Mübariz Mənsimovdan mərhum aktrisanın ailəsinə BÖYÜK JEST

Mübariz Mənsimovdan mərhum aktrisanın ailəsinə BÖYÜK JESTXanım Qafarovanın ailəsinə yeni mənzil hədiyyə olunub.

BiG.AZ xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə azərbaycanlı iş adamı, Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov aktrisanın yararsız şəraitdə yaşayan ailəsinin – qızının və anasının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlara şəhərin mərkəzində mənzil hədiyyə edib:

"Mərdlik, səxavət hər imkanlı insana xas olan dəyər deyil. Təşəkkür edirəm Mübariz müəllim(Palmali Şirkətlər Qrupunun Prezidenti) Xanım Qafarovanın qızını mənzil hədiyyənizlə sevindirdiyiniz üçün.
Mərhum aktrisamız Xanım Qafarovanın kiçik yaşlı balası, yaşlı nənəsi ilə çox ağır mənzil şəraitində yaşayırdı. Balaca bir qarajda, nəm-rütubət içərisində yaşamaq çox dəhşətli idi. Hər ay baş çəkirəm bu ailəyə .Əlimizdən gələn dəstəyi göstəririk, amma mənzillə kömək imkanlarımız olmadığından bir çox şirkətlərimizə, iş adamlarına müraciət etdim ki, bu ailəyə kiçik də olsa bir mənzillə dəstək olsunlar. Amma dəstək olmaq istəyən olmurdu. Nəhayət Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz müəllimə xahiş etdim bu ailəyə mənzillə kömək olunsun deyə.Həmin dəqiqə müsbət cavab verməsinə özüm də bir anlıq inana bilmədim. "Qənirə xanım qazandıqlarımızın zəkatını vermək bizim borcumuzdur. Əgər siz deyirsinizsə ki, nənəsinin himayəsində qalmış acınacaqlı mənzil şəraitində yaşayan Gövhərə dəstək lazımdır, ona mənzili biz hədiyyə edərik. Bir azərbaycanlı balamıza dəstəkdən gözəl nə ola bilər. Bu günə qədər əlimizdən gələni millətimizin övladlarına əsirgəməmişik, indi də nə lazımdır edəcəyik". Açığı bu cavabı eşidəndə çox duyğulandım. Necə təşəkkür etdiyimi də o həyəcanın təsirindən etdiyimi xatırlamıram. Bir az əvvəl də danışdıq Mübariz müəllimlə. Mübariz müəllim balaca Gövhərə evi hədiyyə etdiyini dedi və bildirdi ki 20-gün içərisində evin içərisi tam hazır olacaq və Gövhər nənəsi ilə yeni mənzildə xoşbəxt böyüyəcək". Uşaq kimi sevinirəm. Sanki o ev mənim övladıma hədiyyə edilmiş qədər sevinirəm. Mübarizə müəllimə çox təşəkkür edirəm ki, hər zaman olduğu kimi yenə də mərdliyini, millətini sözdə deyil, əməldə sevənlərdən olduğunu bir daha göstərdiyi üçün. Gövhərgilə evlə kömək edilməsi üçün bir çox şirkətlərə müraciət etmişdim və bunu etmək onların gücündə olsa da etməmişdilər. Demək ki mərdlik, səxavət varla, dövlətlə olmur. Bu bir xarakterdir. Mübariz müəllim hər zaman Türkiyədə ona üz tutan, çətin vəziyyətdə qalan tələbələrlə, xəstələrə əl tutub və hər kəs onun necə bir xeyirxah insan olduğunu bilir. Balaca Gövhərə dəstək olması da ümid edirəm ki, bir çox iş adamlarına, şirkətlərə örnək olacaq. Allah əvəzini versin və təşəkkürlər Mübariz müəllim.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2431   Tarix: 08 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 660
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 479
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 445
.

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir". Bununla bağlı -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnoz

18.04.2024 1542
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 264
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 288
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

14:17 0
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 500
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 291