Azərbaycanda ürəkdağlayan hadisə: çoban ailəsinin 2 körpə övladı yanaraq öldü - Təfərrüat

Azərbaycanda ürəkdağlayan hadisə: çoban ailəsinin 2 körpə övladı yanaraq öldü - Təfərrüat

Bu gün Qobustan rayonu ərazisində baş vermiş dəhşətli yanğın hadisəsinin təfərrüatı üzə çıxıb.

2 azyaşlının yanaraq öldüyü hadisə Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermanın həyətindəki evdə baş verib. Belə ki, bu gün səhər saatlarında həmin fermada çoban işləyən Zəkəriyyə Babaşov qoyun sürüsünü otlağa aparıb. Daha sonra onun həyat yoldaşı təsərrüfat işləri ilə əlaqədar çölə çıxıb. Beləliklə, 7, 5 və 2 yaşlı 3 azyaşlı evdə nəzarətsiz qalıb. Uşaqların tezalışan əşyanı ehtiyatsızlıqdan odun sobasının üstünə aşırması isə dəhşətli faciəyə səbəb olub.

Bildirilir ki, uşaqların anası yanğının başladığını görəndə otağı alov bürüyübmüş. Ailənin böyük uşağı ağır xəsarətlərlə xilas olsa da, 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.

Ağır xəsarət alan uşaq Bakıya gətirilib.

mənbə: lent.az

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1512 Tarix: 04.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər