Anasının sevgilisindən olduğunu 47 il sonra bildi - Atası məşhur şəxs çıxdı

Anasının sevgilisindən olduğunu 47 il sonra bildi - Atası məşhur şəxs çıxdıİzmirdə iki uşaq anası olan 47 yaşlı Berrin Aşık atası olaraq bildiyi Mehmet Acülün həqiqi atası olmadığını ortaya çıxarıb və anasının məşuqu olmuş istanbullu Halim Bükcüoğlunu məhkəməyə verib.

Berrin Aşık öz atasının illərdir anasının "bir tanışımdır" deyərək tanıtdığı sevgilisi, İstanbulun adlı-sanlı iş adamlarından olan Halim Bükcüoğlu olduğunu öyrənib.

19 il öncə xərçəngdən ölən atası Mehmet Acülün məzarını açdırıb DNT testi ilə öz atası olmadığını üzə çıxaran Berrin Aşık Bükcüoğlundan 500 min lirəlik təzminat tələb edir.

Berrinin anası Rezzan Acül ilə Halim Bükcüoğlu işləmək üçün getdikləri Almaniyada tanış olublarmış. Bu gizli sevgidən Berrin dünyaya gəlib.
mənbə:milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2090   Tarix: 20 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş