Bu il aprel hadisələri təkrarlana bilər: Onlar bu məyusluğun qisasını almağa çalışırlar - EKSPERT

Bu il aprel hadisələri təkrarlana bilər: Onlar bu məyusluğun qisasını almağa çalışırlar - EKSPERTErmənistan Silahlı Qüvvələri aprel məyusluqlarının qisasını hər il almağa çalışır və xüsusi günlərdə bu motivdə informasiyalar yayaraq Ermənistan xalqını təsəlliyə boğmaqla məşğuldurlar.

Yayılan informasiyalar içərisində Ermənistan Silahlı Qüvvələrinin 2018-ci ilin aprel ayına ciddi cəhdlə hazırlaşdıqları, bu ilin aprel ayında qisas almaq niyyətində olacaqları da yer alıb. Lakin "Mövqelərin təmas xəttində hərhansısa bir hərəkətlənmələrin olması mümkündürmü, əgər düşmən ordusu hərhansısa bir təxribata əl atarsa bunun qarşısı hansı şəkildə alınacaq" mövzusunda BiG.AZ-a danışan hərni ekspert Ramil Məmmədli düşmən ordusunun bu məyusluğun qisasını almaq niyyətində olduğunu və hər an təxribat hərələtlərinə əl ata biləcəklərini vurğulayb:

Bu il aprel hadisələri təkrarlana bilər: Onlar bu məyusluğun qisasını almağa çalışırlar - EKSPERT"Ermənistan xüsusi günlərdə qoşunların təmas xəttində gərginlik yaratması kimi bir tendensiyası var. Buna meyilli olduqları zaman-zaman özünü açıq biruzə verib. 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun düşmənə vurduğu ağır zərbə hər ilin aprel ayında onların xatirəsində qalacaq və heç vaxt silinməyəcək. Onlar uzun illər keçsə də aprel ayında o hadisələrin qisasını almağa cəhd edəcəklər. İstənilən halda Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində nəinki xüsusi gündə adi günlərdə belə nəzarəti əlində saxlayır və buna ciddi şəkildə yanaşır. Ermənilərin istənilən ani bir hərəkətinin cavabsız qalacağı heç şübhə doğurmur. Nə zamansa düşmən ordusu təxribata əl atarsa o zaman ordumuz tərəfindən layiqli cavabını alacaq və bu aprel hadisələrində ordumuzun onları məyus etdiyindən daha da təsirli olacaq.

Bu ilin aprel ayında düşmənlərin fəallaşmasının gözlənilən olması məsələsinə gəlincə isə bu hər zaman gözləniləndir. Nəinki aprel ayında, demək olar ki, hər gün təmas xəttində gərginlik yaşanır. Onlar hərhansısa bir üstünlük qazanmaq üçün hər gün dəridən qabıqdan çıxırlar. Aprel məyusluqlarını unutdurmağa çalışsalar da, dəfələrlə buna real cəhdlər etsələr də ordumuz tərəfindən bütün cəhdlərinin qarşısı alınıb və ağızları ovulub. Bu qarşıdurmanın geniş vüsət alacağı inandırıcı görünmür. Çünki vasitəçi ölkələr münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdırlar və bunun geniş vüsət alacağına imkan verməzlər və yaxın gələcək üçün perspektivli olacağını düşünmürəm. Amma hər bir halda nələrinsə olacağını da istisna etmirik. Hər an, hər şey ola bilər və proses məcrasından çıxa bilər".

BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1661   Tarix: 06 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

10:06 0
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27.03.2024 275
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27.03.2024 398
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

12:09 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

"Crocus"da onlarla insanı xilas edən azərbaycanlı: Rəylərdə haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar

Moskva vilayətində "Crocus City Hall" kompleksində terror zamanı qəhrəmanlıq göstərənlərdən biri də azərbaycanlı Kamil Nəsibov olub. 30 yaşlı Kamil binadakı "Şokoladnitsa" kafesində işləyib. Onun sözlərinə görə, iş gününün bitməsinə on dəqiqə qalmış Kamil həmkarını siqaret çəkməy

27.03.2024 507