Azərbaycanda yenilik: İşsizlərə pul ayrılacaq

Azərbaycanda yenilik: İşsizlərə pul ayrılacaqBu gündən Azərbaycanda işsizlikdən sığortanın tətbiqinə başlanıb.

BiG.AZ fed.az-a istinadən xəbər verir ki, 2018-ci ildən başlayaraq işsiz vətəndaşlara işsizlikdən sığorta ödənişi veriləcək.

Bununla əlaqədar olaraq Nazirlər Kabineti artıq bütün normativ aktlardan «işsizlik müavinəti» anlayışını çıxarıb.

İşsizlikdən sığorta ilə bağlı yeni qaydalara görə, işsizlikdən sığorta ödənişini o şəxslər alacaqlar ki, onların çalışdığı təşkilat və ya şirkət ləğv edilsin, və ya həmin şəxs ixtisar nəticəsində işdən çıxarılsın. Həmini şəxslər "Məşğulluq haqqında" Qanunla müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmalıdırlar ki, işsizlikdən sığorta ödənişi ala bilsinlər. Başqa sözlə, öz ərizəsi ilə işdən çıxanlara işsizlikdən sığorta ödənilməyəcək.

İsşsizlikdən sığorta ödənişi necə hesablanır?

Yeni qaydalara görə, isizlikdən sığorta ödənişinin məbləği işçinin maaşından və sığorta stajından asılıdır. İşçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda, o orta maaşının 50 faizi; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 faizi; sığorta stajı 10 ildən yuxarı olduqda isə 60 faizi həcmində sığorta ödənişi alacaqlar.

Amma bu ödəniş daimi olmayacaq. İşsizlər yuxarıda göstərilən məbləğləri bir neçə ay alacaqlar, sonra onların məbləği azalacaq. Yəni işini itirən şəxs ilk 2 ay ərzində məbləğin 100 faizini alacaq. 3–4-cü ayları üçün həmin məbləğin 80 faizi, 5–6-cı aylar üçün isə 70 faizi veriləcək.

Daha aydın olması üçün bunu misalla izah edək. Orta aylıq maaşı 1000 manat olan şəxs işsiz statusu alarkən onun üçün işsizliyə görə sığorta ödənişi 600 manat (iş stajı 10 ildən çox olanda), 550 manat (5-10 il olanda), 500 manat (3-5 il olanda) təşkil edəcək. Amma həmin şəxs bu pulu yalnız iki ay alacaq. Sonrakı aylarda ödənişin məbləği ilkin məbləğin 80% (3-4-cü aylarda) və 70% (5-6-cı aylarda) təşkil edəcək.

3 ildən az stajı olanlara işsizlik sığortası verilməyəcək

Yeni qaydalardan da göründüyü kimi işsizlikdən sığorta ödənişi almaq üçün minimum 3 il əmək stajına malik olmaq lazımdır. Əvvəlki qaydalarda isə belə tələb yox idi və işsizlik müavinətini almaq üçün istənilən işsiz müraciət edə bilərdi.

Bəs indiyə qədər müavinət alanların axırı necə olacaq?

Yeni sistemin tətbiqi ilə işsizliyə görə müavinət ləğv edilib. Sual doğuran məsələ indiyə qədər işsizlik müavinəti alanların ödənişlərinin bu gündən necə hesablanacağıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Xidmətindən Fed.az-a bildirilib ki, indiyədək işsizlik müavinəti alanlar buna davm edəcəklər: "Hətta ötən ilin sonunda işsizlik müavinəti təyin edilən şəxslər ödənişlərini köhnə qaydada alacaqlar. Mavinətin müddəti bitdikdən sonra – yəni 6 ayın tamamında vətəndaş sığorta ödənişi üçün yenilən müraciət edə bilər. Amma bu zaman ödəniş yeni sistemə uyğun hesablanacaq". Yeni sistem də onu deyir ki, ikinci müddətə işsizlikdən sığorta ödənişi cəmi 3 ay ödəniləcək və onun məbləği minimum aylıq əmək haqqı qədər olacaq, yəni 130 manat.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2221   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 194
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 556
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

14:28 271
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 814
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 653
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

17:49 22
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 293
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 744
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

13:28 602