Quldur evə girərək ər-arvadı döyüb, əl-ayağını bağladı və... - Bakıda

Quldur evə girərək ər-arvadı döyüb, əl-ayağını bağladı və... - BakıdaYanvarın 19-da Şamaxı rayon Polis şöbəsinə Məlhəm kəndində yaşayan vətəndaşın evində quldurluğa məruz qalması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, dərhal əməliyyat qrupu hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girmiş üç maskalı şəxsin onun və arvadının əl və ayaqlarını yapışqanlı lentlə bağlamaları, döyərək oradan 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl (2990 manat) aparmaları müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Şamaxı rayon Polis şöbəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının peşəkarlıqla keçirdikləri tədbirlərlə həmin şəxslərdən 3-ü "isti izlər"lə Sumqayıt şəhərində, 1 nəfər isə Şamaxı rayonunda saxlanılıblar.

Araşdırmalarla onların Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşad Zərbalıyev, Cavid Zərbalıyev, Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev, Sumqayıt şəhər sakini Mehdi Əliyev olmaları müəyyən edilib.

Faktla əlaqədar Şamaxı rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1065   Tarix: 20 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199