Ermənistanda böyük müharibəyə hazırlaşırlar

Ermənistanda böyük müharibəyə hazırlaşırlarErməni generallar İrəvanda gizli yığıncaq keçiriblər

İrəvanda hakim Respublika Partiyasının yuxarı elitası aprelə nəzərdə tutulmuş prezident və baş nazir seçkiləri barədə çox həddindən yüksək təlaş içindədirlər.

Öncə prezident seçkilərinin, daha sonra isə baş nazir seçkilərinin keçirilməsi prezidentliyə bir daha şansı olmayan Serj Sarkisyanın vəziyyətini qeyri-müəyyən edir.

Əslində, parlament tərəfindən aprelin 9-a kimi seçiləcək yeni prezident müəyyən qədər səlahiyyətləri alınsa da, formal olaraq dövlətin başçısı sayılacaq və aprelin 9-dan 16-a kimi keçiriləcək baş nazir seçkilərinə təsir etmək imkanı qazanacaq. "Buna görə, ilk baxışdan sadə görünən bu prosesdə maraqlı intiriqalar gizlənib və bu, gözlənilməz gərginliyə gətirə bilər",- deyə "Haykakan jamanak" qəzeti yazır.

Yeni seçilmiş prezident artıq kürsüdə möhkəmləndikdən sonra müəyyən rıçaqlar vasitəsi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə mane ola bilər. Buna imkn yetərincədir, çünki hətta hakim partiyanın içində baş nazir kimi Serj Sarkisyanı yox, indiki baş nazir Karen Karapetyanı görmək istəyənlər yetərincədir. Yeni prezident mövcud parlamenti buraxmaqla Respublika Partiyasını hakimiyyətdən də sala bilər. Məsələ, bundadır ki, 7 gün ərzində parlament baş naziri seçə bilməzsə, parlment buraxılmalıdır və yenisi seçilməlidir. Bu isə rahatlıqla hakimiyyət dəyişikliyi deməkdir.

David Tonoyan və Süyran Ohanyan
David Tonoyan və Süyran Ohanyan
Bu səbəbdən Ermənistanın bir çox qüvvələri həm prezident seçkilərində, həm də parlament seçkilərində öz namizədlərinin keçirilməsi üçün ciddi hazırlaşırlar. Erməni KİV-ləri Serj Sarkisyanın özünün yenidən baş nazir kimi hakmiyyətə qaytması üçün prezidentliyi əvvəl hakimiyyətdə olmuşlardan birinə etibar edəcəyini güman edirlər. Buna səbəb erməni prezidentin "Armeniya" telekanalına müsahibə zamanı Ermənistana xidmət etmiş insanlara hörmətlə yanaşdığını deməsidir. Məsələn, erməni şərhçi Akop Badalyan "Lragir"də yazdığı şərhdə Serj Sarkisyanın prezidentlik kürsüsünü Robert Koçaryan, Ovik Abramyan, Qaqik Xaçatryan, Qaqik Beqlaryan, Seyran Ohanyan, hətta Artur Baqdasaryan və Tiqran Torosyan kimi yaxın olduğu şəxslərdən birinə həvalə edəcəyini düşünür.

Yeri gəlmişkən, aprel döyüşlərindən sonra işdən çıxarılmış, elə bundan sonra da qaçıb Moskvada sığınacaq tapmış keçmiş müdafiə naziri Seyran Ohanyan da artıq İrəvana qayıdıb və generalları ətrafına yığaraq siyasətə ciddi müdaxilə etməyə çalışır. "Haykakan jamanak"ın yazdığına görə, bu günlərdə Seyran Ohanyan keçmiş müavini, hazırda Ermənistan fövqəladə hallar naziri vəzifəsini tutan David Tonoyanla birlikdə İrəvan restoranlarının birində görüşüb və gələn hökumətdə müdafiə naziri postunu mütləq hərbçinin, yəni David Tonoyanın tutmasını vacib sayıb. O, indiki nazir Viqen Sarkisyanın hərbi xidmətdə olmamasından narazı olduğunu bildirib.

Ola bilər ki, Qarabağ klanı yenə "ənənəsinə" sadiq qalacaq və Xocalı qatillərindən birini Ermənistan prezidenti edəcək. Bu, Ermənistanın şefi Rusiyanı da razı salan mənamdır, hər halda soyqırımda günahlandıralan cinayətkarı marionet kuklası kimi idarə etmək asandır.

1 mart 2008-ci il - İrəvanda Serj Sarkisyanın hakimiyyətə gəlməsinə etiraz edən nümayişmilərə divan tutulur
1 mart 2008-ci il - İrəvanda Serj Sarkisyanın hakimiyyətə gəlməsinə etiraz edən nümayişmilərə divan tutulur
Lakin erməni xalqı buna hazırdırmı? Son 20 ilin praktikası göstərir ki, Ermənistan erməniləri bununla razılaşmaq istəmirlər və Qarabağ klanının təmsilçilərinin hakimiyyəti bir-birinə ötürməsinə etiraz edirlər. Hər dəfə də bu etiraz qanla bitir. 1998-ci ildə hərbi çevrilişlə hakimiyyətə gəlmiş Robert Koçaryan yerini möhkəmlətmək üçün parlamentdə qırğın törətdi və yerli ermənilərin nümayəndələri baş nazir Viqen Sarkisyan və spiker Karen Demirçyan qətlə yetirildi. Serj Sarkisyan isə hakimiyyətə gələndə etiraz edən xalqı güllə-borana tutdurdu və 8 nəfər etirazçı öldürüldü. Seyran Ohanyanın və ya başqa klan təmsilçisinin hakimiyyəti götürməsi üçün nə qədər insan qıracağı hələ bəlli deyil.

mənbə: istipress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1736   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 444
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 299
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 251
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 417
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 568
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 3523
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 225
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

24.04.2024 567
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 238