Rafael Cəbrayılov: "İslam dövlətinin qeyri-İslami siyasəti..."

Rafael Cəbrayılov: "İslam dövlətinin qeyri-İslami siyasəti...""Hər zaman İranın geosiyasi maraqları habelə dövlətin daxilindəki siyasi rejimi qoruyub saxlamaq üçün görülən tədbirlər İslamı dəyərləri üstələyib".

Bunu BiG.AZ-a açıqlamasında deputat Rafael Cəbrayılov deyib.

Rafael Cəbrayılov qeyd edib ki, İran İslam dövlətidir. "Hər hansı maraqların İslami dəyərləri üstələməsi qeyri-normaldır. Belə olmasaydı İran torpaqları Ermənistan tərəfindən işğal olunan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın yanında olardı. Ermənistanla ənməkdaşlıq etməzdi. Ermənistanın qüdrətlənməsinə hesablanan iqtisadi siyasət yürütməzdi. İran əhalisinin 40 faizi azərbaycanlılardır. Bu mütləq şəkildə nəzərə alınmalıdır. Amma İslam dövləti olaraq İranın Azərbaycanlılara qarşı münasibəti bəllidir. Azərbaycanlılara nisbətən sayının cuzi az olan ermənilərin İranda bağçadan tutmuş kütləvi informasiya vasitələrinə qədər bütün demokratik təsisatlara sahib olduqları halda bizimkilər öz milli dillərində evlərinin qapılarına adlarını yaza bilmirlər. Bir neçə il bundan qabaq mən Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini ziyarət etmişəm. Böyük dahi şəxsiyyət olan Məhəmmədhüseyn Şəhriyarın məqbərəsinə göstərilən münasibət çox şeyi deyir. Sadəcə Şəhriyarın məqbərəsini gözlə görmək lazımdı. Bu cür münasibətin olması belə normal deyil. Ona görə də İranda siyasi sabitlik heç də həmişəlik ola bilməz. Səbəbin nə olması önəmli deyil. Demokratik dövlət elə bir siyasət yürütməlidir ki, əhalisi o ölkənin vətəndaşı olmaqdan qürur duymalıdır. Bu gün azərbaycanlılar İran İslam dövlətinin vətəndaşı olmaqan qürur duymurlar. Bu baxımdan dövlət düşünməlidir ki, yürütdüyü siyasət sonda sabitliyi poza bilər. Düzü bu aksiyaları azadlıq hərəkatı kimi adlandırmaq olmaz. Amma çox güman milli azadlıq hərəkatının olması yaxındır. İranda milli azadlıq hərəkatının çox zəngin tarixi var. Düşünürəm ki, İran İslam dövləti olsa da qeyri ciddi İslami siyasət yürüdür.

Deputat vurğulayıb ki, bu gün hər şey böyük dövlətlərin diqqətindədir. "Onların nəzarətindən kənar heç nə yoxdur. İranda baş verənlərində sözsüz ki, bir səbəbi var. Amma kiçik bir qığılcımın böyük alovu törətməsinə səbəb nədir? Dövlət ağıllı siyasət yürütməliydi. Elə bir şərait yaradılmalıydı ki, azərbaycanlılar İranın vətəndaşı olmaqdan qürur duyusunlar. Hüquqsuz yaşamasınlar. İslamın özü nəinki zülmü hətta ona dözməyi belə alqışlamır. Bu necə İslam dövlətidir ki, azərbaycanlıları hüquqsuz şəkildə yaşamağa məcbur edir. Əlbəttə ki,azərbaycanlılar öz hüquqlarını təmin edəcəklər. İran işğala məruz qalanın deyil işğalçının yanındadır. Bu aksiyalar bu gün də olmasaydı gələcəkdə olacaqdı. İran özünü unitar dövlət hesab etsədə faktiki olaraq imperiyadır. Bütün imperiyalar da məhvə məhkumdur".

Aysel İsgəndərova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1041   Tarix: 04 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27.03.2024 409
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdi

27.03.2024 349
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27.03.2024 343
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

15:32 0
.

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib. xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, "Yünhay-2 03" peykləri "Long Mart 6" raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Pey

27.03.2024 181
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27.03.2024 275