ONLAYN TİCARƏTİN BİRİNCİSİ SEÇİLDİ - FOTO

ONLAYN TİCARƏTİN BİRİNCİSİ SEÇİLDİ - FOTOKimin ağlına gələrdi ki, 23 il əvvəl internet vasitəsilə satılan ilk məhsul məhz kitab olacaq. Kitabla başlayan, adət etmədiyimiz alış-veriş ənənəsinə ağlınıza gələn və gəlməyən milyonlarla məhsul, alıcı və satıcı qoşulacaq.

Bu gün nəhəng okeana bənzəyən onlayn alış-veriş məkanları işimizi bir xeyli asanlaşdırıb. Məsələn, mağazalar evimizin içinə yol tapır, seçdiyimiz məhsullar ayağımıza qədər gəlir, alış-veriş zamanı pulumuzun təhlükəsizliyi qorunur, ən əsası vaxtımız cibimizdə qalır. Necə deyərlər, nə vaxtımız əbəs yerə xərclənir, nə də səbrimiz!

İndi isə təsəvvür edin ki, Bakıda yerləşən yüzlərlə mağaza əlinizin altındadır. Gördüyünüz iri ticarət mərkəzləri, bir-bir gəzib baxmağa ərindiyiniz yüzlərlə butik, çeşid-çeşid məhsullar bir toxunuşla kompüterin ekranında görünür. Məhz Azərbaycanın ilk onlayn ticarət mərkəzi – SHOP.AZ, mağazalarda nə var, nə yox, sizə xəbər verir!

Shop.az qısa müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, 25.000 məhsul ilə 135 mağazanı, sayta qoşub, hələ bu azmış kimi Milli İnternet Mükafatı – Millinet-də Elektron Ticarət nominasiyası üzrə qalib olub. Çünki shop.az komandası öz işini çox yaxşı bilir.
Yüzlərlə mağazanı bir ünvanda toplayan ilk yerli onlayn ticarət mərkəzi shop.az-ın direktoru Ramiz Əlili işin "mətbəxi"ndən danışır:

- Bakı elə də böyük şəhər deyil. Amma şəhərin bir nöqtəsində yerləşən mağazadan digərinə getmək xeyli vaxt aparır. Shop.az-ın da əsas məqsədi budur - Bakının ayrı-ayrı yerlərinə səpələnmiş mağazaları bir ünvanda toplamaq, təbii ki, nəticədə alıcıların vaxtına qənaət etmək. Yəni shop.az bir növ iri ticarət mərkəzlərində gördüyünüz mağazaların onlayn vitrinidir. Alıcılar saytımıza daxil olurlar, mağazalarda nə var, nə yox bizdən öyrənirlər. Beləcə, shop.az ilə həm vaxtlarına və həm də enerjilərinə qənaət edirlər.

- Bazara bir addım öndə daxil olmaq üçün [b]Shop.az işini necə qurub?[/b]

- Düzünə qalsa, bazar boşdur və hazırda rəqibimiz yoxdur. Boş bazara daxil olmaq həm əlverişlidir, həm də asandır. Ən azı, enerjimizi rəqabətə deyil, məhz işimizə yönəldirik. Amma qarşılaşdığımız çətinliklər də az deyil. Məsələn, insanlar onlayn ticarət mərkəzi anlayışına hələ ki, öyrəşməyiblər. Onları ideya ilə tanış etmək, alıcıları bu fikrə yönəltmək, onun üstünlüklərini göstərmək lazımdır.

Məsələn, əgər mağazaya getmisinizsə, bu o demək deyil ki, siz orada olan bütün malları görmüsünüz. Mağazalarda o gədər mal var ki, və mağazaların sayı o gədər çoxdur ki seçim etmək elə də asan deyil. Müasir texnologiyaların köməyi ilə insanlar artıq öz həyatlarını asanlaşdırır. Eləcə də ticarətdə. Bizim əməyimizin sayəsində indi azərbaycanlı alıcılar uyğyn zamanda, uyğun məkanda, rahat şəkildə onlara lazım olan mallara baxa, müxtərlif parametrlərə görə sinifləndirə bilər: qiymətinə, ölçüsünə, rənginə və malın müxtəlif xüsusiyyətlərinə görə.

- "Onlayn ticarət mərkəzi" və "internet mağaza" – alıcılar bunları bir-birindən necə fərqləndirə bilərlər?

- Bu məsələyə aydınlıq gətirim. Shop.az mağaza deyil və məhsul satışı ilə məşğul olmur. Shop.az, mağazalarda satılan məhsulları bir yerə toplayır, yüzlərlə mağazalarda keçirilən kampaniyalar və endirimlər barədə məlumatı alıcıların rahatlığı üçün vahid ünvanda, Shop.az-da yerləşdirir. Bizim saytda təqdim olunan qiymətlər internet mağazanın qiyməti yox, məhz fiziki mağazaların qiymətləridir, çünki bizim sayt yalnız platforma rolunu daşıyır və heç bir mağazanın qiymət siyasətinə qarışmır.

- Sirr deyil ki, istənilən ticarət mərkəzinə daxil olanda, gözümüz qırmızı tabloda iri hərflərlə yazılan "ENDİRİM" sözünü axtarır. Endirimlərdən söz düşmüşkən, deyəsən, shop.az saytında da belə bir bölmə var?

- Bu gün Azərbaycanda mağazalarda məhsullara olan endirimləri bir ünvanda toplayan platforma yoxdur. Üstəlik, çox zaman mağazalardakı endirimlərə aldanırıq. Məsələn, mağazanın vitrinində iri, bəzəkli rəqəmlərlə "70% endirim" yazılır. Birincisi, mağazaya daxil olanda, endirimli məhsulu çox çətinliklə tapırıq. İkincisi, mağazada cəmi 5-6 məhsul endirimə qoyulur. Beləcə, alıcı düşünür ki, əbəs yerə vaxt sərf edib, bu qədər yolu gəldim.

Qeyd edim ki, endirim bölməsində mağazalardan aldığımız məlumatları yerləşdiririk. Nəticədə, alıcılar aldanmır və hansı mağazada hansı məhsulun endirimdə olması barədə dəqiq məlumat alır. Bu arada, alıcılarımızın nəzərinə çatdırım ki, hazırda shop.az-da 15-dən çox mağazanın təqdim etdiyi 1700 məhsul endirimdədir.

P.S. Söhbət əsnasında məlum oldu ki, shop.az-da həm də bloq bölməsi var. Bu bölmə əsasən alıcıların maraqlarından çıxış edir. Necə? Deyək ki, siz telefon almaq istəyirsiniz. Amma hansı telefonun işinizə yarayacağını bilmirsiniz. Özünüzü çətinə salmayın, shop.az-da bloq bölməsi işinizi də, seçiminizi də asanlaşdıracaq. Çünki bloqun məqsədi məhz siz alıcılara satılan məhsullar haqqında ətraflı məlumat verməkdir. Məhsul haqqında nə qədər məlumatınız çox olsa, alış-veriş zamanı bir o qədər rahat seçim edəcəksiniz. Deməli, shop.az nəinki vaxtınıza qənaət edir, həm də seçiminizi asanlaşdırır.

- Alan razı, bəs satan?

- Shop.az alıcıların maraqlarını düşündüyü qədər, ayrı-ayrı mağaza sahiblərinin biznesinin düzgün istiqamətləndirilməsi üçün də çalışır. Məsələn, vaxta qənaət alıcılar üçün hesablanıbsa, məhsulun effektiv təqdimatı satıcılar üçün nəzərdə tutulub. Bir sözlə, shop.az şirkətləri sayt qurmaq üçün ayrılan xərclərdən, kontent yığmaq üçün sərf olunan zamandan, alıcı cəlb etmək üçün aylarla hazırlanan reklamlardan xilas edir.

Bu iki istiqamət şirkətin loqosunda da öz əksini tapıb. Belə ki, loqoya baxanda bir qrup insan məhsulun etiketini, digər qrup insan isə alış-veriş səbətini görür. Deməli, şirkətin loqosu iki fərqli, eyni zamanda iki düzgün yanaşmanı özündə əks etdirir. Alıcıları da razı salır, mağazaları da.

- 6 ay elə də uzun müddət deyil. Bununla belə, illərdir bazarda olan rəqiblərinizi geridə qoyub, Milli İnternet Mükafatını qazanmağı bacarmısınız. Uğura gedən yol haradan keçdi?

- Təbii ki, öz işini bilən komandamızdan. Shop.az saytı 3 dildə fəaliyyət göstərir. Onlayn ticarət mərkəzi üçün bu, on minlərlə kontent, dayanmadan çalışmaq, axtarış, zəhmət deməkdir. Baxın, əksər alış-veriş saytları 5 il əvvəl hansı dizaynla işə başlayıbsa, bu gün də o formada işlərini davam etdirir. Bu isə düzgün deyil. Shop.az komandası saytın dizaynını, onun bölmələrini daim yeniləyir və yenilikdən qorxmur. Çünki alıcılarımızın tələbləri artır. Bizim üçün də əsas budur – alıcıların Shop.az-dan istifadəsini maksimum rahat və asan etmək, eyni zamanda alıcılarımızın tələblərinə uyğun təkliflər irəli sürmək.

- Sonda onlayn ticarətlə məşğul olmaq istəyənlər üçün 3 açar məsələhətinizi bölüşməyinizi istəsək...

- Birincisi, onlayn ticarətin gələcəyi var. Elektron ticarət sahəsində Azərbaycan bir sıra ölkədən geri qalsa da, bazarın adaptasiyası sürətlidir. İkincisi, mağazalar vaxtını, enerjisini səhv istiqamətə yönəltməsinlər, yəni onlayn marketinqin incəliklərini öyrənmək, bunun üçün inanılmaz resurslar sərf etmək, ticarətdən kənar fəaliyyətdir. Bu tam başqa bir biznesdir. Bu məqsəd üçün bizim təklif etdiyimiz alətdən lazımınca istifadə edərək rəqiblərini geridə qoymaq və bütün enerjilərini məhz öz bizneslərinə yönəltməlidir. Shop.az mağazaların istəyini nəzərə alaraq platforma yaradıb. Və üçüncüsü, dəyərli alıcılarımız, mağazalarda nə var, nə yox Shop.az-dan öyrənin. Çünki axtardığınız endirimlər, kampaniyalar, mağazalardakı məhsullar haqda düzgün və dolğun informasiya məhz Shop.az-dadır.

ONLAYN TİCARƏTİN BİRİNCİSİ SEÇİLDİ - FOTOONLAYN TİCARƏTİN BİRİNCİSİ SEÇİLDİ - FOTOONLAYN TİCARƏTİN BİRİNCİSİ SEÇİLDİ - FOTOONLAYN TİCARƏTİN BİRİNCİSİ SEÇİLDİ - FOTOONLAYN TİCARƏTİN BİRİNCİSİ SEÇİLDİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 3144   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dövlət Universitetində çılpaq əyləncə ölkəni ayağa qaldırdı -FOTO

Rusiyanın əsas universitetlərindən biri olan Moskva Dövlət Universitetində əvvəki tələbələr tərəfindən yeni qəbul olunan tələbələrə edilən hərəkət gündəm olub. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, universitetdə bəzi tələbələrin çılpaq qaçması ölkədə böyük reaksiya ilə qarşılanıb. Universite

04.09.2023 1803
.

"Sea Breeze" işində hökm oxundu – gənclər məhkəmə zalından azadlığa buraxıldılar

Sabunçu rayon məhkəməsində "Sea Breeze" işi üzrə hökm elanı olunub. Hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və məktəbli Murad Əhmədli məhkəmə zalından azadlığa buraxılıblar. Elmir İsmayılov azadlığa çıxmasında əməyi olan hər kəs

06.03.2024 8988
.

Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi

Xalq artisti Şahnaz Haşımovanın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, 66 yaşlı xanəndə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Bu haqda Haşımova özü məlumat yayıb. Ş.Haşımova hazırda vəziyyətinin yaxşı olduğunu əlavə edib

19.07.2023 938
.

Günah sayıldığı üçün ağacları yandırılan meyvə hansıdır

Molla Kamil Əfəndi hicri 1099-cu ilin şaban ayında (miladi 1688) Yanya valisi Qızıl Rıza paşanın üçüncü övladı olaraq dünyaya gəlib. Onun gənc yaşlarında həmyaşıdları arasında intellekt və marağı ilə seçildiyi şayiələr var. Onların əslən alban olduqları iddia edilsə də, ailənin Karaman mühacir türk mənşəl

16.06.2023 956
.

Sinan Akçılın 3.2 milyonluq yeni avtomobili - Foto

Türkiyəli müğənni Sinan Akçıl yeni avtomobil alıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi "Tesla" markasına məxsus maşınına 3.2 milyon lirə ödəyib. Qeyd edək ki, Akçıl "TOGG" markasına məxsus avtomobilə sahib olmaq üçün 2 maşınını satmışdı. Ancaq sənətçi nəqliyya

05.09.2023 953
.

Tanınmış reper Elviss'in "Ayıldım" adlı klipi yayımlandı

Tanınmış reper Elviss'in "Ayıldım" adlı klipi yayımlandı. 28 yanvar Lechateau'da baş tutacaq battle öncəsi Elviss yeni klipini təqdim etdi. Youtube Klipə baxmaq üçün keçid edin:

10.01.2024 1237
.

Qadın qorxulu yuxu sayəsində ərinin xəyanətini AŞKARLADI

Sunisa adlı Tailand sakini dəhşətli yuxu sayəsində ərinin xəyanətindən xəbər tutub. xarici KİV-ə istinadən xəbər verir ki, qadın yuxudan bir neçə gün sonra işə gedəndə qəflətən yadına kabus düşüb və çox narahat olmağa başlayıb. Gün ərzində əri ilə bir neçə dəfə əlaqə saxlaya bilməyən qadın həmkarı il

26.06.2023 1255
.

Ajda Pekkan: "Saçımı həftədə bir dəfə yuyuram"

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan: "Saçımı həftədə bir dəfə yuyuram"deyə açıqlama verib. xarici KİV-ə istinadən xəbər verir ki, O, tez-tez saçın yuyulmasını tükün diblərinə zərərli olduğunu qeyd edib. Ona görədə saçını həftədə bir dəfə yuduğunu və belə daha sağlam olduğunu açıqlayıb

11.09.2023 968
.

2024-cü ilin trend "kalqotka" modelləri

Bu gün "kalqotka"lar çox dəbdə olmasa da bir geyim və görüntü elementindən daha çox şeydir. Bu geyim növündən istifadə etmək zövq və üslub məsələsidir. 2024-cü ildə "kalqotka" modellərini təqdim edir:

08.12.2023 675