. Yeni filmlər çəkilir. Heç filmlərə baxırsınızmı?

- Televiziyada çoxseriyalı primitiv filmlər çox verilir. Bəzən mövzular bir-birini təkrarlayır. Ancaq bu yaxında iki filmə baxmışam: "Toydan sonra nağara" və "Kəklikotu". Birinci xoşuma gəlmədi. "Kəklikotu" filmi xoşuma gəlib, zəng edib aktyor Müşfiq Şahverdiyevi təbrik elədim, qüsurları, çatışmayan tərəfləri dedim.

- Çatışmayan tərəfləri nə idi?

- Bəzi məqamlar var idi ki, mən bilən bu da olmalıdır. Açıq-saçıqlıq, vulqarlıq var idi, özü də həddindən artıq idi. Gərək belə olmasın. Filmin yaradıcı heyətinin işini bəyəndim. Düzdü, bəzi aktyorlar bir az zəif oynayırdı, ancaq bunu da keçmək olar. Bütövlükdə film alınıb. Səkkiz manata idi bilet, amma zal dolmuşdu. Deməli, gəlirlər, baxırlar. Lənkəranda Coşqunla Rafaelin tamaşasına bileti 100 manata satırdılar. Mənə 50 manatlıq biletdən vermişdilər (gülür). Gedib tamaşa eləmişdim. Sosial durumun çətinliyindən danışırlar, bu cür halları deyən yoxdur.

- Bəyənmişdiniz?

- Pis deyildilər.

- Bəs KVN-çilər necə? Sizin məşhur müəllim əhvalatınızla bağlı yumor hazırlamışdılar. Yəqin görmüsünüz?

- Görmüşəm. Mən onların səhnəciyini o zaman yaxşı qəbul edərdim ki, onlar həqiqətən deyilən fikrin şarjını göstərəydilər. Zəng eləyib özlərinə iradımı da bildirdim. Mən guya çıxış edirəm ki, müəllimlər saat altıdan sonra getsin daş daşısın. Birincisi onlar bilmirlər ki, müəllim həftədə maksimum 18 saat işləyir, başqaları kimi 41 saat yox. Və yalan materiallardan ədalətsiz səhnə düzəltməyə də pis baxılır. Mən müəllim ailəsində böyümüşəm. İki bacım, bir qardaşım, bir qızım, bir oğlum, mən özüm, yoldaşım müəllimlik edirik. Bu isə hər şey deməkdir.

- Axı bu tamaşadır, yumordur, müəyyən ümumiləşdirmə, şişirtmə ola bilər.

- Müəllim səhər doqquzda məktəbə gedib axşam altıya qədər işləyir? Gərək yumor da həqiqətə bir az oxşasın. O səhnəcik iki səbəbdən xoşuma gəlməyib. Birinci, obyektiv deyil, primitiv və yalandır, ikinci, onun icrası da düz olmayıb, mən heç vaxt müəllim gedib daş daşısın deməmişdim.

- Yeri gəlmişkən, KVN üzvləri şikayət edirlər ki, məmurları canlandırdıqlarına görə efirə buraxılmırlar, təqib olunurlar.

- Biri var kimisə təhqir edirsən, biri də var sən deyən kimi, yumorla yanaşırsan. Məsələn, Hadı müəllimlə söhbət elədik, ancaq fəlsəfədən danışdı. Bax bu yumordur. Amma sən mənim adımdan yalan desən ki, Hadı Rəcəbli deyir, axşam altıdan sonra müəllimlər daş daşısınlar, bax bu olmaz.

- Belə çıxır, məmurlar KVN-ə etiraz etməkdə haqlıdırlar?

- Əgər KVN düz eləmirsə onlar haqlıdırlar. Əgər KVN həddini aşırsa onlar haqlıdırlar. Obyektiv yumor olanda mən də qəbul edirəm, yox, təhqir olanda qəbul etmirəm. Buna görə gərək diqqətli olsunlar.

- Ancaq cəmiyyətdə sevilirlər.

- Mən görməmişəm. Coşqunla Rafaelin elədikləri ilə indiki KVN-nin elədikləri arasında böyük fərq var. Onlar ikisi daha böyük nailiyyət əldə edirlər, xalq arasında daha çox sevilirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2471   Tarix: 29 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477