Azərbaycanda qəyyumluğa uşaq götürənlərə ŞAD XƏBƏR

Azərbaycanda qəyyumluğa uşaq götürənlərə ŞAD XƏBƏRAzərbaycanda uşaqların qəyyumlarına sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi daha məqsədəuyğundur.

BiG.AZ xəbər verir ki, bu barədə Hesabalama Palatasının sosial müavinət, kompensasiya və təqaüd təminatının mövcud vəziyyətinin təhlili, əhalinin sosial müdafiə sistemində onun rolunun və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı aparılan analitik təhlilinə istinadən xəbər verir.

"Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa götürən şəxslərə dövlət tərəfindən zəruri sosial yardım göstərilməlidir. Bu baxımdan həmin uşaqların qəyyumlarına sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi daha düzgün olardı. Eyni zamanda, belə uşaqların qəyyumluğa götürülməsinin həvəsləndirilməsi uşaq müəssisələrinin maliyyə yükünün də azalmasına səbəb olacaq. Həmin müavinətin maliyyələşdirilməsi üçün tələb olunan əlavə vəsaiti uşaq müəssisələrinin saxlanılmasından qənaət ediləcək vəsaitlə kompensasiya etmək olar", - deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, "Uşaq hüquqları haqqında" qanunun 31-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir.

Statistik hesabatlara əsasən, 2015-ci və 2016-cı illərdə yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarının ümumi sayının 472 nəfərdən 437 nəfərədək, aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarının sayının 5 487 nəfərdən 2 628 nəfərədək azalması həmin kateqoriyadan olan şəxslərə təyin olunan sosial müavinətlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitdə öz əksini tam şəkildə tapmayıb.

"Həmin faktın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyə sənədlərinə əsasən araşdırılmasına ehtiyac duyulur", - deyə məlumatda qeyd olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1471   Tarix: 05 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24.04.2024 216
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 658
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1092
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 341
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 262
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 152
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 242