Bakı metrosunda daha bir FACİƏ

Bakı metrosunda daha bir FACİƏ

Bakı metrosunda intihara cəhd olub.

BiG.AZ xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya bildirib ki, hadisə 09:18 radələrində "Qara Qarayev" metro stansiyasında qeydə alınıb.

Belə ki, "H.Aslanov" metrostansiyasından "Dərnəgülə"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar "Qara Qarayev" metrostansiyasına daxil olanda 60-70 yaşında bir kişi özünü qatarın altına atmaq istəyib.

"Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır", - deyə N.Paşayev vurğulayıb.

-----------

10:07

Bu gün səhər saatlarında Bakı metrosunda daha bir faciə yaşanıb.

Milli.Az-a hadisə şahidinin verdiyi məlumata görə, "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar yaşlı kişini vurub.

İddia edilir ki, kişi intihar etmək istəyib. Lakin tərrəddüd edib. Əvvəl özünü qatarın altına atmaq fikrində olan şəxs son anda fikrini dəyişib. Bununla belə ölümdən xilas ola bilməyib.

Platformaya girən qatar təhlükəsizlik xəttini keçərək önə çıxan kişini vurub. Qatarın güzgüsünün sərt toxunuşu adamın həyatını dəyişməsi ilə nəticələnib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1993 Tarix: 12.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər