Polisin istədiyi 17 yaşlı Aygünü həbsxanadan çıxan qardaşı qaçırtdı - FOTO

Polisin istədiyi 17 yaşlı Aygünü həbsxanadan çıxan qardaşı qaçırtdı - FOTOBiləsuvarda 17 yaşlı qızı bibisi oğlu qaçırıb.

Övladlarını geri qaytarmaq istəyən Aygünün valideynləri Xoşqədəmin verilişinə üz tutublar.

17 yaşlı Aygünün valideynləri iddia edirlər ki, qızları zorla qaçırılıb.

"Bacım oğlu şantaj yolu ilə 18 yaşı tamam olmayan qızımı qaçırıb. Aygünü mesajlarla təhdid edib. "Valideynlərini öldürəcəm" deyib. Oğlan 3 aydır "türmə"dən çıxıb. Açığı bacımın qapısına gedə bilmirik. Çox böyük münaqişə var. Ayın 10-undan biz qırğındayıq. Hadisəni bilən kimi dərhal Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etdik. Qızım yeniyetmə qızdır. Onu aldatmaq və qorxutmaq çox asan idi. O da bundan istifadə edib. Qızım, heç nədən utanma, çəkinmə. Sənin həyatınla oynayan insanla sən yaşaya bilməzsən".

Anası oğlanın Aygünə göndərdiyi mesajları Xoşqədəmə göstərib:

"Gələndə şərtim olacaq. Əgər "hə" desən telefonu verəcəm, nömrələr də, şəkillərin də silinəcək. Yox desən, əl çəkməyəcəm".

Xoşqədəmin "Hansı şəkillərdən söhbət gedir?" sualına Aygünün anası "Oğlan qızın şəkillərin çəkibmiş. Bilmirik hansı şəkillərdən söhbət gedir. Qızı bununla şantaj edirmiş ki, "Mənlə qaçmasan, bu şəkilləri yayacam". Mən onlara qız versəydim... Eminin qardaşı Tərlan polis idarəsində işləyir. O mənə 3-4 dəfə zəng vurdu. Aygünü çox bəyəndiklərini dedi. Dedi "Aygünə də de. Onu mənə verin". Mən də "Verə bilmərəm. Aygün uşaqdır. Sənin 36 yaşın var. Qıza "Tərlan səni istəyir" dedim. Aygün "Mənim Tərlandan zəhləm gedir" cavabını verdi. Əgər mənim onlara qız vermək niyyətim olsaydı, onun polis qardaşına qız verərdim də. Ta həbsxanadan 2 ay 24 gündür çıxan qardaşına qız verməzdim ki. Qızımı versəydim o ailəyə... Tərlan ağıllı, tərbiyəli, yaraşıqlıdır. O ailədə bir dənə tərbiyəli odur. Elə ona gedərdi də o qız. Yoxsa iki dəfə "türmə"də yatmış şəxsə getməzdi ki. Hətta Emin qıza deyib ki, "Mən həbsdə olanda Tərlan səni istədiyinə görə qardaşımı öldürərəm də".

Xoşqədəm Aygünün anasının dedikləri qarşısında təəccübünü gizlədə bilməyib: "Bibisinin həyat yoldaşı Bəybala zəng edib deyir ki, "Hər şey yalandır". Məni də şantaj etdi hələ, məhkəməyə verəcəyi ilə hədə-qorxu gəldi. Dedim buyur get ver, azadsan. Deyim ki, Emin də studiyamıza gəlmək istəyir, bacısı da".

mənbə: milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5002   Tarix: 17 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 273
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 122
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 285
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 395
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 781
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 505
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 467
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

12:26 470
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

15:49 132