Bölgədə vəziyyət gərginləşəcək: Tramp İranla imzalanan razılaşmadan imtina edə bilər

Bölgədə vəziyyət gərginləşəcək: Tramp İranla imzalanan razılaşmadan imtina edə bilər"Son dövrlər ABŞ-ın xarici siyasətində çox ciddi dönüşlər baş verir".

Bunu BiG.AZ-a politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu qeyd edib ki, Qüdslə bağlı qərar da bunu göstərir: "Əslində bu məsələdə Amerika əvvəllər vasitəçi rolunu oynayıb. Amma bu gün birtərəfli olaraq İsraili dəstəkləyir. Eləcə də ABŞ-ın İranla da münasibəti dəyişdi. Barak Obama İranla nüvə məsələsini həll etdi. İrana qarşı sanksiyalar yumşalmalıydı. Tramp gələndən sonra bu siyasət də dəyişdi. Bildirdi ki, Obamanın bu qərarı yalnışdır. Son hadisələri nəzərdən keçirsək görərik ki, Trampın bu siyasəti ABŞ siyasi elitasında anlaşılandı. İranda insanlar sosial problemlərə görə küçəyə axışdı. Deməli orada iqtisadi vəziyyət ağırdı. Bundan əlavə Amerika nüvə məsələsini yenidən gündəmə gətirdi. Hətta yaxın gələcəkdə Tramp Obamanın İranla imzaladığı razılaşmadan da imtina edə bilər. Bu əlbəttə bölgədə də vəziyyəti gərginləşdirəcək. Hətta bölgələrdəki müttəfiqlərlə də münasibətlərdə də suallar yaranıb. Türkiyə ilə ABŞ-ı müttəfiq dövlətlər adlandırmaq olmaz. Çünki Amerika Suriyadakı kürdlərə silah verdi. Fətullah Güləni Türkiyəyə qaytarmır. Ərdoğan bildirir ki, Amerika qanunları bizim üçün əhəmiyyətli deyil. Beynəlxalq hüququ Amerika tanımır, bizdə Amerika ilə əməkdaşlıqlığımıza yenidən baxacağıq. Amerikanın Pakistana da mövqeyi dəyişib. Pakistan əvvəl ABŞ-ın bölgədəki əsas tərəfdaşlarından idi. Yəqin ki, tezliklə Pakistana olan dəstəyini kəsib Hindistanla daha yaxın olacaq".

Politoloq onu da vurğulayıb ki, Amerikanın İranla və digər ölkələrlə bağlı qərarları Azərbaycanla münasibətinə o qədər də təsir etməməlidir. ABŞ-Azərbaycan münasibəti tamam fərqlidir. Amerika Azərbaycanla olan münasibətinə dəyər verir. Düzdü ABŞ-ın İranla münasibətinin gərginləşməsi və Türkiyə ilə soyuqluğun yaranması Azərbaycanda da izlənilir. Türkiyə Azərbaycanın strateji müttəfiqdir, İran qonşu dövlətdir. İranın daxildəki radikallar Azərbaycanı ABŞ-ın dostu kimi dəyərləndirəcək. Halbuki Azərbaycan heç vaxt Amerika ilə münasibətlərini 3-cü dövlətə yönəltməyəcək.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1603   Tarix: 06 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988