Azərbaycanlılar erməniləri restorana gəldiklərinə peşman etdi - VİDEO

Azərbaycanlılar erməniləri restorana gəldiklərinə peşman etdi - VİDEO

Gürcüstanın Tbilisi şəhərində yerləşən "Taglaura" restoranında azərbaycanlılar erməni müştəriləri pərt edib.
Bir qrup azərbaycanlı restoranda olarkən ermənilər Qarabağ mahnıları sifariş verib və bu, həmyerlilərimizin qəzəblənməsinə səbəb olub.

Azərbaycanlılar sözü bir yerə qoyaraq ermənilərin mahnısını yarımçıq kəsdirib. Daha sonra yalnız Azərbaycan mahnıları sifariş verərək oynayıblar. Sonda isə "Sarı gəlin" mahnısı sifariş olunub. Bu zaman əksəriyyəti ermənilərdən ibarət olan müştərilər restoranı tərk edib.

Həmyerlilərimiz bu addımla ermənilərə bir növ Azərbaycan musiqilərinin Azərbaycan xalqına məxsus olduğunu göstərib. Azərbaycan torpaqlarını işğal edən, həmçinin mədəniyyətimizə, mətbəximizə və musiqimizə göz dikən ermənilər bu dəfə istədiklərinə nail ola bilməyib.

mənbə: bakuws

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3284 Tarix: 04.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər