"Günah deyil ki, gizlədim" - "Bozbaş pictures"in Fəlakəti evlənir - FOTO

"Günah deyil ki, gizlədim" - "Bozbaş pictures"in Fəlakəti evlənir - FOTO

"Bozbaş Pictures"in Fəlakəti Elşən Orucov subaylığın daşını atmaq fikrindədir.

BiG.AZ xəbər verir ki, YeniÇağ-a açıqlama verən aktyor 2018-ci ildə toyunun olacağını deyib:

"Komandamızda demək olar ki, hər kəs evlidir, Azər Baxşəliyevlə məndən başqa. Azər nişanlıdır. Elə mən də bu il subaylığın daşını atmaq fikrindəyəm".

Maraqlıdır, görəsən Elşənin seçdiyi qız pərəstişkarlarından deyil ki?

Aktyorun cavabı belə olub:

"Pərəstişkarlarım məni yox, Fəlakəti sevirlər. İşlə şəxsi həyatı qarışdırmıram. Sevdiyim qız tamam başqa sahənin adamıdır. İnşallah, toyum olanda, hamı biləcək. Bu günah deyil ki, gizlədim".

E. Orucov seçim edərkən, xarici deyil, daxili gözəlliyə önəm verdiyini də gizlətməyib:

"Təbii ki, mənim üçün gözəllik də önəmlidir, amma xasiyyət pis olandan sonra, o gözəllik də adamın gözünə görünmür. Buna görə də fikirləşirəm ki, xasiyyət birincidir. Əgər içi gözəldirsə, mütləq üzünə vuracaq".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2734 Tarix: 04.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ogul
ogul 04.01.2018
Felaket felaket edecey. Men felaketi butun kadrlarin izleyirem.


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər