ABŞ "Erməni soyqırımı"nı tanıya bilərmi? - Millət vəkili AÇIQLADI

ABŞ "Erməni soyqırımı"nı tanıya bilərmi? - Millət vəkili AÇIQLADI"Donald Trampın çıxışlarında müəyyən müsəlman dövlətlərinə qarşı nifrət hiss olunur".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, bu o demək deyil ki, ABŞ bütövlükdə müsəlman dünyasına qarşı çıxır:

"Ümumiyyətlə götürüldükdə ABŞ əsasən neftlə zəngin və təhsilin səviyyəsi aşağı olan, təxribat yolu ilə asanlıqla alışdırıla bilən ölkələrdə sözünü deyir. Azərbaycan isə sivil ölkədir və dünyaya sivil gözlə baxır, beynəlxalq siyasətini çox ustalıqla balanslaşdırır, neft sənəyeysinə milyardlarla dollar xarici sərmayə cəlb edilib. Ona görə də ABŞ üçün Azərbaycanda sabit mühitin olması daha sərf edir və düşünürəm ki, ABŞ Azərbaycana qarşı hər hansı çıxış etməz. Azərbaycanın ərazi bütövlüyünü ABŞ və dünyanın ən güclü ölkələri tanıyır və dəstəkləyir. Azərbaycan Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında yaradılmış ATƏT-in həmsədrlərindən birisi də ABŞ-dır. Onu da qeyd etmək istəyirəm ki, ABŞ-ın Azərbaycana münasibəti və siyasəti çoxdan müəyyənləşib. Bu, inkişaf etmiş Azərbaycanı görmək və onunla strateji tərəfdaş kimi münasibətlər qurmaqdan ibarətdir".

Azər Badamov vurğulayıb ki, ABŞ-ın Türkiyə ilə münasibətində müəyyən soyuqluq yaranıb. "Düşünürəm ki, bu da Türkiyənin Rusiya ilə yaxınlaşmasından irəli gəlir. İŞİD-ə qarşı mübarizədə Türkiyə Rusiya ilə razılığa gələrək eyni məqsəddən çıxış edirlər. Türkiyə Rusyadan müasir hava hücümündan müdafiə sistemləri almaq haqqnda razılığa gəlib. Bütün bunları da ABŞ qəbul edə bilmir və Türkiyəyə dolayısı yolla müəyyən mesajlar ötürür. Amma bütün bunlara baxmayaraq Türkiyə ABŞ-la NATO-da eyni təşkilatın üzvüləridirlər. Həm də Türkiyə güclü iqtisadiyyata malik və qanunların hakim olduğu Avropa yönümlü ölkədir. Ona görə də düşünürəm ki, ABŞ-ın Türkiyə ilə üzdə görünən tərəfdə soyuq davranışı müşahidə olunsa da altda bir-birini dəstəkləyir və heç vaxt Erməni soyqırımını tanımaz. Erməni soyqırımının tanınması məsələsi isə ABŞ-ın əlində sadəcə Türkiyəyə təsir vasitəsidir və zaman-zaman qabartmaqla Türkiyənin siyasətini özlərinin siyasətinə uyğunlaşdırmaq istəyindən irəli gəlir".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 814   Tarix: 08 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789