27 yaşlı oğlan bacısının gözü qarşısında azyaşlını evə saldı, qeyri-təbii yolla əlaqəyə girdi və...

27 yaşlı oğlan bacısının gözü qarşısında azyaşlını evə saldı, qeyri-təbii yolla əlaqəyə girdi və...Biləsuvar rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Qüdrət Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qüdrət Qasımzadə yaşadığı Biləsuvar rayonun Bəydilli kəndində 2003-cü il təvəllüdlü Sahib Məmmədova (ad və soyad şərti verilib – red.) qarşı bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.

O, azyaşlı ilə ilk dəfə 2016-cı ilin noyabr ayında qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt azyaşlını aldadaraq yaşadığı evinə gətirən Qüdrət Qasımzadə ona qarşı əxlaqsız hərəkətlər edib, daha sonra isə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Növbəti dəfə Qüdrət Qasımzadə azyaşlı ilə 2017-ci ilin yanvarın 29-da qeyri-təbii yolla cinsi əlaqəyə girib. Bu dəfə də o, azyaşlını aldadaraq yaşadığı evə gətirib və ona əxlaqsız hərəkətlər edib.

"Azyaşlı ilə cinsi əlaqədə olmamışam"

Qüdrət Qasımzadə Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham olunub.

Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Qüdrət Qasımzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmədiyini deyib. Təqsirləndirilən şəxs bildirib ki, azyaşlı ilə cinsi əlaqədə olmayıb.

"Dedi ki, göyərçini tutmaqda mənə köməklik edim"

Zərərçəkmiş Sahib Məmmədov bildirib ki, Qüdrət Qasımzadə onun qonşusudur. Onun sözlərinə görə, Qüdrətin kiçik qardaşı Sərvət Qasımovla dostluq edir, Sərvətlə bütün günü bir yerdə oynayırlar: "2016-cı ilin noyabr ayının ortalarında küçədə qaz borusunun üstündə oturduğum vaxt Qüdrət məni çağırdı. Bildirdi ki, həyətlərində olan "şəlpə" göyərçini tutmaqda ona köməklik edim. Mənim də "şəlpə" göyərçinlərdən xoşum gəldiyindən, Qüdrətgilin həyətinə keçdim. Ondan göyərçinin harada olmasını soruşdum. Qüdrət mənə göyərçinin evdə olduğunu dedi və məni evə çağırdı".

"Zorla mənimlə cinsi əlaqədə oldu"

Sahib Məmmədovun sözlərinə görə, evə girən vaxtı Qüdrətin xəstə bacısı Səmayənin (ad şərti verilib – red.) də evdə olduğunu görüb: "Səmayə xəstə olduğundan Qüdrəti görən kimi ondan saqqız istədi. Qüdrət də ona saqqız verərək həyətə çıxmasını dedi. Səmayə həyətə çıxan kimi Qüdrət qapını bağladı. Məni pilləkənlə yuxarı qaldıraraq sol tərəfdə yerləşən otağa saldı. Sonra otağın qapısını bağladı və üstümə cumdu. Qüdrət əvvəlcə öz əynində olan şalvarını və sonra da mənim şalvarımı aşağı saldı. Zorla mənimlə qeyri-təbi yolla cinsi əlaqədə oldu".

Zərərçəkmişin ifadəsinə görə, 2017-ci ilin yanvarın 29-da, saat təxminən 17-də Sərvətlə oynamaq üçün onların həyətinə gedib və onu çağırarkən Qüdrət evdən çıxıb: "Qüdrət Sərvətin evdə olmadığını dedi, həmin vaxt kiçik qardaşım da oraya gəldi. Qüdrət qardaşıma çıxıb getməsini, mənə isə bir göyərçin verərək göndərəcəyini dedi. Buna görə də qardaşım oradan getdi. Qardaşım getdikdən sonra Qüdrət həyətdə olan göyərçinlərdən birini anası evə gəldikdən sonra verəcəyini dedi. Anası gələnə kimi məni televizora baxmaq üçün evə apardı. Həmin vaxt evdə heç kim olmayıb. Qüdrət məni evə saldıqdan sonra qapını bağladı və arxadan qucaqlayaraq şalvarımı aşağı saldı. Ona müqavimət göstərsəm də, buna əhəmiyyət vermədi. Mənimlə yenidən qeyri-təbii yolla cinsi əlaqədə oldu".

"Qüdrətin mənimlə cinsi əlaqədə olduğunu dedim"

Zərərçəkmiş qeyd edib ki, Qüdrətgildən çıxandan sonra ağlaya-ağlaya evlərinə doğru gedib: "Bu zaman qardaşım qabağıma çıxdı. Qardaşım məndən niyə ağladığımı sorşdu. Qüdrətin məni zorladığını dedim. Bu barədə heç kimə bir söz deməməsini qardaşıma tapşırdım".

Sahib Məmmədovun ifadəsinə görə, fevralın 2-də evdə olarkən qardaşı çaydanı aşırıb, buna görə aralarında mübahisə olub: Qardaşım da anama mənim keçən dəfə Qüdrətgilə getdiyimi deyəcəyini bildirdi. Bunu o biri otaqda olan anam da eşitdi, nə iş olduğunu soruşdu. Mən də anama hər şeyi danışdım, sonra da atam evə gəldi. Anam da başıma gələnləri atama dedi. Atam hadisənin necə olduğunu deməyimi məndən tələb etdi. Mən də Qüdrətin bir neçə dəfə məni zorladığını danışdım. Atam da məni polisə apararaq şikayət etdi".

"Biabır olmaqdan qorxdum"

O, ifadəsində daha sonra göstərib ki, Qüdrət onunla cinsi əlaqədə olduqdan sonra bu barədə heç kimə heç nə deməməsini tapşırıb: "Mən də həm tay-tuşlarım arasında biabır olmaqdan, həm də valideyinlərimdən qorxduğumdan qardaşından başqa bu barədə kiməsə bir söz deməmişəm".

8 il həbs

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qüdrət Qasımzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qüsrət Qasımzadənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyilə baş tutan prosesdə Qüdrət Qasımzadənin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti onun şikayətini araşdırandan sonra qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1643   Tarix: 17 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262
.

"Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir"

"Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı". xəbər verir ki, Bu barədə Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi Anders Foq Rasmusse deyib. Hesabata görə, Aİ Ermənistana namizəd statusu təkli

27.03.2024 208
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun ba

11:06 0
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

13:09 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0