Etirazçılar Yerevanda yolu bağlamağa cəhd etdilər: Ermənilər ayağa qalxdı - FOTOLAR

Etirazçılar Yerevanda yolu bağlamağa cəhd etdilər: Ermənilər ayağa qalxdı - FOTOLAR

25 gün əvvəl aclıq elan etmiş “Sasna Tsrer” qrupunun üzvləri Armen Bilyanın və Smbat Barsegyanın tərəfdarları bu gün, yanvarın 11-də Ermənistan ombudsmanının ofisinin qarşısında etiraz aksiyası keçiriblər.

BiG.AZ “Ermənistan Xəbərləri”nə istinadən bildirir ki, mənbəyə əsasən, nümayişçilər insan hüquqları müdafiəçisi ofisinin əməkdaşları ilə görüşüblər və bundan sonra Maştots prospekti istiqamətində irəliləyiblər. Bu prospektin Puşkin küçəsi ilə kəsişməsinə çataraq onlar yolu bağlamağa cəhd ediblər, lakin polis əməkdaşları etirazçıları küçənin hərəkət hissəsindən uzaqlaşdıra biliblər.

Erməni nəşri xatırladır ki, Armen Bilyan və Smbat Barsegyan dekabrın 19-da aclıq elan ediblər. Onlar “Nubaraşen” cinayət-icra müəssisəsindən “Armavir” həbsxanasına köçürülmələrini tələb edirlər.

Etirazçılar Yerevanda yolu bağlamağa cəhd etdilər: Ermənilər ayağa qalxdı - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 647 Tarix: 11.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər