Rəşad Mustafazadə və Məlik Cahan niyə intihar etdi? - DİQQƏT ETMƏDİYİMİZ DETALLAR

Rəşad Mustafazadə və Məlik Cahan niyə intihar etdi? - DİQQƏT ETMƏDİYİMİZ DETALLARYaradıcı insanların intihara niyə daha çox meyilli olması zaman-zaman müzakirə predmetinə çevrilib. İntihar edənlər arasında bütün dünyanın sevib, qəbul etdiyi Ernest Heminquey, Stefan Sveyq, Cek London kimi dahilər də var, yaradıcılıq mərhələsinə yeni qədəm qoyan gənclər də. Bəziləri intihar edəcəklərini əvvəlcədən bildiriblər, hətta, bu haqda yazıblar, bəzilərisə Sergey Yesenin kimi işıqdan səssiz-soraqsız əl çəkiblər.

Azərbaycanda da cəmiyyəti sarsıdan bu cür ölümlər az olmayıb. Bizdə yaradıcı insanlar arasında intihara meyillilik daha çox gənc nəsildə müşahidə olunur.

Belə gənclərimizdən ikisi - musiqiçi Rəşad Mustafazadə və şair Məlik Cahan dünən intihar ediblər.

Bəs psixoloji olaraq onları bu addımı atmağa nə vadar edir? Bəlkə yaratmaq istədikləri və ya yaratdıqları obrazların təsirinə düşürlər? Yoxsa onları boğan ümidsizlik, biganəlik, puça çıxan yaradıcılıq arzularıdır? Bəlkə heç bunlar deyil, görmədiyimiz, fərqinə varmadığımız başqa nəsə var?

Bütün bu suallarımıza cavab almaq üçün para-psixoloq Elmir Əkbərlə söhbət etdik. O, Publika.az-a bildirdi ki, intihar psixoloji fenomendir və bu qədər geniş vüsət almasına səbəb laqeyd cəmiyyətdir:

"Nevroz bir ailənin problemidirsə, intihar bütöv bir cəmiyyətin problemidir. Biganəlik, laqeydlik, insanlara cəmiyyətdə düzgün olmayan yanaşma tərzi və s. bütün bunlar intihara sürükləyən səbəblərdir. Biz heç birimiz deyə bilmərik ki, bu bizə aid deyil. Xeyr. Bu bizim hər birimizə aiddir. Cəmiyyətin ümumi problemi hər bir fərdi yaxından maraqlandırmalıdır. Bu məsələ o qədər ciddi hal alıb ki, sadəcə söz söyləmək çətindir. Qeyri-adekvat davranışların sonu bu yola çıxır. Ona görə də, hər kəsin həyatında müəyyən ruh düşkünlüyü yaşana bilər. Bu zaman bizi bir-birimizdən fərqləndirən məqam məhz ailə, yaxınlar, ətrafımızdakı insanların bizə münasibəti, motivasiyası olur. Əvvəl zövq aldığınız şeylərdən daha zğvq ala bilmirsinizsə, bu yaranan psixoloji amillərin ilkin simptomları ola bilər. Kənara çəkilmək lazım deyil. Psixoloqa müraciət edib, kömək almaq lazımdır. İntihar hallarının qarşısını almaq sizə asan gəlməsin. Orada mütəxəssis müdaxiləsi olmasa, heç bir şey etmək olmaz".

E.Əkbər onu da qeyd etdi ki, son vaxtlarda sosial şəbəkələrdə intihar etmək istədiyini bildirib, diqqət çəkmək istəyən insanlara biganə yanaşmaq olmaz. Bəlkə də, onlar diqqət çəkmək üçün etdikləri davranışın heç kimi narahat etmədiyini görüb bu addımı qətiyyətlə atmağı qərara alıblar:

"Bəzən görürsüz insan intihar etmək istəmir. Hündürmərtəbəli binanın başına çıxaraq diqqət çəkmək istəyib, lakin ehtiyatsızlıq səbəbindən ayağı sürüşüb və ölümə yuvarlanıb. Ya da, evdə özünü asmaq istəyən gənclər öz fikirləşirlər ki, valideynlərimizin işdən gələn vaxtıdı. Müəyyən zaman aralığında bu işi görək. Qapı açılacaq və valideynlərimiz bizi görüb tez xilas edəcəklər. Lakin valideyn hər hansı səbəbdən evə gecikir və nəticədə faciə baş verir. Bu cür hadisələr insanların zəruri psixoloji müayinələrdən keçməməsi səbəbindən yaşanır. Buna görə də, məsələyə olduqca həssas yanaşmaq lazımdır".

E.Əkbər bildirdi ki, intihar hadisəsinin sırf yaradıcılıqla bağlılığının olduğunu düşünmür. Belə yanaşmaya qalsa, ən güclü, təsirli və emosional obrazları Dostayevski, Tolstoy yaradıb. Amma onlar intihar etməyiblər:

"Onlar öz obrazlarının təsiri altına düşərək, intihar etməyiblərsə, demək burada başqa məqamlar var. Bilirsiz, yaradıcı insan olsun, hər hansı bir peşə sahibi olsun, işində mütəxəssis ola bilər. Lakin siz heç vaxt onun hansı psixoloji vəziyyətdə olduğunu bilə bilməzsiz. Hər kəs mütləq şəkildə beynəlxalq normalara uyğun, il ərzində 2 dəfə terapiya keçməlidir. Bizim üçün əsassız olan istənilən nüans mütəxəssislər üçün faciənin qarşısını ala biləcək həyəcan təbilidir. Məhz bu üsullarla psixoloqlar insanlara köməklik göstərir və bütün depressiv hallardan onları çıxardır".

Psixoloq yeniyetmələrin və azyaşlıların intihar hadisələrinə də toxunaraq bildirdi ki, bu mövzuda valideynlərin məsuliyyəti böyükdür. Uşaqları valideyn diqqətsizliyi intihara sürükləyə bilir:

"Yaxşı olardı ki, valideynlər öz övladları ilə ünsiyyət yarada bilsinlər. Onlarla dialoqa girsinlər. Dost kimi söhbət edib, onları narahat edən problemlərdən çıxış yolları tapsınlar. Bəzən valideyn hökmü çıxış yolu deyil. Avropa praktikasında ailələr həm fərdi, həm də ailəvi şəkildə müəyyən psixoloji müayinələrdən keçirlər. Təəssüf olsun ki, Azərbaycanda bu praktika tətbiq edilmir. Ona görə də, bəzən qeydə alınan dəhşətli hadisələrin qarşısını almaqda gecikirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2552   Tarix: 01 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443