61 yaşlı kişi 12 yaşlı uşağa evinə saldı, soyundurdu və... - Şirvanda İYRƏNC OLAY

61 yaşlı kişi 12 yaşlı uşağa evinə saldı, soyundurdu və... - Şirvanda İYRƏNC OLAYŞirvan şəhərində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1956-cı il təvəllüdlü Yusif Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yusif Cavadov Neftçala rayonunda doğulub və sonradan işi ilə bağlı Şirvan şəhərinə köçüb. Şirvan şəhərində işləyən Yusif Cavadov cinayəti törədən zaman təqaüdçü olub.

Azyaşlıya seksual hərəkət

İttihama görə, Yusif Cavadov 2004-cü il təvəllüdlü Adil Babayevə (ad və soyad şərtidir - red.) qarşı seksual xarakterli hərəkətlər edib. O, azyaşlını aldadaraq Şirvan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən "Cihazlar zavodu"nun yataqxanasında olan öz yaşadığı evə çağırıb.

Yusif Cavadov həmin evdə 2016-cı ilin dekabr ayı ərzində müxtəlif vaxtlarda iki dəfə öz cinsi ehtirasını təmin etmək məqsədilə Adil Babayevə qarşı seksual xarakterli hərəkətlər edib.

Seksual manyakın həbsi

Adil Babayevin anası baş verən hadisə ilə bağlı Şirvan şəhər polis şöbəsinə şikayət ünvanlayıb. O bildirib ki, qonşuluqda yaşayan Yusif adlı şəxs onun azyaşlı oğluna qarşı seksual xarakterli hərəkətlər edib. Qadının şikayəti əsasında Yusif Cavadov həbs olunub.

Yusif Cavadovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan olunub. Başlanmış cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Dükandan onun dediklərini almışam"

Zərərçəkmiş şəxs qismində ifadə verən Adil Babayev deyib ki, doğulandan Şirvan şəhərində yaşayır və hazırda "Cihazlar" zavodunun yataqxanasında olan evdə anası Arifə (zərərçəkmişin yaxınlarının adları şərti verilib – red.) ilə birlikdə qalır: "Anam işdə olanda xalam bizim mənzilimizdə qalıb. Yusif Cavadovu tanıyıram. O, yaşadığımız binanın ikinci blokun, birinci mərtəbəsində olan evdə arvadı ilə birlikdə yaşayır. Yusif Cavadov evində tək olan vaxtlar dəfələrlə məndən xahiş edib ki, dükandan onun üçün çörək və digər ərzaq məhsulları alım. Yusifin yaşlı adam olmasını nəzərə alaraq dükandan onun dediklərin almışam".

"Mənə qarşı pis hərəkətlər etdi"

Adil Babayevin sözlərinə görə, bir dəfə də binanın yaxınlığında olan köhnə yarıtikilidən Yusifin xahişi ilə kərpic daşlarını Yusifin evinin içərisinə daşıyıb, Yusif də buna görə ona pul verib: "Bir dəfə yoldaşı harasa getdiyindən Yusif evdə tək olub. Həmin vaxt Yusif məni evinə çağırdı və mənimlə pis hərəkətlər etdi".

"Anamdan qorxmuşam"

Zərərçəkmiş qeyd edib ki, Yusif Cavadov onun əynində olan paltarlarını soyundurub və ona qarşı əxlaqsız hərəkətlər törədib: "Həmin vaxt Yusifə müqavimət göstərsəm də, ona gücüm çatmayıb. Ona heç nə edə bilmədim. Yusif mənə qarşı pis hərəkətlərini edərək itirəndən sonra evizimə qaçdım. Bu hadisə barədə anama qorxumdan bir söz demədim. Yəni anamın məni döyəcəyindən qorxmuşam".

"Yusif çox xahiş etdi ki..."

Adil Babayev qeyd edib ki, bu hadisədən 4-5 gün sonra binanın həyətində uşaqlarla oynayan vaxt Yusif onu görüb və yanına çağırıb: "Yusif mənə "acından ölürəm, dükana get, mənim üçün çörək al", - deyə bildirdi. Lakin mən getmək istəmədim. Yusif çox xahiş etdi, yalvardığı üçün dükana gedərək ona çörək aldım. Dükandan aldığım çörəyi gətirək Yusifə verdim".

"Ağrılardan hərəkət edə bilməmişəm"

Zərərçəkmişin ifadəsinə görə, bundan sonra ikinci dəfə Yusif yenə də evlərində ona qarşı pis, əxlaqsız hərəkətlər edib: "Yusif bir əli ilə ağzımdan tutdu, digər əli ilə paltarlarımı soyunduraraq məni zorladı. Yusif məni incitməklə, 5-6 dəqiqə pis hərəkətlərini sürdürdü. Sonra Yusif bildirdi ki, etidyi hərəkətlər barədə heç kimə xəbər veməyim. Yusif Cavadovun mənə qarşı etdiyi pis hərəkətlərdən sonra 4-5 gün bədənimdə ağrıları oldu, həmin ağrılardan hərəkət edə bilməmişəm, əziyyət çəkmişəm".

"Ona yazığım gəldiyi üçün..."

Zərərçəkmiş bildirib ki, bu hadisə barədə anasına xəbər verəndən sonra polisə gedərək Yusifdən şikayət veriblər: "Mənim Yusifə qarşı hər hansı bir acığım və ya düşmənçiliyim yoxdur. Yusifin xəstə olmasını bilməmişəm. Yusif evində yavaş yeriməyib, möhkəm və böyük addımlarla yeriyib, özü paltarlarımı çıxarıb və əli ilə ağzımı tutub. Yusif bilərəkdən özünü xəstə kimi aparır. İkinci dəfə Yusif onu çağıranda ona yazığım gəldiyi üçün dükandan çörək alaraq evinə getmişəm".

Zərərçəkmişin ifadəsinə görə, 2016-cı ilin dekabr ayında Yusif ona qarşı pis hərəkətlər edib: "Yusifdən başqa Əkbər, Təlim və adını bilmədiyim şəxslər də mənə qarşı pis hərəkətlər törədiblər. Təqsirləndirilən şəxs Yusif Cavadova qanun tələbinə əsasən caza verilməsini xahiş edirəm".

9 il 6 ay cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Cavadov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Yusif Cavadov apelyasiya şikayəti verib.

O, şikayətində göstərib ki, birinci instansiya məhkəməsinin hökmündən narazıdır. Y.Cavadov işinə yenidən baxılmasını, apelyasiya şikayətinin təmin edilməsini xahiş edib.

Yusif Cavadovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərarı açıqlayıb. Qərara görə, Yusif Cavadovun apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5420   Tarix: 06 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

14:43 49
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 660
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 466
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 583
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 207
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 318
.

Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...

Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni

10:11 290