Siçanlar bankomata soxularaq pulları yedilər - VİDEO

Siçanlar bankomata soxularaq pulları yedilər - VİDEO

Qazaxıstanın paytaxtı Astanada siçanlar banklardan birinin bankomatına girərək oradakı pulları yararsız hala salıblar.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

Bank yaydığı açıqlamasında siçanların bankomatlardan birinin kasetindəki pulları yararsız hala salmasını təsdiqləyir. Rəhbərlik son vaxtlar paytaxtda müşahidə olunan soyuq hava şəraiti ilə əlaqədar olaraq gəmiricilərin bankomatlara sığındığını bildirib. Eyni zamanda, gəmiriciləri heç bir təhlükə gözləmədiyini açıqlayıb.

Bank dəyən zərəri açıqlamasa da, yerli KİV məbləğin 100 min tenqe (təxminən 300 dollar) olduğunu yazır.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1585 Tarix: 14.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər