SON DƏQİQƏ! Xırdalanda yataqxanada yanğın: 17 nəfər təxliyə edildi

SON DƏQİQƏ! Xırdalanda yataqxanada yanğın: 17 nəfər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş vermiş yanğınla bağlı məlumat yayıb.

BiG.AZ nazirliyin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 511 Tarix: 12.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər