İranda stadiona getmək istəyən qadınlar maraqlı üsula əl atdılar - FOTO

İranda stadiona getmək istəyən qadınlar maraqlı üsula əl atdılar - FOTO

İranda qadınlar futbol meydançalarına gedə bilmək üçün saxta saqqallar taxırlar.

BiG.AZ xəbər verir ki, İranda qadınların matçlara getməsi qadağan edildiyindən qadınlar kişi komandalarının oyunlarına saxta saqqallarla gedir. Ölkədə qadınlar matçlara parik, saqqal, bığ taxıb, kişi paltarı geyinirlər.

Stadionlara keçmək üçün təhlükəsizlik xidmətinin baxışından keçən qadınlar onları aldatmağı bacarıb.

İranlı qadınların stadiona girmək üçün əl atdığı üsullar isə dünya mediasında böyük maraqla qarşılanıb. Özlərini kişiyə bənzədən qadınlar, eyni zamanda, azarkeşi olduqları komandanın rəngini üzlərinə çəkiblər.

Bundan başqa, İranda kişilər də qadın cildinə girir. Ölkədə xüsusilə qadınlar üçün ayrılan məkanlar fəaliyyət göstərir. Kişilər bu məkanlara girə bilmək üçün qadın paltarı geyinib makiyaj edirlər. Sonuncu dəfə qadın yarışları təxminən 2 ay əvvəl baş tutub. İranda keçirilən 5-ci "Asiya Qadınlar Kabaddi" Çempionatında Tailand komandasının kişi məşqçisi, salona girmək üçün başını örpəklə bağlayaraq, qadın libasında içəri girmişdi. (publika.az)

İranda stadiona getmək istəyən qadınlar maraqlı üsula əl atdılar - FOTO
İranda stadiona getmək istəyən qadınlar maraqlı üsula əl atdılar - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1738 Tarix: 27.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər