Nazirlik avtomobillərinin hərracından əldə olunan vəsait nəyə sərf ediləcək? - AÇIQLAMA

Nazirlik avtomobillərinin hərracından əldə olunan vəsait nəyə sərf ediləcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi iki nazirlik, Milli Məclis və Mərkəzi Seçki Komissiyası balansında olan avtomobilləri özəlləşdirməyə təqdim edib.

Belə ki, avtomobillərdən 7-sini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, 4-nü Maliyyə Nazirliyi, 2-sini Milli Məclis, 1-ni isə Mərkəzi Seçki Komissiyası təqdim edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hərraca çıxardığı avtomobillər ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsusdur.

Bəs satılan avtomobillərdən gələn gəlirin aqibəti necə olacaq? Bu barədə BiG.AZ-ın suallarını cavablandıran yol-nəqliyat üzrə ekspert Elməddin Muradlı bu vəsaitin dövlət büdcəsinə keçiriləcəyini, yaxud da həmin vəsait hesabına yeni nəqliyyat vasitələrinin alınacağını bildirdi:

Nazirlik avtomobillərinin hərracından əldə olunan vəsait nəyə sərf ediləcək? - AÇIQLAMA

"Nazirliklərin, və digər dövlət orqanlarının nəqliyyat vasitələri istismar müddətini başa vurduqdan sonra, müəyyən ixtisarlar getdikdən sonra, texniki avadanlıqların vəziyyətinin yaxşılaşdırılması məqsədilə hərraca çıxarılır və yenisi ilə əvəzlənir. Əldə olunan vəsait isə yenidən dövlət büdcəsinə qaytarılır.

Dövlət Əmlak Komitəsi həmin texnikaların hamısını siyahıya alır, siyahıya uyğun olaraq satış həyata keçirilir, vəsait də eyni qaydada dövlət büdcəsinin balansına keçirilir və yaxud da həmin vəsait hesabına yeni avtomobillər, texnikalar alınaraq idarələrə təhvil verilir".

BiG.AZ

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1176 Tarix: 04.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər