Rusiyadan Azərbaycana 2 aviareys dayandırıldı - SƏBƏB

Rusiyadan Azərbaycana 2 aviareys dayandırıldı - SƏBƏB

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “VİM-Avia” aviaşirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini ləğv edib.

BiG.AZ-ın məlumatına görə, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Sankt-Peterburq - Qəbələ və Jukovski - Gəncə reyslərinə icazə ləğv edilib.

Bu qərara daşıyıcı tərəfindən uçuşların müəyyən edilmiş müddət ərzində həyata keçirilməməsi səbəb olub.

Qeyd edək ki, “VİM-Avia” ötən ilin oktyabrında borcları ilə əlaqədar olaraq bütün uçuşları dayandırmışdı.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1206 Tarix: 03.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.028