İntihar edən qızın nişanlısı danışdı: "Sürəyyanın telefonunun şifrəsini açan zaman..." - FOTO

İntihar edən qızın nişanlısı danışdı: "Sürəyyanın telefonunun şifrəsini açan zaman..." - FOTO

Qaxda Ağyazı kəndində qeydə alınan intihar hadisəsinin təfərrüatları məlum olub.

BiG.AZ xəbər verir ki, Nişanı olacağı gün intihar edən 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın intiharı müzakirə olunub. Bu barədə onun nişanlısı da danışıb. O bildirib ki, Sürəyya ilə aralarında heç bir problem olmayıb:

"Uşaqlıqdan bir yerdə böyümüşük, eyni sinifdə oxumuşuq. Heç bir problemimiz yox idi. Niyə belə addım atdığını bilmirəm".

Mərhum Sürəyyanın atası qızının intiharından hələ də özünə gələ bilmədiyini deyib və ölümün səbəbini bilmək üçün son ümid olaraq telefonun şifrəsini açmaqda görüb:

"Son ümid qızımın telefonudur. Telefonun şifrəsi açılmalı, orada yazılan mesajları araşdırmaq lazımdır ki, qızım niyə intihar edib. Onun belə hərəkət etməsinə səbəb ona edilən hər hansı bir təhdid də ola bilər".
İntihar edən qızın nişanlısı danışdı: "Sürəyyanın telefonunun şifrəsini açan zaman..." - FOTO
İntihar edən qızın nişanlısı danışdı: "Sürəyyanın telefonunun şifrəsini açan zaman..." - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 11333 Tarix: 04.01.2018
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər