Murat Boz 400 minə gəldiyi iddia edilən toydan danışdı - AÇIQLAMA

Murat Boz 400 minə gəldiyi iddia edilən toydan danışdı - AÇIQLAMA

Türkiyənin məşhur müğənnisi Murad Bozun Azərbaycana toya neçəyə gəldiyi məlum olub.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçinin sözügedən məclisə səfərini təşkil edən şəxs açıqlanan 400 min dollarlıq rəqəmin həqiqəti əks etdirmədiyini, ona verilən qonorarın aşağı olduğunu qeyd edib.

Təşkilatçının sözlərinə görə, Murada məclisdə iştirak üçün 80 min TL ödənilib. Eyni zamanda, ifaçının Azərbaycana özəl təyyarə ilə gəlməsinə də aydınlıq gətirilib.

Bildirilib ki, M.Boz İstanbuldan Bakıya adi reyslə gəlib, Bakıdan isə birbaşa Adanaya özəl reyslə uçub. Belə ki, toydan dərhal sonra müğənni Adanada konsertə qatılıb. Həmin konsertin təşkilatçıları olan iş adamları Bozun arxasınca Azərbaycana özəl təyyarələrini göndəriblər.

Qeyd edək ki, Türkiyə mətbuatı Murad Bozun səfəri ilə bağlı fantastik məbləğdə qonorarın, 400 min dolların ödənildiyi ilə bağlı məlumat yaymışdı.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3282 Tarix: 15.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Qemliinsan
Qemliinsan 15.01.2018
Buna kimdi 400 milyon veren hec bunu men pulsuzda deseler devet etmerem menasiz adamdi


 
_C_U_K_U_R_
_C_U_K_U_R_ 15.01.2018
en yaxsi toy aparan mugenni remisdi )