Dərslər 45 dəqiqədən 40 dəqiqəyə endirilə bilərmi?

Dərslər 45 dəqiqədən 40 dəqiqəyə endirilə bilərmi?Türkiyədə bir neçə müddətdir ki, növbəti təhsil islahatlarına start verilib və qeyd edək ki, bu proses Türkiyə cəmiyyətində heç də birmənalı qarşılanmır.

Bir çoxları bu islahatların son 25-30 ildə təhsil sahəsində böyük uğurlara imza atmış Türkiyəni yenidən geriyə aparacağı qənaətindədir.Təhsil sahəsində aparılması gözlənilən islahatlardan biri isə orta məktəblərdə - liseylərdə dərslərin 40 (Azərbaycanda 45 dəqiqədir) dəqiqədən 20-25 dəqiqəyə endirilməsidir.

Bu təkliflə Türkiyənin təhsil (keçmiş müdafiə) naziri İsmət Yılmaz çıxış edib. O bildirib ki, dərslərin 40 dəqiqədən 20-25 dəqiqəyə endirilməsi zamanın, reallıqların tələbidir və 20-25 dəqiqəlik dərs müddəti şagirdlərə biliklərin öyrədilməsi baxımından daha yetərlidir.

Odur ki, yeni təhsil islhatlarında bu məqam da gözdən keçirilir və reallaşması zaman, an məsələsidir.

Bəs görəsən, Azərbaycanda da bu addıma gedilə, dərslər 45 dəqiqədən aşağı endirilə bilərmi? Bu baş verərsə, təhsilimizdə, uşaqların təhsilə yiyələnməsində müsbətə, yoxsa mənfiyə doğru proseslər yaşanar?

Bununla bağlı oxu.az-a açıqlamasında təhsil işçisi, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü, millət vəkili Sona Əliyeva bildirib ki, bir çox ölkələrdə dərs məşğələlərinin davametmə müddəti müxtəlifdir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsində dərs məşğələlərinin davametmə müddəti 45 dəqiqə, Rusiyada birinci siniflərdə birinci yarımildə 35 dəqiqə, ikinci yarımildə və yuxarı siniflərdə 45 dəqiqə müəyyən edilib.

Millət vəkili qeyd edib ki, Rusiyada tədrisin təşkilinə qoyulan tələblərdə kompüter və interaktiv lövhələrlə məşğuliyyət müddətinə xüsusi diqqət yetirilir.

"Belə ki, kompüter arxasında aparılan məşğələlər birinci və ikinci siniflərdə 20 dəqiqəni, üçüncü və dördüncü siniflərdə 25 dəqiqəni, beş və altıncı siniflərdə 30 dəqiqəni, yeddi və on birinci siniflərdə 35 dəqiqəni ötməməlidir. İnteraktiv lövhələrdən fasiləsiz istifadə müddəti isə şagirdlərdə bir və dördüncü siniflərdə 5 dəqiqəni, beş və on birinci siniflərdə isə 10 dəqiqəni keçməməlidir", - deyə S. Əliyeva bildirib.

Millət vəkili deyib ki, əksər ölkələrdə dərs müddətinin davametmə müddəti də müxtəlifdir.

"Finlandiyada altıncı siniflərdə bir dərs məşğələsinin davametmə müddəti 45 dəqiqə, altıncı sinifdən yuxarı isə 75 dəqiqə, Kanadada 75 dəqiqə, Amerika Birləşmiş ştatlarında və Yaponiyada məktəbin daxili qaydalarından asılı olaraq 45-50 dəqiqə, Hindistanda 35 dəqiqə, İsraildə iki 45 dəqiqə olmaqla, 90 dəqiqə müəyyən edilib. MDB ölkələrində isə bu rəqəm 45 dəqiqə həcmindədir. Bu il qonşu Qazaxıstanda dərs məşğələlərinin 40 dəqiqəyə qədər azaldılması ilə bağlı Təhsil Nazirliyinin açıqlamaları mediada yayımlanıb.

Hər ölkənin təhsil proqramı orada yaşayan xalqların mili və mental xüsusiyyətləri nəzərə almınmaqla, beynəlxalq təcrübəyə uyğunlaşdırılır və bu istiqamətdən də tədrisin təşkilinə qoyulan tələblər müəyyənləşdirilir. Azərbaycanda dərs məşqələlərinin davametmə müddətinin azaldılması yaxın vaxtlarda gözlənilmir və ümumiyyətlə, tədris ili bitməmiş bu qaydanın tətbiq edilməsi doğru olmaz", - deyə S. Əliyeva vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2681   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 179
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 353
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 183
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 260
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 361
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 896
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769