Azərbaycan millisinin futzalçısı Braziliya klubuna keçib

Azərbaycan millisinin futzalçısı Braziliya klubuna keçib

Azərbaycan milli komandasının və "Araz" klubunun futzalçısı Karvalyo dos Santos Vilela karyerasını Braziliyada davam etdirəcək.

BiG.AZ-ın Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "sambaçı" “Copagril” komandası ilə müqavilə bağlayıb.

Anlaşmanın müddəti bu ilin iyununa qədər nəzərdə tutulub. Karvalyo mövsümün ilk yarısını "Araz"da keçirib. O, Yüksək Liqada 12 oyuna 7, UEFA Kubokunda isə 3 görüşdə 2 qol vurub. Braziliya əsilli futzalçı Azərbaycan millisinin üzvü kimi İranda təşkil edilmiş turnirdə 3 görüşdə 3 dəfə fərqlənib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 582 Tarix: 03.01.2018
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər