"Dedi ki, gəl gecənə 50 manat verim" - Qar qız libasında təmizlikçi, soyuqdan donan Şaxta baba - FOT

"Dedi ki, gəl gecənə 50 manat verim" - Qar qız libasında təmizlikçi, soyuqdan donan Şaxta baba - FOTBiG.AZ yenicag.az-ın Yeni il reportajını təqdim edir:

Nə danım, Yeni ili sevirəm. Uşaqlığımın ən unudulmaz bayramıdır. Bizim evdə küknar ağacını atam bəzəyərdi. Özü də mənim adıma aldığı "nemeçski" oyuncaqlarla... Anam səliqə ilə o oyuncaqları pambığa bükər, növbəti il üçün qoruyardı. Qış tətilini də böyük səbirsizliklə gözləyərdik. Çünki bilirdik ki, atam evdə olan bizi - 5 uşağını "yolkaya" aparacaq. Zabitlər Evinin birinci mərtəbəsində qurulan o nəhəng küknar ağacı, iricüssəli Şaxta Baba və nərmənazik Qar qız uzun illər mənim qış nağılımın qəhrəmanları oldular. Düzdür, onların həqiqi olmadığını bilirdim, amma yenə də " Şaxta baba qış baba, gəldi qocalmış baba" kəlmələrini böyük bir həyəcanla deyirdim. Şaxta Baba və Qar qızla şəkil çəkdirmək isə vacib idi. Anam bizim böyüməyimizi bu şəkillərlə ölçürdü. Və ən sonda.... hədiyyə. İlahi, sovet dövrünün uşağı üçün o kiçik karton qutunun o qədər böyük dəyəri vardı ki... Hətta onun içindən çıxan qurdlanmış irislər və kojik olsaydı da belə... Kim nə deyir desin, o bir başqa hiss idi və bunu həmin anın sevincini yaşamış uşaqlar yaxşı bilir.

İllər ötüb keçdi, dəyərlər başqalaşdı, sevinclər adiləşdi... Bu gün bizə - sovet uşaqlarına maraqlı və fərqli görünən çox şey tamam başqadır. Bu gün hər şey mobildir, kreativdir. Bir vaxtlar Bakıda ancaq bir-iki bəzəkli küknar ağacı qurulurdusa, bu gün şəhərin müxtəlif yerlərində bu Yeni il atributlarını görmək mümkündür. Yeni il atributlarından söz düşmüşkən, heç Şaxta Baba və Qar qızı unutmaq olarmı? Əsla.

Ev işləri görən Qar nənə, dəllək Şaxta oğlan

Düz 5 gündür ki, paytaxt sakinləri və şəhərimizin qonaqları Yeni ilin dadını çıxardırlar. Tətil fürsətindən istifadə edən valideynlər övladlarını Yeni il şənliklərinə aparır, gəzintiyə çıxarır, karusellərə mindirir. Şəkil çəkdirmək də öz yerində... Amma... məsələnin əmması odur ki, şəhərdə olduğum bir-neçə gün ərzində çox az adamın Şaxta Baba və Qar qızla şəkil çəkdirdiyinin şahidi oldum. Bununsa öz səbəbi vardı: Yeni ilin atributları ilə şəkil çəkdirmək 1 manat idi ki, bunu da valideynlərin çoxu ödəmək istəmirdi. Hətta bunu kobud şəkildə dilə gətirən ananı da gördüm. Fəvvarələr Meydanında qurulmuş Yeni il küknarının qarşısındakı Qar qızla, pardon, Qar "nənə" ilə şəkil çəkdirmək istəyən uşağa "şəkil 1 manatdır" deyəndə, o qəzəblə "sənin canın üçün" deyib, telefonunu çıkkıldatdı və beləcə, 1 manatı da cibində qaldı.

"Camaat kefdədir, biz isə burda soyuqdan donuruq"... Bu sözləri təsadüfən eşitdim. Azərbaycan kinoteatrının qarşısında qurulmuş Ağ ayı maketinin önündə duran Qar qız ( Qar nənə) soyuqdan donan əllərini ovxalayırdı. Yaxınlaşıb, salamlaşdım. "Səninlə şəkil çəkdirə bilərəmmi?", deyə soruşdum. "Üzügülər xanımsız, vallah utanıram da deməyə, amma gərək 1 manat verəsiniz, yoxsa, mənim gündəlik qonorarımı kəsəcəklər", dedi. 1 manat ödənildi və öyrəndim ki...

O, artıq neçə illərdir ki, bu ağ libası geyinib, düz 13 gün küçələrdə titrəyir. Necə deyərlər, stajlı Qar qızdır. Yaşı 30-35 arasında olan bu qadın evlərdə təmizlik işləri görür:

"Əvvəllər Sahil metrosunun yanında olan "yolka"nın yanında dururdum. Oranı günü 300 manata icarəyə götürmüşdülər. Orda az pul verirdilər. Günə heç 20 manat qazanmırdım. Bu ayını 5 gündür ki, icarəyə götürüblər. Bax, o adamın yeridir (başı ilə kənarda dayanan kişiyə işarə edir). Qiyməti də o qoyub. Kim bizimlə - Şaxta Baba və Qar qızla şəkil çəkdirmək istəyirsə, 1 manat verməlidir. Amma adamlar pul vermir. Yenə ümid turistlərədir. Sağ olsunlar, ərəblər olmasa, batarıq.

Müdir günümə 30 manat verir. Səhərdən axşama qədər soyuqda, eyni yerdə dayanmaq hər adamın işi deyil. Altdan 6 kofta geymişəm, yenə titrəyirəm. İnsan gərək vaxtında oxuya, təhsil ala. Yenə yaxşı ki ildə bir dəfə bu iş olur. Bəzənib-düzənib, ağ paltar geyinirəm, adam içinə çıxıram. Amma deyim ki, sataşanlar, söz atanlar, nömrə verənlər, hətta otelə dəvət edənlər də olur. Biri o gün dedi ki, gedək mənimlə bir gecənə 50 manat verirəm. Söyüb qovdum. Burda dayanmışamsa, o demək deyil ki, namusum yoxdur".

"Mən o kişidən qorxuram"

Söhbət əsnasında diqqətimi kənarda dayanıb, siqaret çəkən Şaxta babalar cəlb edir. "Perekur"dan qayıdan "babalar" yoldan keçənləri Ağ ayının yanına dəvət edirlər.

"Gündə neçə uşaqla şəkil çəkdirirsiz?", sualım pambıq qaşları alnında dayanan, qaraqaşlı Şaxta Babayadır.

"5-10 nəfər olur", dedi.

Təəccübləndim, rəqəm çox az idi.

- Valideynlər simiclik edir. 1 manata da qıymırlar .

- Bəlkə səbəb başqadır, sizi Şaxta Babaya bənzətmirlər, ona görə?...

Zarafata salır...

- Arığam da... O boyda yol gəlmişəm, mən Şaxta Babada can qalar. Heç olmasa arada banandan-zaddan da alıb vermirlər ki, özümə gəlim.

- Günə nə qədər qonorar alırsan?

- 20 manat. Buna (yanındakı Qar qızı göstərir) bir az çox verirlər. Çünki o durduğu yerindən tərpənmir. Biz isə yenə bir az gəzişirik, siqaret çəkirik. Düz 5 gündür ki, burdayam. Deyim ki, ilk təcrübəmdir. Heç vaxt Şaxta Baba olmamışam. Əziyyətli işdir, adam soyuqdan donur. Onu da deyim ki, çox utanıram. Çünki bu gün bir uşaq dedi ki, Şaxta Baba bəs sən mənə nə hədiyyə verirsən? Cibimdə bir şüşə konfet də olmadı ki, uşağa verim. Kisəm boşdur, neynim... Hələ 7 gün də burdayıq. Ondan sonrasa yenə həmişəki güzəran...

- Nə ilə məşğulsan?

- Dəlləyəm. Saç qırxıram. Ondan əvvəlsə fəhlə idim. Neynim, ailəni dolandırmaq lazımdır, ya yox? Evdə də balaca oğlum var. Hərdən deyirəm ki, kaş həqiqi Şaxta Baba olaydım, onun üçün şahzadələrə layiq həyat qurardım. Neynim, əlimdən gələn budur.

Qəhrəmanlarımı çox söhbətə tutmaq istəmirəm. Axı kiminlə söhbət etdiklərini bilmirlər. Bilsələr, danışmazdılar yəqin ki... Bu əsnada iki uşaqlı balacaboy bir qadın yaxınlaşır. Salamlaşır. "Oğlum, gəl Şaxta Baba ilə şəkil çəkdir", deyir. Uşaq isə qaraqaşlı, arıq Şaxta Babaya baxaraq, ancaq bir söz deyir: "Mən o kişidən qorxuram".

"Dedi ki, gəl gecənə 50 manat verim" - Qar qız libasında təmizlikçi, soyuqdan donan Şaxta baba - FOT"Dedi ki, gəl gecənə 50 manat verim" - Qar qız libasında təmizlikçi, soyuqdan donan Şaxta baba - FOT"Dedi ki, gəl gecənə 50 manat verim" - Qar qız libasında təmizlikçi, soyuqdan donan Şaxta baba - FOT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1979   Tarix: 01 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459