Lerik rayonunda "şəhid məzarı" qalmaqalı: "Biz şəhidlər arasında ayrıseçkilik etmirik" - FOTOLAR

Lerik rayonunda "şəhid məzarı" qalmaqalı: "Biz şəhidlər arasında ayrıseçkilik etmirik" - FOTOLAR"Qardaşım Telman İsmayılov 1993-cü ildə Ağdamda gedən döyüşlərdə şəhid olub".

Bunu BiG.AZ-a açıqlamasında şəhidin qardaşı Seymur İsmayılov deyib.

Seymur İsmayılov vurğulayıb ki, qaraşının məzarı dağılmış vəziyyətdədir: "Qəbrin başdaşının düzədilməsi ilə bağlı anam 7-8 ay bundan qabaq Lerik Rayon İcra Hakimiyyətinə müraciət edib. Onlar isə qəbrini düzəlməsi üçün tikinti materialları göndərib. Mən onları qəbul eləmədim. Ərizəmizdə də qeyd etmişdik ki, biz başdaşının dəyişilməsini istəyirik. O başdaşı şəhidə layiq deyil. Lerik Rayon İcra Hakimiyyətindən də bildirdilər ki, bizim baş daşını dəyişdirməyə vəsaitimiz yoxdur. Qəbri düzəldikdən sonra vəsait olanda baş daşını dəyişdirərik. Mən isə bildirdim ki, qəbri mən düzəldərəm. Siz sadəcə başdaşını dəyişin. Şəhidin adına layiq başdaşı qoyulsun".

Lerik rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov bildirib ki, Seymur İsmayılov anası ilə birlikdə hazırda Masallıda yaşayır. "Onlar bizə müraciət edən zaman problemi araşdırmaq üçün mühəndis göndərdik. Baxış zamanı bəlli oldu ki, məzarın sinədaşı dağılıb. Biz bununla bağlı həmin vətəndaşa tikinti materialları göndərdik. Amma Seymur İsmayılov sinədaşının düzəldilməsinə icazə verməyib. Daha doğrusu bildirib ki, mən baş daşını dəyişdirəcəm. Ondan sonra da göndərdiyiniz materiallardan istifadə edəcəyik".

Habil Məlikov onu da qeyd dib ki, Lerik rayonunda 150-yə yaxın şəhid məzarı var. "Həmin şəhidlərə 90-cı ildən bu günə kimi eyni qayda da başdaşları düzəldilir. Heç bir şəhid arasında da ayrıseçkiliyə yol vermirik. Əgər şəhidin ailəsi qara mərmərdən və başqa cür başdaşı istəyirsə həmin vəsait ödənilir. Şəhid yaxınları isə bizim verdiyimiz vəsaitin üzərini düzəldərək istədiyi başdaşını qoydurur".

Aysel Yusifqızı

Lerik rayonunda "şəhid məzarı" qalmaqalı: "Biz şəhidlər arasında ayrıseçkilik etmirik" - FOTOLARLerik rayonunda "şəhid məzarı" qalmaqalı: "Biz şəhidlər arasında ayrıseçkilik etmirik" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2083   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 411
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 144 nəfərə çatıb. Rusiyanın səhiyyə naziri Mixail Muraşko Moskvada müxbirlərə bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsind

16:40 77
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

15:48 135
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 395
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

15:10 300
.

Prezident Erdoğanla yaşlı qadının səmimi söhbəti- VİDEO

Türkiyə Prezidenti Erdoğan Diyarbakırdakı mitinqdən sonra onu gözləyən yaşlı bir qadın ilə söhbət edib. BİG.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin videonu təqdim edirik:

16:20 71
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 421
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 92
.

Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır"

"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix"

16:40 105