89 idmançı həkimi təcavüzlərdə suçladı - Amerikada qalmaqal - VİDEO - FOTO

89 idmançı həkimi təcavüzlərdə suçladı - Amerikada qalmaqal - VİDEO - FOTO

2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında idman gimnastikası üzrə çempion olmuş amerikalı Cordin Uiberin dediyinə görə, komandanın sabiq baş həkimi Larri Nassar ona təcavüz edib.

BiG.AZ milli.az istinadən bildirir ki, ümumiyyətlə isə L.Nassarı 89 qadın idmançı təcavüzlərdə suçlayıblar.

"Düşünürdüm ki, Olimpiadaya hazırlaşmaq həyatımın ən ağır işi olacaq. Lakin Larri Nassarın təcavüzün qurbanı olmaq daha ağırdır. Hələ də anlaya bilmirəm ki, onun çirkin əməllərinə niyə uzun müddət göz yumulub. Susduğuma görə özümə sinirlənirəm. Bu əməllərə görə məsuliyyət daşıyan insanlar hesab verməlidir", - C.Uiber məhkəmədə deyib.

Ötən ilin dekabrında məhkəmə L.Nasaarı kompüterində uşaq pornoqrafiyası saxladığına görə 60 il müddətinə azadlıqdan məhrum edib. O, amerikalı gimnastlar Simona Bayls, Ceymi Dansşer, Qebriel Duqlas, Eli Raysman və Makkeyl Maroniyə də təcavüzdə ittiham olunur.

Hazırda ABŞ-ın Miçiqan ştatında Larri Nassarın məhkəməsi davam edir.
89 idmançı həkimi təcavüzlərdə suçladı - Amerikada qalmaqal - VİDEO - FOTO


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 736 Tarix: 20.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər