Ana olmaq üçün ən uyğun yaş hansıdır? - ARAŞDIRMA

Ana olmaq üçün ən uyğun yaş hansıdır? - ARAŞDIRMA

İngiltərədə aparılan bir araşdırmada qadınların fiziki və psixoloji baxımdan hansı yaşda ana olmağa uyğun olduqları ilə bağlı qəribə nəticələr ortaya çıxıb.

BiG.AZ ailem.az-a istinadən həmin nəticələri təqdim edir.

"Royal College" Ginekologiya Birliyinin apardığı araşdırmanın nəticəsinə görə, 20-35 yaş arası ana olmaq üçün ən uyğun zamandır. Bu 15 illik zaman içərisində yumurtalığın döllənməsi daha asan olur. Bu yaşda yüksək təzyiq xəstəsi olma ehtimalı az olduğu üçün hamiləlikdə hər hansı bir təhlükəli durumun olması da azdır. Qadın daha enerjili dönəmdə olduğundan yuxu azlığı və ağır rejim anaya o qədər də təsir etmir. Qeysəriyyə kəsiyi ilə doğum etmə ehtiyacı da çox olmur.

Bəs uşaq yetişdirməyin ideal yaşı hansıdır? Aarhus Universitetinin araşdırmasına görə, 30 və daha yuxarı yaşlar ana olmaq üçün daha ideal yaşdır. Danimarkalı qadınlar üzərində aparılan bu araşdırmaya əsasən, gec yaşlarda uşaq sahibi olmaq daha az davranış problem və duyğu dəyişimi deməkdir. Danimarkada övlad sahibi olma yaşı təxminən 30-39-dur.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 3001 Tarix: 21.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Farqilit
Farqilit 21.01.2018
Eslinde bu Allahin elindedi. O qeder olub ki, 50, 60 ve daha cox yawlarda olan qadinlar ana olub. Allah her qadina ana olmagi mesib elesin! Amma her ana bir qadin ola biler, amma her qadin ana ola bilmez!


 
Qemliinsan
Qemliinsan 21.01.2018
Allah her bir qadina usag sevgisini dadmagi nesib etsin insallah


 
Fuan
Fuan 21.01.2018
Mence,25-35yash arasi ana olmaq daha yaxshidir.Buna qadin hem anatomik,hem de psixoloji hazir olmalidir.En azi dunyaya getirdiyi ovladin deyerini anlayar..Analiq hissini heqiqeten yashayar,hiss ederek..
Day kichik yashlarda 17yashda ozu ushag iken,ne bilir ushaga baxmaq nedi...umumiyyetle o ushagin mesuliyyetin derk edirmiki...?
Neyse,sag salamat ana olsun butun qadinlar)



 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər