Evdə hazırlaya biləcəyiniz 3 pilinq

Evdə hazırlaya biləcəyiniz 3 pilinq

Üz baxımınıza çox pul xərcləyirsiniz? Tərkibini bilmədiyiniz kimyəvi maskalardan uzaq durun, çünki onların effekti müvəqqətidir və dəridə asılılıq yaradır.

BiG.AZ Xanim.az-a istinadən xəbər verir ki, üz dərisinə vaxtı vaxtında quluq etmək lazımdır. Bunu isə həftədə 1 və ya 2 dəfə təbii maskalar və pilinqlərlə edə bilərsiniz.

Toz şəkər və bal

Evdə hazırlaya biləcəyiniz 3 pilinq

1 yemək qaşığı toz şəkəri 1 ç/q bal ilə qarışdırın. Göz ətrafından başqa bütün üzə sürtün və soyuq su ilə yuyun. Bu pilinqi bədənə də istifadə etmək olar.

Kofe pilinqi

Evdə hazırlaya biləcəyiniz 3 pilinq

1ç/q türk kofesi 1ç/q gül suyunu qarışdırın və üzə çəkin. Üzdə dairəvi masaj edin və bol su ilə yuyun. İçdiyiniz kofenin qalığı ilə də bu pilinqi hazırlaya bilərsiniz.

Un və qatıq

Evdə hazırlaya biləcəyiniz 3 pilinq

1ç/q un 1ç/q qatıq: bu qarışımı üzünüzə çəkin və dairəvi şəkildə massaj edin. Bu pilinq üz dərinizdəki ölü dərinin təmizlənməsində sizə kömək edəcək

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 1518 Tarix: 13.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol