Deputat ABŞ-ın Azərbaycanı riskli ölkələr siyahısına daxil etməsinə görə səfiri günahlandırıb

Deputat ABŞ-ın Azərbaycanı riskli ölkələr siyahısına daxil etməsinə görə səfiri günahlandırıb"Dünyada terrorla bağlı kriteriyalar hər hansı bir ölkənin subyektiv yanaşmaları ilə müəyyənləşmir. Orada konkret seçilmiş qaydalar var, əhalinin gəlirləri, müxtəlif təbəqələr arasındakı münasibətlər, dövlət-vətəndaş arasındakı əlaqələr, həmçinin dinlə bağlı münasibətlər, regiondakı risklər və.s amillər var. Ötən 10 illər ərzində ABŞ Azərbaycana xeyli miqdarda investisiya qoyub, Avropanın tanınmış transmilli şirkətləri bu bölgədə iş aparmağa çalışıblar. Hər zaman da vurğulanıb ki, Azərbaycan regionda sülh yaradan dövlətdir, təhlükəsizliyi təmin etməkdə aparıcı yer tutur".

BiG.AZ xəbər verir ki, bunu "Report"a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc ABŞ-ın Azərbaycanı amerikalı turistlərin təhlükəsizliyi baxımından yuxarı risk olan ölkələr siyahısına daxil etməsinə münasibət bildirərkən deyib.

Z.Oruc bildirib ki, Cənubi Qafqaz regionunun geopolitikası məhz rəsmi Bakının fəaliyyəti hesabına dəyişib: "Belə olan təqdirdə, məsələyə bəsit, yəni turistlərin təhlükəsizliyi kontekstində yanaşırlar. Ötən illər ərzində Azərbaycanda bir dəfə də olsun, turistlərə təhlükə olmayıb, kimsə məqsədli olaraq hansısa əcnəbi vətəndaşı qətlə yetirməyib və yaxud ona hər hansı şəkildə önyarqılı münasibət göstərməyib. Bu bölgədə işğal reallığının hökm sürməsi terroru gücləndirən faktor kimi göstərilirsə, bu, əlahiddə olaraq Azərbaycanın siyasəti ilə əlaqədar məsələ deyil. Bu, təcavüz aktının nəticəsidir. Bunun Azərbaycan dövlətinin ayağına günah kimi yazılması qəbul edilməzdir".

Komitə üzvü qeyd edib ki, Cənubi Qafqazda Ermənistan və Gürcüstanı təhlükəsizlik baxımından Azərbaycandan ön sıraya qoymaq absuddur: "Bu ölkələrdən biri, yəni Ermənistan Azərbaycana silahlı təcavüzü həyata keçirir, ölkədə də hərbi xunta rejimi hökm sürür. Bu, erməni vətəndaşlarının azadlıq və təhlükəsizliklərini təhdid edən amilə çevrilib. Gürcüstan isə hazırki vəziyyətdə sabitliyinin, dövlət kimi mövcudluğunda Azərbaycanı iqtisadi, trransmilli və.s layihələr baxımından xüsusi qeyd edir. Əgər ötən illər ərzində ABŞ terror təşkilatlarına qarşı mübarizə aparsaydı, xüsusi strateji məqsədləri güdməsəydi, Azərbaycanın da yerləşdiyi məkan daha da firavan və güvənli olardı. Azərbaycan indiyədək siyasətini reallaşdırarkən Ermənistan kimi terror təşkilatları yaradaraq onların üzərindən fəaliyyət aparmayıblar. Belə bir nümunə yoxdur. ABŞ narahatdırsa, problem olan mənbələri göstərsinlər, bizimlə bərabər həmin ünvanlara atəş açsınlar. Terroru stimullaşdıranları yaxşı tanıyırıq. Azərbaycanda xarici vətəndaşların hər biri əmin-amanlıq şəraitində yaşamaqdadır. Bu, beynəlxalq hesabatlarda da əksini tapıb. İndiyədək hər hansı əcnəbi təxribata məruz qalmayıb. Azərbaycanı təhlükəli ölkələrin sırasına qoymaq yanlışdır. Azərbaycan dövlətinin rəsmi orqanları bu məsələyə düzgün reaksiya veriblər".

Deputat bu məsələdə ABŞ-ın Azərbaycandakı səfirini günahlanıdırıb: "Bu məsələdə ABŞ-ın Azərbaycandakı səfirliyinin də günahı olub. Çünki onlar bu işlərlə bağlı araşdırmaları, müxtəlif qurumların məxfi və açıq məlumatlarını ABŞ Dövlət Departamentinə göndərdikdən sonra belə rəylər formalaşıb. Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ səfirliyi ilə bu məsələni araşdıracaq. İnanmaq istəyirəm ki, problem dialoq, danışıqlar səviyyəsində aydınlaşacaq, Azərbaycan arzuolunmaz yerdən çıxarılacaq, ölkəmiz layiqli olduğu yerə daxil ediləcək. Bu məsələlər siyasi əlaqələrə də mənfi təsir göstərir. Azərbaycana gələn ABŞ-ın rəsmi şəxsləri hər zaman ölkəmizin rolunu qeyd edirlər. İndiki situasiya isə o mövqelərə ziddir. Əgər Azərbaycan təhlükəli məkandırsa, hansı səfir və ya səfir personalı ziyan çəkib? Bir daha qeyd edirəm, bu məsələdə ABŞ-ın Azərbaycandakı səfirliyinin qeyri-peşəkarlığı var, hansısa nöqtələrdə məsələlərə diqqət etməyiblər".

Qeyd edək ki, ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Azərbaycan amerkalı turistlərin təhlükəsizliyi baxımından risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb:

1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;

2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;

3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;

4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1346   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27.03.2024 437
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27.03.2024 269