Ermənistanda polis jurnalistləri döyür, təhqir edir: Söz azadlığı dəyənək altında

Ermənistanda polis jurnalistləri döyür, təhqir edir: Söz azadlığı dəyənək altındaErmənistanda jurnalistlərə qarşı zorakılıq faktları getdikcə artır. Statistik məlumatlar göstərir ki, jurnalistlərə qarşı zorakılıq halları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən lazımi cəzalar tətbiq edilmir.

Ermənistanda ötən il aprelin 2-də parlament seçkiləri zamanı jurnalistlərə qarşı 2 fiziki zorakılıq və 9 təzyiqetmə faktı qeydə alınıb.

Mayın 14-də isə Yerevanda mer seçkiləri zamanı jurnalistlərə qarşı 3 zorakılıq halı, ümumilikdə 7 fakt baş verib.

Ümumilikdə Ermənistanda 21 zorakılıq faktından yalnız 6-sı ilə bağlı cinayət işi açılıb. 4 fakt üzrə cinayət işinə xitam verilib.

Ötən il işğalçı ölkədə jurnalistlərin peşə vəzifəsinin yerinə yetirilməsinə maneçilik törətməklə müşayiət olunan 25 fakt qeydə alınıb, 11 iş məhkəməyə göndərilib. Məlum hadisələrdə 19 nəfərin adı hallanıb.

"Söz azadlığının müdafiəsi komitəsinin" sədri Aşot Məlikyan bildirib ki, məhkəmə işləri imitasiya xarakteri daşıyır.

Media eksperti Lilit Hovhanisyanın sözlərinə görə, jurnalistin peşə vəzifəsini yerinə yetirən zaman maneçilik törədilirsə, bir qayda olaraq ya cinayət işi qaldırılmır, ya da iş açılsa belə "cinayət tərkibi olmadığına" görə xitam verilir.

Qeyd edilib ki, Saritağ adlanan məhəllədə baş verən hadisələrdə 19 jurnalist zorakılığa məruz qalıb. Onlardan yalnız "Armeniya" televiziyasının kamerasını sındıran və operatora hücum edənlərdən 4 nəfər 1 il müddətinə həbs edilib.

Polis alayında baş verən üsyan zamanı kamerası sındırılan və döyülən operatorun işlədiyi "Armeniya" televiziyası Sarkisyanın yeznəsi və Vatikandakı Ermənistanın səfiri olan Mikayel Minasyana məxsus "Panarmenian" media holdinq qrupuna daxildir. Bu fakt üzrə günahkar şəxslər çox qısa zamanda aşkar edilib və cəzalandırılıb.

29 iyul 2016-cı ildə baş vermiş polis alayındakı hadisələr zamanı xəsarət alan və zorakılığa məruz qalan digər jurnlistlərin hüquqları qorunmayıb. Keçən il yarım ərzində cəmi 4 hökm çıxarılıb, günahkar şəxslər 50-200 dram cərimələnib. "1in.am" saytının operatorunu döyən şəxs isə 1 il şərti cəzaya məhkum edilib.

"Söz azadlığı" komitəsinin məlumatına görə, iyul hadisələrində 27 jurnalist və operator polis zorakılığına məruz qalıb. İyul ayında Saritağ məhəlləsində polis alayında baş verən hadisələr zamanı polisin tətbiq etdiyi xüsusi vasitələrdən yanıq xəsarətləri alan jurnalist Robert Ananyan bildirib ki, bu hadisə ilə əlaqədar yalnız cinayət işi qaldırılıb.

Polislərin hansı maşından düşdüyü və necə onlara hücum etdiyi kameralara düşüb. Ancaq cinayət işi qaldırılmayıb və ehtimal ki, heç qaldırılmayacaq.

"Ən yaxşı halda yuxumuzda belə hansısa cinayətkar polisin cəzalandırldığını görməyəcəyik. Saritağ məhəlləsində və 2015-ci ildə prezident iqamətgahı qarşısında zorakılıqlara rəhbərlik edən Levon Yeranosyan Ermənistanın polis rəisinin müavini vəzifəsindədir. Keçən ilin sonunda isə birbaşa prezidentdən vətənə xidmətlərinə görə medal alıb".

Məlumata görə, Ermənistanda ötən il 27 jurnalist vəzifə borcunu yerinə yetirərkən zorakılığa məruz qalıb. Bunlardan 21 nəfər zərərçəkən şəxs kimi tanınıb. 4 nəfər barədə cinayət işi məhkəməyə göndərilib.

Ekspert Məlikyanın sözlərinə görə, polislərin vəzifə səlahiyyətlərini aşması, xüsusi vasitələrlə jurnalistlərə qarşı zor tətbiq etdiklərini göstərən çoxsaylı videogörüntülər mövcuddur. Bütün bunlara baxmayaraq, cəza tədbirləri görülmür.(azvision.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 573   Tarix: 06 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459