Əməkdar artist: "Heç vaxt xəyanət etməmişəm"

Əməkdar artist: "Heç vaxt xəyanət etməmişəm"Əməkdar artist Anar Heybətovun milli.az-a müsahibəsi

- Anar, teatr, film, yoxsa serial?

- Teatr! Seriallara da çəkilmişəm, amma filmlərim az olub. Məncə hər bir aktyorun hansısa sahədə bəxti gətirir.

- Filmlərə niyə az çəkilmisiniz?

- Ola bilər ki, məni rejissorlar hansısa rolda görməyiblər. Son illər yerli kino istehsalında daha çox komediya filmləri çəkilir. Bəlkə də bundan irəli gəlir.

- Sizi tamaşaçılar filmdə həmişə ciddi obrazlarda görüb. Komediyaya dəvət etsəydilər, gedib oynayardınız?

- Televiziya tamaşalarında, teatrda komik rollar çox oynamışam. Normal bir komediya filmi olsa və mənə dəvət etsələr, gedib çəkilərəm.

- Kinoteatra bilet alıb son illərdə çəkilən komediyalara baxmısınız?

- Xeyr, sözün düzü buna heç vaxtım da olmur. Sağ olsun dostlar, dəvət edəndə gedirəm. Bəzən isə heç gedə bilmirəm. Çünki kino təqdimatları ilə teatr tamaşalarının vaxtı üst-üstə düşür.

- Özünüzü şanslı aktyor hesab edirsiniz?

- Hardasa hə. Ara-sıra oynadığım rolları, səhnədə tərəf müqabili olduğum sənətkarları yadıma salıram və şanslı olduğumu görürəm. Mən çox böyük sənətkarlarla tərəf müqabili olmuşam. Hansı ki, onları mən vaxtilə televiziyadan izləyirdim və mənə əlçatmaz görünürdülər.

- Bəs şanssızlığı nədə sayırsınız?

- Mən deyə bilmərəm ki, hansı tərəfdən şanssızam. Bu tərəfdən də özüm şanslı sayıram ki, efirə çıxdığım vaxtdan tanınıb sevilmişəm. Təbii ki, ara-sıra iradlarını bildirən tamaşaçılar da olur.

- Tanınmış insanlar şəxsi həyatlarını çox vaxt gündəmə gətirirlər. Amma bunu sizdə heç vaxt görmədik.

- Bu, xarakterdən irəli gəlir. Şəxsi həyatla gündəmə gəlmək nə dərəcə doğrudur? Heç buna yaxşı da baxmıram. Sənət adamı gərək sənəti ilə gündəmdə qalsın. Bu, mənə yaddır. Müsahibələrimdə də bu haqda danışmağı sevmirəm.

- Aktyor kimi özünüzə hansı iradları tutursunuz?

- Belə hallar ara-sıra olur, amma onları demək istəməzdim (gülür). Onları əsas odur ki, özüm bilirəm. Hər gün özüm-özümlə hesablaşıram. Bəzən çəkildiyim seriallara da baxıram ki, görüm nəyi düz, nəyi səhv etmişəm. Bundan da bir nəticə çıxarıram.

- Teatrda nisbətən yaşlı aktyorlarla münasibətiniz necədir?

- Mən hamını deyə bilmərəm, ama özümə qarşı onlardan həmişə diqqət görmüşəm. Teatra gələn gündən məndən dəstəklərini əsirgəməyiblər. Həmişə də onların məsləhətlərinə qulaq asmışam. Çünki mən hələ də öyrənirəm.

- Anar üçün teatrın zirvəsi kim sayılır?

- Zirvəsi deməzdim, amma teatrda sənətinə, şəxsiyyətinə, mənliyinə hörmət etdiyim bir çox sənətkarımız var. Elə biri mənim kurs rəhbərim, teatrımızın direktoru Azərpaşa Nemətov. Məni teatra da Azərpaşa Nemətov dəvət edib. Bundan başqa Fuad Poladov, Nurəddin Mehdixanlı, Ramiz Novruz, Bəsti Cəfərova, Firəngiz Mütəllimova kimi sənətkarlara da böyük hörmətim var.

- Sənət adamlarının həyatı bəzən keşməkeşli olur. Bəzi hallarda sənətə gəldikləri üçün peşman olurlar.

- Məndə də bu cür keşməkeşlər olub, amma heç vaxt dilimə gətirməmişəm ki, mən niyə bu sənəti seçdim? Bəzən həmkarlarımdan eşidirəm. Onları da qınamıram, çünki sənətə gələndə insan bilmir ki, onun sənət taleyi necə olacaq. Mən özümə, sənətimə hörmət edirəm. Məşğul olduğum sənətə heç vaxt xəyanət etməmişəm.

- Televiziyadan çox ciddi insan təsiri bağışlayırsınız. Həyatda bəs necə, xasiyyətiniz necədir?

- Mən elə də göründüyü kimi deyiləm. Ola bilər ki, xarici görünüşüm bir az ciddidir. Amma hamı kimi bir insanam. Dostlarla otururuq, deyib-gülürük də. Sadəcə olaraq harada özümü necə aparmağı bilirəm, bunu dərk edirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2124   Tarix: 24 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu da Tünzalə Ağayevanın qızı Fidan - FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni qızı ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkillərə "Mənə görə dünya səndən ibarətdir, qızım" qısa şərhini yazıb

14.04.2024 12922
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

16:18 311
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 806
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

21:45 0
.

"Yalı çapkını"nın aktyoru üzr istədi - Foto

Türkiyəli aktyor Taro Emir Tekinin son paylaşımı ona baha başa gəlib. Axşam.az xəbər verir ki, aktyor paylaşımında "İsrail əsgərləri taktiki atışmada belə qısa məsafə saxlayırlar. Bu mənim gündəlik çəkilişlərimdən ibarət qısa videodur. Şüurlu seçimdir" deyə, yazıb. Teronun bu paylaşımı izləyicilə

11:15 971
.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 1014
.

"Xəstə qardaşımın ailəsinə baxıram" - Mətanət İsgəndərli

"Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub". -ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu teleproqramlardan birində səsləndirib

16.04.2024 795
.

"Kurtlar Vadisi"nin Nesrini:"Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim"

"Mən evdən çıxmaq üçün evləndim. Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim". xəbər verir ki, bu sözləri "Kurtlar Vadisi" serialında Nesrin rolu ilə tanınan aktrisa İpek Tenolcay deyib. "Həmilə ikən ayrıldıq. Boşanma doğumdan sonra oldu. Evliliyimiz bitəcəkdi, amma mən taktik

21:15 0
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1303