"Leyla Şıxlinskaya Klinikasında vergidən yayınmış sənədlər audit gələndə məhv edilib"

"Leyla Şıxlinskaya Klinikasında vergidən yayınmış sənədlər audit gələndə məhv edilib"Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən "Leyla Şıxlinskaya" Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Bəxtiyar Musayev klinikada baş həkim, cərrah işlədiyini, klinikanın sahibi Leyla Şıxliniskaya ilə münasibətlərinin normal olduğunu bildirib. B.Musayev işdən çıxmaq üçün ərizə yazdığını söyləyib.

B.Musayev adına maaş kartı olduğunu təsdiqləsə də, aylıq nə qədər maaş aldığını açıqlamayıb: "Aylıq maaşdan əlavə əməliyyatlardan, xəstələrin müayinəsi üçün klinikaya edilən ödənişlərdən də qazanc əldə edirdim. Klinikaya gətirilən xəstələrin ödəniş edilmədən əməliyyat edilib-edilməməsi ilə bağlı suala isə cavab vermək istəmirəm. Çünkü bu mənim səlahiyyətimə aid deyil və maraqlanmıram. Elə xəstə olub ki, 20 min xəstəxanaya borcu qalıb. Nə etmək olardı? Elə xəstə olub ki, əməliyyat edilib, amma pul almamışam. Bilmirəm həmin pulu ödəyiblər, ya yox. Mənim klinikadan indi də 11 min manat alacağım var".

Daha sonra şahid qismində Gülarə Bağırova dindirilib. Bildirib ki, paralel olaraq 5 saylı doğum evində işləyib. O qeyd edib ki, klinikada doğuş əməliyyatlarına görə pul alıb. Amma rəsmi maaşı olmayıb və orada müqavilə əsasında işləyib.

G.Bağırova hazırda kartla da onlara maaş verildiyini deyib və doğuşdan 50 faizə qədər ödəniş aldıqlarını söyləyib. O, doğuş əməliyyatlarının qiymətinin əvvəllər 1250-1650 manat arasında dəyişdiyini qeyd edib: "Son aylarda ödənişlər 1000 manata qədər azalıb".

Prosesdə ifadə verən şahid GünelAbbasova baş mühasib Ş.Abbasovanın göstərişi ilə bəzi sənədlərin məhv edildiyini deyib: "Həmin sənədlər "qara" sənədlər idi. Şəhla Abbasova dedi ki, dövlət vergisindən yayınmış sənədlərdir. Həmin sənədlər audit gələndə məhv edilib".

Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.

İttihama görə, "Leyla Şıxlinskaya" Klinikasında baş mühasib işləyən Ş.Abbasova, mühasib S.Əfəndiyeva, klinikanın əməkdaşları P.Əliyev, S.Qasımova, A.Hüseynova, M.Hüsiyeva, Y.Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndiriliblər. Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, "Leyla Şıxlinskaya" klinikasının keçmiş baş mühasibi Ş.Abbasova 4 il əvvəl L.Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. L.Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 926   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 0
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0