Matəm elan olundu

Matəm elan olundu

Venesuelanın Falkon ştatının qubernatoru Viktor Klark Karib dənizində qəzaya uğramış qayıqdakı insanların həlak olması ilə bağlı cümə günü üçgünlük matəm elan edib.

Qayığın Kyurasao adası yaxınlığında qayaya çırpılması nəticəsində 5 nəfər ölüb, 16 nəfər özünü adaya çatdıra bilib. Qayıqda 30 nəfər olub. Digərlərinin taleyi məlum deyil. Bundan əvvəl Venesuela hökuməti kontrabandçılığın qarşısını almaq və ölkədən malların çıxarılmasına yol verməmək məqsədilə Aruba, Kyurasao və Bonyer adaları ilə bağlı blokada rejimi tətbiq etmişdi.

mənbə: yenicag.az


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1770 Tarix: 13.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər