Röyanın keçmiş əri İFADƏ VERDİ: "Bilmirəm hansı sənədlərə qol çəkmişəm"

Röyanın keçmiş əri İFADƏ VERDİ: "Bilmirəm hansı sənədlərə qol çəkmişəm""Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilov və "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi məhkəmə prosesi keçirilib.

BiG.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin qardaşı Pərviz Cəlilov vəkilin suallarını cavablandırıb.

O bildirib ki, bankdan götürülən kredit pullar "Çudo Peçka" mağazalarının açılmasına və üzümçük sahəsinə xərclənib.

Daha sonra təqsirləndirilən şəxsin oğlu Anar Cəlilov dindirilib. O, ifadəsində işsiz olduğunu deyib: "2006-ci ildə "Standard Bank"dan kredit götürülüb və sonra ödənilib. Bankla münasibətlərimiz yaxşı olub. 2011-ci ildə şirkət bankın adına keçirilib. Mən şəxsən kredit götürmüşəm və həmin pulla maşın almışam. 2006-cı ildə "Standard Bank"a gəlib sənədlərə qol çəkmişəm. Amma bilmirəm hansı sənədlərə qol çəkmişəm. Həmin pulları da görməmişəm".

Cingiz Çəlilov qeyd edib ki, oğlu Anar Cəlilov bankda sadəcə sənədlərə qol çəkib: "Bu işləri Heydər Babayev və onun arvadı düzüb-qoşub. Səlim Kriman da onun tulası kimi pulları götürüb, bizi də bura salıb".

Anar Cəlilov söyləyib ki, bankdan 20 milyon manata yaxın kredit götürülüb və 15 milyon manatı isə geri qaytarılıb.

Prosesdə təqsirləndirilən şəxsin digər oğlu Teymur Cəlilov ifadə verib. Onun sözlərinə görə, 2006-ci ildən bankdan kredit götürülüb, şirkətin inkişafına xərclənib: "Həmin kreditləri də ödəyirdik. Adıma nə qədər kredit götürüldünü isə bilmirəm".

Hakim Çingiz Cəlilovun digər oğlu Asim Cəlilovun da məhkəmədə şahid qismində ifadə verməli olduğunu deyib. Çingiz Cəlilov isə oğlunun bu cinayət işi ilə heç bir əlaqəsinin olmadığını, onun xaricdə olduğunu qeyd edib. Hakim isə ittiham aktında Asim Cəlilovun adının şahid qismində qeyd edildiyini söyləyib.

İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilov "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub. İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib. publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2208   Tarix: 25 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu aktrisanı Ebru Gündeşə BƏNZƏTDİLƏR - FOTO

Türkiyənin sevilən aktrisası Hazar Ergüçlüdən yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, sosial mediada aktrisanın keçmiş fotosu yayılıb. İzləyicilər həmin fotoda Hazarın çox dəyişdiyini deyiblər. Hətta onlar arasında aktrisanı ifaçı Ebru Gündəşə bənzədən də olub. Fidan Bayramova

18.09.2020 3764
.

"Hər gün yuxudan ayılanda..." Səkinə İsmayılova KÖVRƏLDİ

"Şöhrət" ordenli xalq artisti Səkinə İsmayılova -a müsahibə verib. Sənətkar son günlər ordumuzun əldə etdiyi qələbə xəbərlərinə hədsiz sevindiyini dilə gətirib. Bildirib ki, hər dəfə hansısa ərazimiz erməni işğalından azad ediləndə, sevincindən uşaq kimi ağlayır. "Ordumuzun uğurların

14.10.2020 1187
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

Baş Prokurorluq ermənilərin öldürdüyü mülki şəxslər barədə VİDEOÇARX HAZIRLADI

Sentyabrın 27-dən başlayaraq, erməni silahlı qüvvələri öz işğalçılıq siyasətini davam etdirmək məqsədilə Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Bu təxribata cavab olaraq Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfində

06.10.2020 934
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

Nadir Qafarzadə "AYTƏNLƏ ÜZ-ÜZƏ" - VİDEO

ın "AYTƏNLƏ ÜZ-ÜZƏ " verilişində qonaq olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib. Verilişdə bəzi məqamlara toxunan sənətçi göz yaşlarını saxlaya bilməyib. AYTƏN SAKİTQIZI

14.10.2020 2248
.

Bərbərxana və gözəllik salonları yenidən bağlanır

Xəbər verdiyimiz kimi, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq. "Qafqazinfo"nun məlumatına görə, məhdudiyyətləri tətbiq olunduğu müddət ərzində bərbərxana və gözəllik salonları bağlanacaq. Bun

18.06.2020 2779