Qafar Əliyev: "YAP-ın prezident seçkiləri ilə bağlı qurultayı keçiriləcək" - MÜSAHİBƏ

Qafar Əliyev: "YAP-ın prezident seçkiləri ilə bağlı qurultayı keçiriləcək" - MÜSAHİBƏAzərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri, YAP Siyasi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyev BiG.AZ saytının suallarını cavablandırıb.

-Yeni Azərbaycan Partiyası keçən il 25 illiyini qeyd etdi. YAP 25 il ərzində Azərbaycan xalqına nə kimi faydalar verib?

- Hər bir demokratik cəmiyyət çoxpartiyalı sistemə söykənməlidir. Çünki demokratik cəmiyyətin əsasını partiyalar təşkil edir. Azərbaycanda müstəqillik qazandıqdan sonra demokratik inkişaf yolunu seçmiş və çoxpartiyalı sistem əsasında fəaliyyət göstərir. Ölkəmizdə 50-dən çox siyasi partiyalar mövcuddur. Bu partiyalar içərisində ən çoxsaylı, güvənli və Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynayan Yeni Azərbaycan Partiyasıdır. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Bu gün partiyanın yeddi yüz mindən çox üzvü var. Ölkəmizdəki partiyaların hamısının üzvlərini toplasan bu qədər etməz. Yeni Azərbaycan Partiyasının əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən yaradılıb. O zaman ümumilli liderimiz Heydər Əliyev 1990-cı ildə Azərbaycana gəldi. Bilirsiniz ki, dövlətimiz o zamanlar çox çətin dövrü yaşayırdı, Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarına qarşı təcavüz olunmuşdu. Bu vaxtı ümumilli liderimiz Heydər Əliyev ölkəmizin xilası üçün yeni partiyanın yaranmasına ehtiyac duydu. Beləliklə Yeni Azərbaycan Partiyası yaradıldı. Ondan qabaq Azərbaycan Xalq Cəbhəsi yaradıldı. Amma o qarşısına qoyduğu heç bir məqsədə çata bilməmişdi. Azərbaycanın müstəqilliyini əldə etmək, onun ərazi bütövlüyünü təmin etmək, işağalda olan torpaqlarımızı azad etmək , demokratik inkişaf yolunu seçərək müasir dünyəvi dövlət tərəfindən tanınmasını təmin etməkdir. Bütün bu mühüm məqsədləri həyata keçirmək üçün siyasi partiyaya ehtiyac var idi. 1992-cı ilin noyabrında ilk qurultayı keçirildi. Bu müddət ərzində YAP müstəqil Azərbaycanın inkişafında, respublika kimi möhkəmlənməsində, qüdrətinin yaranmasında, ölkədə islahatları aparılmasında misilsiz xidmətlər göstərdi. Ümumilli liderimizin rəhbərliyi altında müasir Azərbaycanın inkişaf etdirilməsində, gücləndirilməsində, onun iqtisadi potensialının yaradılmasında, güclü ordumuzun formalaşmasında, Əsrin Müqaviləsinin imzalanmasında və dünyada tanınmasında Yeni Azərbaycan Partiyası çox mühüm rol oynamışdı. YAP bütün bu prosseslərdə sanki siyasi qüvvə kimi prezidentimizin və umumilli liderimizin dayağı olub. Yeni Azərbaycan Partiyası hakim partiyadır. 4 dəfədən artıq keçirilən prezident, parlament və bələdiyyə seçkilərində qələbə qazanıb. Ən önəmlisi isə 70 faizdən çox səs toplayaraq xalqımızın inamını qazanmışdı.

- Hakim partiyanın diqqət verdiyi sahələrdən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıq və diaspor quruculuğudur. Partiyanın xaricdə yaşayan azərbaycanlılarla əlaqəsi hansı səviyyədədir?

- Diaspora işinin başlanğıcı var. Amma sonu yoxdur. Diaspora işi hər gün aparılmalı olan fəaliyyət sahəsidir. Bu işi gördüm, bitirdim söhbəti yoxdur. Əvvəllər Xocalı soyqırımını tanıtmaq üçün müxtəlif ölkələrin paytaxtlarının meydanlarında, tədbirlər təşkil etməklə dünyanın nəzərinə çatdırırdıq. Amma bu gün bu işin mahiyyəti çox genişlənib. Bu gün Xocalı soyqırımı və erməni vandalizmi BMT-i turbinalarında, Bakıda son illər keçirilən böyük beynəlxalq konfransların kürsülərində ölkəmizə gələn on minlərlə insanlara çatdırılır. Prezident admistrasiyasının, parlamentin, Diaspora Komitəsinin və digər qurumların xətti ilə beynəlxalq təşkilatlarda işlər həyata keçirilir. Müstəqillik əldə etdiyimiz bu dövr ərzində Azərbaycan diasporu təşkilatlanmış, formalaşmış və özünün təbliğat işlərini genişləndirmişdir. Dünyada böyük nüfuza malik olan diasporlarla dayanmaq gücünə sahib diasporamız var.

- Bilirsiniz ki, erməni lobbisi çox güclüdür. Bizim diasporamız onlarla mübarizə apara bilirmi?

- Erməni lobbisi xaricdə güclüdür. Çünki ermənilər 1915-cı ildən xarici ölkələrə səpələnmiş, guya ki, qətliama, soyqırıma məruz qaldıqlarını bildirərək yalançı təxribatları ilə özlərinə yer eləyiblər. Bu yolla da güclənməyə çalışırlar. Azərbaycanla ermənilərin mübarizə formaları fərqlidir. Erməni lobbisi yalana söykənib. Bu da məlumat qıtlığına işarədir. Hansı dövlətdə ki, Azərbaycan haqqında məlumat azdır orada öz yalançı təxribatlarını aparırlar. Dağlıq Qarabağla bağlı yalanı məlumatları da orada yayamağa çalışırlar. Erməni lobbisi yalan informasiya ilə hər zaman dünya ictimaiyyətini çaşdırmağa çalışır. Azərbaycan diasporasının gücü həqiqətə söykənir. Ərazisi işğal olunan bizik, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. 1918-ci ilə qədər İrəvan Azərbaycanın tərkib hissəsi olub. Biz İrəvanı o vaxt beynəlxalq sənədlərlə Ermənistana paytaxt vermişik. Biz həqiqətləri tarix kimi dünyaya çatdıranda hər kəs bizimlə razılaşır və Azərbaycana inanır, erməni yalanlarını rədd edirlər. Ermənilərdə bilirlər ki, onların tarixi yalan üzrə qurulub, musiqiləri, yeməkləri bizə aiddir. Bunlar daim bizimlə yaşadıqlarına görə yeməklərimizi yeyib, musiqilərimizlə də oynayıblar. Bu gün də yeməklərimizə, musiqilərimizə və milli adət-ənənələrimizə sahib çıxmaq istəyirlər. Bir təbliğat aparan zaman bilirlər ki, dolma, kabab Azərbaycan aid yeməkdir. O qədər saxtakarlıq edirlər ki, ermənilər hətta deyirlər ki, Üzeyir Hacıbəyov bizim bəstəkarımızdır. Rəşid Behbudovun mahnılarını öz adlarına çıxarırlar. Azərbaycan diasporası hansısa tədbirdə bu bəstəkarların mahnılarını səsləndirən zaman ermənilərin bütün yalanları ortaya çıxır. Diaspora işi Dağlıq Qarabağ müharibəsinin arxa cəbhəsində aparılan mübarizədir. Bu mübarizə də hər zaman aparılmalıdır, aparılır da. Başda cənab prezidentimiz İlham Əliyev olmaqla bu mübarizəmizi hər gün gücləndirir, erməni lobbisini küncə sıxışdırırıq.

- Diasporımızın gördüyü işlərlə bağlı işlək sayt yoxdur. Sizcə bu sahədə hansı islahatlara ehtiyac var?

- Bizim Diasporla İş Üzrə Dövlət Komitəmiz var. Bu komitənin özünün saytı var. Bundan əlavə xaricdə fəaliyyət göstərən 450-dən artıq diaspora cəmiyyətlərimiz var. Bu cəmiyyətlərin də əksəriyyətinin saytları mövcuddur. Gördükləri işlər barəsində də həmin saytlara yerləşdirirlər. Bu gün Azərbaycanın özündə də Diaspor Jurnalistlər Birliyi fəaliyyət göstərir. Bunların saytında da istənilən məlumatlar var. Sadəcə bu saytların populyarlıq baxımından problemləri var. Sayta nə qədər izləyici daxil olur. Bu əsas məsələdir. Biz güclü populyar saytlar yaratmalıyıq ki, dünya ictimaiyyəti daha çox daxil olsun. İlk öncə ingilis, rus, fransız və başqa beynəlxalq dilləri bilən jurnalistlərə ehtiyacımız var. Həmin dillərdə məlumatlar yerləşdirilməlidir ki, başqa dövlətlərdən olan insanlar da sayta daxil olsun. Bizim informasiyalarımızın əksəriyyəti Azərbaycan dilindədir. Yəni özümüz deyir, özümüz eşidirik. Çalışmalıyıq ki, saytlarımız başqa dilləri bilən jurnalistləri cəlb etməliyik. Xarici dilləri bilən jurnalistləri, diaspor fəallarını yetişdirməliyik ki, yaşadıqları ölkələrdə həmin dillərdə təbliğatlarını apara bilsinlər.

- Diasporamıza ayrılan maliyyə yetərlidirmi?

- Neftin qiyməti baha olan zaman xaricdə olan diaspor təşkilatlarına Azərbaycan hökuməti tərəfindən maliyyə daha çox ayrılırdı. O ki, neftin qiyməti düşdü diaspora təşkilatlarına ayrılan vəsait də azaldı. Amma bu gün vəziyyət düzəlir. Ölkəmizin iqtisadi qüdrəti artıqca diasporamıza ayrılan vəsait də artacaq.

- ABŞ-ın İranla, Türkiyə ilə münasibəti getdikcə gərginləşir. Bu gərginliyin Azərbaycanın Türkiyə, İran və ABŞ-la münasibətlərinə necə təsir göstərə bilər?

- Biz türk dilli müsəlman dövlətik. Xarici siyasətimizin əsasını türk dilli və müsəlman ölkələrlə əlaqə təşkil edir. Eyni zamanda dünya birliyi ilə dostluq və əməkdaşlıq xarici siyasətimiz əsas hissəsidir. Bilirsiniz ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması, ərazilərimizin 20 faizi işğal altında olmasına ilk etiraz bəyanətını İslam Əməkdaşlıq Təşkilatına üzv olan müsəlman dövlətləri verib.

Tramp Qüdsü İsrailin paytaxtı elan etdi. Biz də müəlman ölkəsi olaraq İslam dövlətlərin səsinə səs verdik. Bu münasibəti ilə Türkiyədə İslam dövlətlərinin toplantısı keçirildi. Azərbaycan prezidenti iştirak edərək mövqeyimizi bəyan elədi. Eyni zamanda ABŞ-ın prezidentinin bəyan etdiyi fikirin də yalnış olduğu bildirildi. Təbii ki, bəzi məsələlərdə mövqe ortaya qoyulduqda bəzi dövlətlərin xoşuna gəlməyə bilər. O ölkələrdə zamanla Azərbaycanın mövqeyinin düzgün olduğunu dərk edəcək.

- Tramp Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi tanıya bilərmi?

- ABŞ-la Azərbaycan arasında sıx münasibətlər və strateji müqavilələr bağlanılıb. Hələ ulu öndərimiz Heydər Əliyev Amerikaya səfər etdiyi zaman Azərbaycanın ərazi bütövlüyü tanındığı və bu məsələ də ölkəmizə dəstək olacaqları bəyan etmişdilər. Əsrin müqaviləsi zamanı bir çox Amerika şirkətləri iştirak etmiş və Azərbaycana investisiya qoymuşdular. Bundan əlavə Amerika ATƏT-in Minsk Qrupuna üzv dövlətlərdən biridir. Belə halda Dağlıq Qarabağ məsələsində bizim ərazi bütövlüyümüzün pozulmasına və suverenliyimizə xələl gətirəcək addım atmaz. BMT-nin qətnamələrində də ərazi bütövlüyümüz və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiq olunub. Belə olan halda nəinki ABŞ-ın hər hansı bir dövlətin belə bir addım atması qeyri mümkündür.

-ATƏT-in və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gördüyü işlər sizi qane edirmi?

- Bəzi məsələlərdə ATƏT-in işini qənaətbəxş etmək olar. Amma onların ikili standart yürütməkləri danılmazdır. Bir çox dövlətlər Krımın Ukraynanın ayrılmaz hissəsi olduğunu açıqdan açığa bəyan etsələr də Dağlıq Qarabağın Azərbaycanın olduğunu bəyan etmirlər. Bu ATƏT-in Mink Qrupunun, Avropa Birliyinə üzv dövlətlərin bəyanatlarında da özünü göstərir. Düzdü onlar ümumi şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək olduqlarını bildirirlər. Lakin Ermənistanın xoşuna gəlsin deyə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu demirlər. Buna da ikili standart deyilir.

- Burada din faktoru rol oynayırmı?

- Xeyir. Sadəcə istəyirlər ki, Azərbaycan onların dediyi formada siyasət yürütsün. Yalnız o zaman həqiqətləri dillərinə gətirmək istəyirlər. Bilirsiniz ki, Azərbaycan müstəqil dövlətdir. Regionda müstəqil siyət yürüdür. Bizdən gözlədiklərini əldə edə bilmədikdə ürəklərindəki həqiqətləri dilə gətirmirlər.

- Demək olarmı ki, beynəlxalq təşkilatların bu ikili münasibəti erməniləri daha ürəkləndirir və cəbhə boyunca təxribatlarının davam etməsinə səbəb olur?

- Hesab edirəm ki, bu ikili standart da cəbhə boyunca ermənilərin təxribatlarına qismən təsir göstərir. Ancaq bu gün Ermənistanın arxasında müəyyən güc dövlətləri durur. Bu dövlətlər də Ermənistanı idarə edir. Çünki Ermənsitan müstəqil xarici siyasət yürüdə bilmir. Bir çox xarici dövlətlərin iradəsi əsasında fəaliyyət göstərir. Bəzən danışıqlar zamanı Ermənistan güzəştə getmək istəyir amma müxtəlif xarici təsirlərin nəticəsində onlar danışıqları pozur.

- Bilirsiniz bu il Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının namizədi bəllidirmi?

- Prezident seçkilərinə hələ xeyli zaman var. Seçkilər elan olunduqdan sonra kompaniyalar başlayacaq. YAP-ın prezident seçkiləri ilə bağlı qurultayı keçiriləcək. Həmin qurultayda YAP-ın namizədi bəlli olacaq.

Aysel Yusifqızı

Fotolar: Pərviz Həşimi

Qafar Əliyev: "YAP-ın prezident seçkiləri ilə bağlı qurultayı keçiriləcək" - MÜSAHİBƏQafar Əliyev: "YAP-ın prezident seçkiləri ilə bağlı qurultayı keçiriləcək" - MÜSAHİBƏQafar Əliyev: "YAP-ın prezident seçkiləri ilə bağlı qurultayı keçiriləcək" - MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2998   Tarix: 09 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aqil Acalov:"Bizdə idmana sponsorluq etmək mədəniyyəti inkişaf etməyib" -VİDEOMÜSAHİBƏ

"İdmanın inkişafı sırf dövlətdən asılı deyil. İş adamlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, bizdə idmana sponsorluq etmək mədəniyyəti bir o qədər də güclü inkişaf etməyib. İdman yarışlarının təşkil olunması üçün çox böyük məbləğ tələb olunur". Bu sözləri Azərbaycan Braziliya Ciu-Cits

25.01.2024 1204
.

Meyxanaçı yoxsa iş adamı? - Aqşin Fatehdən maraqlı AÇIQLAMALAR - VİDEOMÜSAHİBƏ

İş adamı kimi fəaliyyətini davam etdirən meyxanaçı Aqşin Fateh restoranının ikinci filialının açılışını edib. Tanınmış meyxanaçı BİG.AZ-a özəl açıqlamalar verib. Müxbirimizin suallarını cavablandıran Fateh şəxsi iş fəaliyyətindən danışaraq, meyxana aləmini tərk etmək fikrində olmadığını vurğulayıb. Dah

03.03.2022 6358
.

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR

Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il 27 sentyabr anım günü kimi qeyd ediləcək. Belə bir günd

27.09.2021 21217
.

BiG.AZ saytı necə quruldu? 19 illik inkişaf yolu Namik Abdullayev

saytının qurucusu, Online Biznes üzrə ekspert Namik Abdullayev "Bizneskar" YouTube kanalında qonaq olub. Müsahibəni Namik Abdullayevdən Fuad Muxtarov götürür

05.08.2023 2645
.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

05.05.2022 5668
.

Məşhur türk serialında çəkilən rejissorumuzla VİDEOMÜSAHİBƏ

"Rejissor, ssenarist, aktyor - mənim üçün bunlar bir vəhdət təşkil edir". Bu sözləri -a müsahibəsində kinorejissor, ssenarist, aktyor Natiq Axund deyib. Rejissor izləyicilərimizə qısametrajlı filmlərindən, İstanbulda yaşamasından, Türkiyənin məşhur "Savaşçı" filminə dəvətindən v

10.03.2022 6725
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

09.03.2023 4327
.

Tərlan Novxanı necə məşhurlaşdı? - Meyxanaçı ilə səmimi VİDEOMÜSAHİBƏ

"Təyyarəyə minəndə özlüyümdə düşündüm: "Tərlan, daha nağıl bitdi. Bu sözləri BİG.AZ-a müsahibəsində məşhur meyxanaçı Tərlan Novxanı deyib. Meyxanaçı izləyicilərimizə sənət yolundan, Özbəkistandakı məşhur konsertindən və şəxsi həyatından danışıb. O bildirib ki, irəli getmək üçün istedad tə

12.02.2022 7245